Məhkəmə qərarları › İş №2(021)-3636/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3636/2023

16.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3636/2023 16.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 04 iyun 2001-ci il tarixdə Bərdə rayonu Lənbəran kəndində vəfat etmiş X4 onun atası- Bərdə rayonu Lənbəran kənd sakini, 1940-cı ildə anadan olmuş, xx.xx.2020-ci ildə Bərdə rayonu Lənbəran kəndində vəfat etmiş X6 anası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Lənbəran kənd sakini, 1940-cı ildə anadan olmuş, 07 avqust 2020-ci ildə həmin kənddə vəfat etmiş X17 onun doğma atası olmuşdur. Atasının anası X11 04 iyun 2001-ci il tarixdə Bərdə rayonu Lənbəran kəndində vəfat etmişdir. Atasının anası, onun isə nənəsi olan X11 vəfat edən günədək Bərdə rayonu Lənbəran kəndində atası Lətif Dostuyevlə birlikdə yaşamışdır. X4 həqiqətən də atası Lətif Dostuyevin anası olması və vəfat edən günədək atası ilə birlikdə yaşaması Bərdə RİH Başçısının Lənbəran kənd i.ə.d üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli, 797 nömrəli arayışı ilə təsdiq olunur. Bundan başqa Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 179 nömrəli arayışında göstərilir ki, həmin Arxivində 82 saylı fondda mühafizə edilən Bərdə rayonu Lənbəran kənd XDS-nin 1980-1982-ci illər üzrə 3 saylı təsərrüfatbaşına kitabın 211 saylı şəxsi hesabına əsasən, ailə başçısı X6 1940-cı ildə anadan olduğu: Anası - X11 Həyat yoldaşı - X12 Qızı - X13 Qızı - X7 Oğlu - X14 Qızı - X8 olduğu qeyd olunub. "Torpağın mülkiyyətə verilməsinə dair" 61000048 nömrəli Dövlət Aktındakı qeydlərə əsasən Bərdə Rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 12 yanvar tarixli 01 saylı qərarı ilə omların ailə üzvlərinə Bərdə rayonu Lənbəran kəndində 5,16 ha pay torpaq sahəsi ayrılaraq birgə mülkiyyətə verilmişdir. Həmçinin qeyd edir ki, babası Ərizəçilə nənəsi Sürmə Dostuyeva arasında nikah qeydi olmamışdır. X3 isə 1940-cı ildə anadan olmaqla həmin vaxt Doğum haqqında Şəhadətnamə və ya onu əvəz edən hər hansı bir sənəd verilmədiyindən atasının atası Ərizəçi, anasının isə X11 olması faktı doğum akt qeydi kitablarında qeyd edilməmişdir. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxx 1978-ci il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 792 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Lənbəran kəndində yaşayır. İş materiallarına əlavə edilmiş V-ЖГ №410362 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx xxxxx 1978-ci il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Ata qrafasında ata adı X17, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli görünür ki, №984-05/69 nömrəli Arayışdan görünür ki, X17 07 avqust 2020-ci il tarixdə Bərdə rayon Lənbəran kəndində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli görünür ki, №1093-05/69 nömrəli Arayışdan görünür ki, X11 04 iyun 2001-ci il tarixdə Bərdə rayon Lənbəran kəndində vəfat etmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 797 nömrəli xx.xx.2023-cü il tarixli arayışda qeyd olunur ki, 1940-cı ildə anadan olmuş Bərdə rayonu Lənbəran kənd sakini, xx.xx.2020-ci ildə vəfat etmiş X6 anası X18 olmuşdur və vəfat edən günədək,oğlu X17 ilə birlikdə yaşamışdır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 796 nömrəli xx.xx.2023-cü il tarixli arayışda qeyd olunur ki, AZ-İ No. 1093-05/69 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmiş X11 ilə JN-899 Torpağın Mülkiyyət Hüququna Dair Şəhadətnamədə qeyd edilmiş Dostuyeva Sürmə eyni bir şəxsdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon İcra Hakmiyyəti Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 179 nömrəli Arayışda qeyd olunur ki, rayon Dövlət Arxivində 82 saylı fondda mühafizə edilən Bərdə rayon Lənbəran kənd XDS-nin 1980-1982-ci illər üzrə 3 saylı təsərrüfatbaşına kitabın 211 saylı şəxsi hesabına əsasən, ailə başçısı X6 1940-cı ildə anadan olduğu, anası- X22 qızı , həyat yoldaşı- X15, qızı- X13, qızı- X7, oğlu- X16, qızı- X8 olduğu qeyd olunub. Mülki işə əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-899 KOD-61000048 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli, 01 nömrəli qərarı ilə 5.16 ha torpaq sahəsi Bərdə rayon Lənbəran kənd sakinləri X6, Dostuyeva Sürmənin, X5, X2, Ərizəçi və X9 mülkiyyətinə verilmişdir. Mülki işə əlavə olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş - X6 vərəsələri: oğlu: ünvan 1i ünvanında qeydiyyatda olan Ərizəçi (AZE********, xx.xx.2013 - Bərdə, FİN:xxxxxxx, d/t:xx.xx.1978) ve o miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: -ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2023 tarixdə verilmiş **********38 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa Əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1.3 ha olan torpaq sahəsinin X10 məxsus olan hissəsindən ibarətdir.Reyestrdə 2V-1062 No ilə qeyd edilib, informasiya sisteminə daxil edilib. Mülki işə əlavə olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş - X6 vərəsələri: oğlu: ünvan 1i ünvanında qeydiyyatda olan Ərizəçi (AZE********, xx.xx.2013 - Bərdə, FİN:xxxxxxx, d/t:xx.xx.1978) və o miras əmlakdan 1/4 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: -ƏMDK-nin yanında DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2023 tarixdə verilmiş **********46 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa Əsasən ünvan 2İ ünvanında yerləşən ümumi sahəsi 0.66 ha olan torpaq sahəsinin X10 məxsus olan hissəsindən ibarətdir. Reyestrdə 2V-1061 No ilə qeyd edilib, informasiya sisteminə daxil edilib. Mülki işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi hımin orqana müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli məhkəmə qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə təqdim olunmuş sübutlara əsaslanaraq müəyyən etdi ki, 04 iyun 2001-ci il tarixdə Bərdə rayonu Lənbəran kəndində vəfat etmiş X11 Ərizəçi atası- Bərdə rayonu Lənbəran kənd sakini, 1940-cı ildə anadan olmuş, xx.xx.2020-ci ildə Bərdə rayonu Lənbəran kəndində vəfat etmiş X6 anası olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmununa qiymət verərək belə hesab edir ki, 04 iyun 2001-ci il tarixdə Bərdə rayonu Lənbəran kəndində vəfat etmiş X4 Ərizəçi atası- Bərdə rayonu Lənbəran kənd sakini, 1940-cı ildə anadan olmuş, xx.xx.2020-ci ildə Bərdə rayonu Lənbəran kəndində vəfat etmiş X6 anası olması faktı iş materialları ilə tam sübut olunduğundan Ərizəçi ərizəsi təmin edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Mərhum 04 iyun 2001-ci il tarixdə Bərdə rayonu Lənbəran kəndində vəfat etmiş X4 Ərizəçi atası- Bərdə rayonu Lənbəran kənd sakini, 1940-cı ildə anadan olmuş, xx.xx.2020-ci ildə Bərdə rayonu Lənbəran kəndində vəfat etmiş X6 anası olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar