Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3636/2025 31.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X3 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi ilə, İddiaçı (bundan sonar iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonar cavabdeh və ya Cavabdeh) qarşı "Birgə nikah dövründə inşa edilmiş evin bölünməsi" tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək birgə nikah dövründə inşa edilmiş yaşayış evinin satılıb yarı dəyəri olan 75 000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) X1 məhkəməyə ərizə verərək İddiaçı ilə Cavabdeh barışmış, iddiaçının cavabdehdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, hazırlıq iclasından sənədlərinin iddiaçıya geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə hazırlıq iclasına gəlmmişlər. Məhkəmə hazırlıq iclasını tərəflərin iştirakları olmadan keçirilməsini mümkün saymışdır. Məhkəmə mülki işin materialları nəzərədən keçirib, iddiaçının nümayəndəsinin (vəkilinin) ərizəsini müzakirə edib, hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 170.1-ci maddəsinin tələbinə əsasən iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 170.1, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı "Birgə nikah dövründə inşa edilmiş evin bölünməsi" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-3636/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3636/2025
31.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver