Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-364/2021 16.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı ASC - nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit müqaviləsi üzrə borc tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia qaldıraraq: - Cavabdeh Cavabdeh1 "xxxx" İKB ASC-nin xeyrinə 20.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 11725.94 manat əsas, 972.12 manat faiz borcu, 2341.61 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 15039.67 manat məbləğində borcun , 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; - Tutmanın Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 4 otaqlı, 194.1 kv.m ümumi, 108.6 kv.m yaşayış, 85.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.32 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və borcun Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 4 otaqlı, 194.1 kv.m ümumi, 108.6 kv.m yaşayış, 85.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.32 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-yə ödənilməsi; - Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydad icra edilməsi; - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 4 otaqlı, 194.1 kv.m ümumi, 108.6 kv.m yaşayış, 85.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.32 ha torpaq sahəsi ilə birlikdə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 4 otaqlı, 194.1 kv.m ümumi, 108.6 kv.m yaşayış, 85.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.32 ha torpaq sahəsi ilə birlikdə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi , Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları , həmin əmlakın boşaldılması və banka təhvil verilməsi; Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 09.07.2015-ci il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" İKB ASC iddia ərizəsini belə əsaslandırmışdır ki, 09.07.2015-ci il tarixli Əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 15000 manat məbləğində və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 72 ay müddətinə kredit limiti ayrılmışdır. 10.07.2015-ci il tarixli Əlavə kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin Bərdə filialı tərəfindən ilik 6% olmaqla 36 ay müdddətinə 15000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı olaraq 09.07.2015-ci il tarixli İpoteka müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 4 otaqlı, 194.1 kv.m ümumi, 108.6 kv.m yaşayış, 85.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.32 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyata alınmışdır. Dəfələrlə cavabdehə borcunu ödəməsi barədə xəbərdarlıq edilib bildiriş verilməsinə baxmayaraq cavabdeh banka olan borcunu ödəməmişdir. Cavabdeh1 20.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 16.07.2018-ci il tarrixədək banka 11725.94 manat əsas, 972.12 manat faiz borcu, 2341.61 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 15039.67 manat borcu vardır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC- nin nümayəndəsi X2 iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş 09.07.2015-ci il tarixli 12-SKMF-1-0-432-15 saylı Əsas kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 72 ay müdddətinə 15000 manat məbləğində və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. Mülki işə əlavə edilmiş 10.07.2015-ci il tarixli 12-SKMF-1-0-432-15 saylı Əlavə kredit müqaviləsinə (09.07.2015-ci il tarixli 12-SKMF-1-0-432-15 saylı Əsas kredit müqaviləsinə əlavə) əsasən "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 ilik 6 faizlə 12 ay güzəştli dövr olmaqla 36 ay müdddətinə 15000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 194.1 kv.m ümumi, 108.6 kv.m yaşayış, 85.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi olmuşdur. Mülki işə əlavə edilmiş 09.07.2015-ci il tarixli İpoteka müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 oğluna 09.07.2015-ci il tarixli 12-SKMF-1-0-432-15 saylı kredit müqaviləsinə əsasən 72 ay müdddətinə 15000 manat məbləğində ayrılmış kredit xəttinin təminatı olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 4 otaqlı, 194.1 kv.m ümumi, 108.6 kv.m yaşayış, 85.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 25 000 (iyirmi beş min) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 adına verilmiş çıxarışdan görünür ki, Bərdə rayon Bəcirəvan kəndində 0.32 ha torpaq sahəsində yerləşən 194.1 kv.m ümumi, 108.6 kv.m yaşayış, 85.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 (torpaq sahəsi 1\4 hissə), Cavabdeh2(torpaq sahəsi 2\4 hissə, fərdi yaşayış evi tam), Cavabdeh3 (torpaq sahəsi 1\4 hissə) və Cavabdeh4 (torpaq sahəsi 1\4 hissə) birgə mülkiyyətindədir. Mülki işə əlavə edilmiş RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan Bərdə rayon Bəcirəvan kəndində yerləşən fərdi yaşayış evi 0.32 ha torpaq sahəsi ilə birlikdə "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki işə əlavə edilmiş 21.05.2018-ci il tarixli Bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş 30.05.2018-cı il tarixli Ərizədən görünür ki, "xxxx" İKB ASC Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan Bərdə rayon Bəcirəvan kəndində yerləşən fərdi yaşayış evinə və 0.32 ha torpaq sahəsinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş 16.07.2018-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh1 "xxxx" ASC-yə 11725.94 manat əsas, 972.12 manat faiz borcu, 2341.61 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 15039.67 manat borcu vardır. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə ƏQ-149/2021 saylı 11.06.2021-ci il tarixli Mütəxəssis Rəyindən görünür ki, Bərdə rayonu Bəcirəvan kəndində 0.32 ha torpaq sahəsində yerləşən 194.1 kv.m ümumi, 108.6 kv.m yaşayış, 85.5 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) olan liter B: 1 mərtəbəli, 58.2 kv.m tikinaltı sahədən ibarət tövlənin, liter C: 1 mərtəbəli, 11.6 kv.m tikinaltı sahəsindən ibarət hamamın, liter Ç: 1 mərtəbəli, 19 kv.m tikinaltı sahəsindən ibarət təs-damının 11.06.2021-ci il tarixə real bazar dəyəri 28000 (iyirmi səkkiz min) manat dəyərində, likvid dəyəri isə 25000 (iyirmi beş min) manat dəyərində qiymətləndirilmişdir. Qiymətləndirmə xərci 400 manat təşkil edir. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilmişdir. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" İKB ASC tərəfindən 09.07.2015-ci il tarixli 12-SKMF-1-0-432-15 saylı Əsas kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 72 ay müdddətinə 15000 manat məbləğində kredit limiti ayrılmışdır. 10.07.2015-ci il tarixli İpoteka müqaviləsi ilə "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 09.07.2015-ci il tarixli 12-SKMF-1-0-432-15saylı əsas kredit müqaviləsinə əsasən 72 ay müdddətinə 15000 manat məbləğində ayrılmış kredit xəttinin təminatı olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 4 otaqlı, 194.1 kv.m ümumi, 108.6 kv.m yaşayış, 85.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. 10.07.2015-ci il tarixli 12-SKMF-1-0-432-15 saylı Əlavə kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 ilik 6 faizlə 12 ay güzəştli dövr olmaqla 36 ay müdddətinə 15000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 4 otaqlı, 194.1 kv.m ümumi, 108.6 kv.m yaşayış, 85.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və torpaq sahəsi olmuşdur. İş üzrə iddiaçı "xxxx" ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarnı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, Cavabdeh1 oğlu kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 oğlu risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Həmçinin, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və İddiaçı ASC -nin iddiasının 2341.61 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 200 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, tərəflər arasında bağlanmış 10.07.2015 ipoteka müqaviləsinə əsasən Cavabdeh1 oğluna kredit və ona hesablanmış faizlərin, habelə qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 4 otaqlı, 194.1 kv.m ümumi, 108.6 kv.m yaşayış, 85.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.32 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehlərə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 4 otaqlı, 194.1 kv.m ümumi, 108.6 kv.m yaşayış, 85.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və torpaq sahəsinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus olan Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 4 otaqlı, 194.1 kv.m ümumi, 108.6 kv.m yaşayış, 85.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və torpaq sahəsinə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 4 otaqlı, 194.1 kv.m ümumi, 108.6 kv.m yaşayış, 85.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın qiyməti 25000 manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan mənzilin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəydən görünür ki, ipoteka ilə yükli edilmiş Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 4 otaqlı, 194.1 kv.m ümumi, 108.6 kv.m yaşayış, 85.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin likvid bazar dəyəri 25000 manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 4 otaqlı, 194.1 kv.m ümumi, 108.6 kv.m yaşayış, 85.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.32 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılması və evin boşaldılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyil. Lakin, bu halda iddia ərizəsində müəyyən olunur ki, bank tərəfindən iddia tələbində ipoteka predmetindən çıxarılma nəzərdə tutulduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetinə istifadə hüququnun itirilməsi və əmlakın banka təhvil verilməsi hissəsində iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı kimi "xxxx" ASC ipoteka predmeti olan əmlaka istifadə hüququnun itirilməsi barədə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də ki “İpoteka haqqında” Qanunda bankın bu məzmunda iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, satışdan əldə olunan vəsait kifayət etmədiyi halda qalan hissədə ümumi qaydada icra edilməsi tələbi müstəqil iddia predmeti ola bilməz. Belə ki, həmin məsələ “İcra haqqında” qanunla tənzimləndiyindən icra qaydasında həll olunan məsələdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 09.07.2015-ci il tarixli əsas kredit müqaviləsinin ləğv edilməli, Cavabdeh1 10.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 11725.94 manat əsas, 972.12 manat faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 12898.06 manat İddiaçı ASC -nin xeyrinə tutulmalı, tutulan məbləğ cavabdeh Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindəki Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 4 otaqlı, 194.1 kv.m ümumi, 108.6 kv.m yaşayış, 85.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.32 ha torpaq sahəsinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 25000 manat müəyyən olunmalı, mənzil açıq hərracdan satılmalı,əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçilərinə qaytarılmalı, ipoteka predmetləri açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər həmin ipoteka predmetindən çıxmazsa, onlar, məcburi qaydada çıxarılmalı və mənzili boşaltmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsumu Cavabdeh1 alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 400 manat cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 09.07.2015-ci il tarixli əsas kredit müqaviləsinin ləğv edilsin. Cavabdeh1 10.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə 11725.94 manat əsas, 972.12 manat faiz borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 12898.06 (on iki min səkkiz yüz doxsan səkkiz manat altı qəpik) manat alınaraq İddiaçı ASC-yə ödənilsin. Tutma olaraq Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 4 otaqlı, 194.1 kv.m ümumi, 108.6 kv.m yaşayış, 85.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bərdə rayonu Bəcirəvan kəndində yerləşən 0.32 ha torpaq sahəsinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 25000 manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçilərə qaytarılsın. İpoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxmazlarsa, onlar məcburi qaydada çıxarılsınlar və həmin fərdi yaşayış evini və torpaq sahəsini boşaltsınlar. Qalan hissədə iddia tələbi təmin olunmasın. Ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilsin. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq İddiaçı ASC-yə ödənilsin. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 400 manat Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-364/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-364/2021
16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver