Məhkəmə qərarları › İş №2(021)-3643/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3643/2024

16.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3643/2024 16.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X4 məhkəmə iclas kаtibliyi, İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Bərdə Regional “ASAN- Xidmət” Mərkəzində Notariat Kontoruna və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Kontoruna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X2 və mərhum X1 miras qalan, Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 2,4804 hektar , 0,50 hektar və 0,21 hektar torpaq sahələrinin mərhum Pirverdi Alıyevə və mərhum Xanım Alıyevaya məxsus hissəsinə qanun üzrə vərəsəlik hüquqlarının tanınması, miras əmlaklar üzərində payların müəyyən edilməsi və paylara uyğun olaraq naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər iddiaçılara və cavabdehlərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq sübutlara qiymət verib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı1 anası X3 ata adı bütün sənədlərdə Qarakişi kimi qeyd edilsə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, həmin çıxarışda Xanım Alıyevanın ata adı Tofiq kimi yazılmışdır. Məhkəmə hesab edir ki, ilk növbədə həmin məsələ hüquqi müstəvidə həll edilməlidir. Bundan sonra vərəsəlik paylarının tanınması və bölünməsi məsələsinə baxıla bilər. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışda ata adında düzəliş edilərək “Qarakişi” kimi yazılması üçün iddiaçılar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etməli və həmin qurumun imtinasını aldıqdan sonra xüsusi icraat qaydasında məhkəməyə hüquq müəyyənedici sənədin şəxsə məxsus olmasına dair ərizə ilə müraciət etməli və ərizəyə məhkəmədə baxılıb həll edilməlidir. Bundan başqa hazırki işdə iddiaçılardan yalnız İddiaçı2 mirasın qəbulu ilə bağlı notariusa müraciət etmiş və notariusun imtinası alınaraq iş materiallarına əlavə edilmişdir, digər iddiaçılar mirasın qəbulu haqda notariusa müraciət etməmiş və imtina almamışlar. Məhkəmə hesab edir ki, belə olan halda pretenziya qaydasına riayət edilmədiyindən hazırki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, digər iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı4 da mirqasın qəbulu ilə bağlı notariusa müraciət etməli və imtina aldıqdan sonra məhkəməyə müraciət etməlidirlər. Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddədə qeyd olunmuşdur ki, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilən hal isə pretenziya qaydasının tətbiq edilməsi imkanının itirilmədiyini göstərir. Məhkəmə hesab edir ki, notarius tərəfindən digər iddiaçıların müraciətinə imtina verildikdən sonra hazırki işə məhkəmədə baxıla bilər. Buna görə də hazırki iddia baxılmamış saxlanılmalıdır. MPM-in 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Bərdə Regional “ASAN- Xidmət” Mərkəzində Notariat Kontoruna və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi və naturada bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçılar ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar