Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-371/2025 07.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Məhkəmə iclas katibi Miryusufli Mirhaşimi Ağa oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Bərdə Rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dаir ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏNETDİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Bərdə Rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dаir ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, ərizəçilərə və maraqlı şəxsə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılır. Beləliklə, Ərizəçi1 tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Ərizəçiyə ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüuquq izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dаir mülki iş baxılmamış saxlanılsın. Ərizəçi1 tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. (qəbz №- **********, tarix xx.xx.2024). Ərizəçiyə ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-371/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-371/2025
07.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver