Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3713/2023 19.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs* iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs*, Maraqlı şəxs2 və Maraqlı şəxs3nə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs*, Maraqlı şəxs2 və Maraqlı şəxs3nə qarşı ərizə ilə müraciət edərək, mərhum oğlu X*4 (Mopur) oğlundan miras qalmış Bərdə şəhəri, Şəhriyar küçəsi, ev *8 ünvanında yerləşən ümumi sahəsi *45,70 kv.metr olan fərdi yaşayış evinin miras əmlak kimi tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X*4 (Mopur) oğlu onun doğma övladıdır. O, *7 yanvar *967-ci il tarixdə anadan olmuşdur. X*3 mərhum əri Maraqlı şəxs* (Mopur) Xudur oğlu ilə onun Bərdə rayon VVAQ bürosu tərəfindən 07 aprel *964-cü il tarixdə 58 nömrə ilə qeydə alınmış rəsmi nikahlarından anadan olmuşdur. Əri Maraqlı şəxs* (Mopur) Xudur oğlu ** avqust *989-cu il tarixdə xərçəng intoksiyasından ölmüşdür. Əri Mahir (Mopur) Məmmədov öləndən sonra oğlu Etibar Məmmədov onun himayəsində yaşamış və onlar həmişə birgə təsərrüfatı idarə etmişlər. X*3 30.**.*993-cü il tarixdə X4 ilə nikahlarını rəsmi qeyd etdirməklə evlənmişdir. Onların birgə nikahlarından xx.xx.*993-cü il təvəllüdlü oğlanları Maraqlı şəxs* və xx.xx.*997-ci il təvəllüdlü qızları Maraqlı şəxs2 anadan olmuşlar. Lakin ailə münasibətləri pozulduğuna görə Bərdə rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(02*)-205 nömrəli qətnaməsi ilə X4 ilə X9 arasında bağlanmış nikah qeydi pozulmuşdur. Nikah pozulandan sonra Sevinc Məmmədova uşaqları ilə bərabər Bakı şəhərinə köçmüş və hazırki vaxta qədər orada yaşayır. Nikah pozulandan sonra mərhum Etibarla yalnız o, öz evlərində birgə yaşayıb təsərrüfatlarını idarə etmişlər. Mərhum oğlu Etibar Məmmədovla onun ümumi birgə mülkiyyətində Bərdə şəhəri, Şəhriyar küçəsi, ev *8 ünvanında yerləşən ümumi sahəsi *45,70 kv.metr olan fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxs tərəfindən verilmiş *7.05.2022-ci il tarixli *8220*00*4 qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla təsdiq edilmişdir. Mərhum oğlu X9 05 fevral 202*-ci ildə dəqiqləşdirilməmiş qaraciyər çatışmamazlığı xəstəliyindən ölmüşdür. Oğlunun yas mərasimini özü keçirmiş və yas xərclərini özü çəkmişdir. Oğlu Mahir və qızı Təhminə hətta ataları Etibarın yas mərasimində də iştirak etməmişdilər. X*3 öləndən sonra ondan qalan bütün miras əmlakları, o cümlədən Bərdə şəhəri, Şəhriyar küçəsi, ev *8 ünvanında yerlşən ümumi sahəsi *45,70 kv.metr olan fərdi yaşayış evini o qəbul edib, idarə və sahiblik etməkdə davam etmiş, həmçinin vəziyyətini yaxşılaşdırmış və qoruyub saxlamışdır. Ona görə də mərhum oğlu Etibar Məmmədovdan miras qalan əmlakları faktiki o qəbul etmişdir. Lakin 3 ay sonra müraciət etməyin lazım olduğu bilmədiyimə görə 3 ay sonra X*3dan miras qalan əmlaka vərəsə kimi tanınmaq üçün müraciət etməmişdir.Bununla bağlı Maraqlı şəxs3nə müraciət etdikdə isə onun adına sənədləşdirməkdən imtina etmişdirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs* bildirdi ki, atası nənəsi ilə yaşayıb. Anası atasından çoxdan ayrılıb. Ayrıldıqdan sonra o və bacısı –Maraqlı şəxs2 anasının yanında Bakı şəhərində yaşamışlar. Atası ölandə bir dəfə hüzürdə iştirak etmişdir. Həmin əmlakda nənəsi yaşayır. Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, Maraqlı şəxs2 və Maraqlı şəxs3 nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*948-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə şəhər Şəhriyar küçəsi ev *8 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3923 nömrəli 3*.08.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə şəhər Şəhriyar küçəsi ev *8 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş İ-ИЕ №442848 nömrəli Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs* Xudur oğlu ilə X* arasında Bərdə rayon VVAQ Bürosunda 07.04.*964-cü il tarixdə 58 saylı akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan somnra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 0*.05.2022-ci il tarixli №679-05/69 Arayışdan görünür ki, Maraqlı şəxs* Xıdır oğlu **.08.*989-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3*.08.2023-cü il tarixli №*257-05/69 Arayışdan görünür ki, X*0 0*.0*.*967-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. X2, anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş AZ-İİ № *67767 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 05 fevral 202*-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin № 2-205-2008 saylı xx.xx.2008-ci il tarixli Qətnaməsinin surətindən görünür ki, X4 ilə X9 arasında bağlanmış 30 noyabr *993-cü il tarixli 298 saylı nikah qeydinin pozulması qət olunmuşdur. İş materiallarına əlavə olunmuş vəkilin sorğusu əsasında Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 80 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Bərdə şəhəri Şəhriyar küçəsi ev *8 ünvanında yaşamış, Bərdə şəhərində anadan olmuş, *967-ci il təvəllüdlü mərhum X9 həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamışdır. İş materiallarına əlavə olunmuş vəkilin sorğusu əsasında Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilmiş *0.08.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, *7.0*.*967-ci il təvəllüdlü vətəndaş X9 xx.xx.2020-ci il tarixdə Asan-Bərdə tərəfindən AA*646574 nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, ünvan 6i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. 08.04.202*-ci il tarixdən ölüm səbəbindən Şəxsiyyət vəsiqəsi deaktiv olunub. İş materiallarına əlavə olunmuş Ərizəçi adına verilmiş 6*00*200*849-*030*reyestr nömrəli, *8220*00*4 nömrəli, *7.05.2022-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 7 ünvanında 0.*028 ha torpaq sahəsində yerləşən ümumi sahəsi *45.70 kv.m olan *8 nömrəli fərdi yaşayış evi Ərizəçi və X5 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş 6*00*200*849-*030* reyestr nömrəli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin Texniki Pasportunun surətindən görünür ki, ünvan 7 ünvanında ə yerləşən *8 nömrəli fərdi yaşayış evinin hüuquq subyektləri Ərizəçi və X8r. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs3 xx.xx.2023-cü il tarixli, 264 saylı məktubdan görünür ki, Ərizəçi hazırki tələblə bağlı Maraqlı şəxs3nə müraciət etmiş, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün iddia müddətini buraxıldığından vərəsəlik şəhadətnaməsinin verilməsi üçün əsas olmadığından imtina edilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə mürciət etmək üçün *00 manat dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mərhum X*4 (Mopur) oğlundan miras qalmış ünvan 7 ünvanında 0.*028 ha torpaq sahəsində yerləşən ümumi sahəsi *45.70 kv.m olan *8 nömrəli fərdi yaşayış evinin ərizəçi tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi faktı mübahisəsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin Mülki Prosessual Məcəllənin 3**-ci maddəsinə əsasən, Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *243.*-ci maddəsinə əsasən, Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin *243.3-cü maddəsinə əsasən, Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin *248.*-ci maddəsinə əsasən, Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum X3 miras qalmış ünvan 7 ünvanında 0.*028 ha torpaq sahəsində yerləşən ümumi sahəsi *45.70 kv.m olan *8 nömrəli fərdi yaşayış evini miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikasının MPM-nin *4.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.*-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa Mülki Prosessual Məcəllənin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin **9.*-ci maddəsinə əsasən ödənilmiş *00 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum X3 miras qalmış ünvan 7 ünvanında 0.*028 ha torpaq sahəsində yerləşən ümumi sahəsi *45.70 kv.m olan *8 nömrəli fərdi yaşayış evini miras əmlak kimi qəbul etməsi faktı müəyyən edilsin. Ödənilmiş *00 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3713/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3713/2023
19.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver