Məhkəmə qərarları › İş №2(021)-376/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-376/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-376/2025 15.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun оğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə, üçüncü şəxs X5 qarşı “xx.xx.2021-cı il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü ƏY YƏ N E TD İ: İddiaçı cavabdeh Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə, üçüncü şəxslər Cavabdeh2 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021ci il tarixli 092526 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəfindən xx.xx.2021-ci il tarixdə xx.xx.1988-ci il təvəllüdlü X5 9 saylı cəzaçəkmə müəssisəsinin reyestrində 091 nömrə ilə qeyd edilmiş etibarnamə verilmişdir. Cavabdeh2 və X9 ilə qarşılıqlı razılaşmalarına əsasən tərəfindən etibarnamə verildikdən sonra 35 000 manat məbləğində dəyərləndirilmiş ünvan 1 ünvanında yerləşən ona məxsus mülkiyyətin müqabilində göstərilən məbləğdə pul ona ödənilməli idi. Lakin göstərilən pul məbləği ona çatdırlmadığı üçün xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən 9 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən 091 nömrəli etibarnamə ləğv olunmuşdur. Bir müddət keçdikdən sonra məlum olmuşdur ki, xx.xx.2021ci il tarixdə Bərdə regional “ASAN xidmət” Mərkəzində qardaşı X7 və onun tərəfindən verilmiş etibarnsmə əsasında X9 onun və qardaşının birgə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair Cavabdeh2 ilə AN-İ seriyalı ******* nömrəli alqısatqı müqaviləsi bağlanmışdır. Hamin qanunsuz alqı-satqı müqaviləsinə, həmin əqdin əsasında duran digər sənədlərin, o cümlədən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyetrindən çıxarışın, yaşayış evində qeydiyyatda olanlar haqqında arayışın qanunsuz əldə olunması və saxtalaşdırılması barədə prokurorluq orqanlarına müraciət etmişdir. Onun müraciəti Bərdə rayon Prokurorluğunda araşdırılmış və xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmişdir. Həmin qərardan aydın olur ki, onun etibarnamənin ləğvi barədə ərizəsi 9 saylı cəzaçəkmə müəssisəsinin müşayiət məktubu ilə xx.xx.2021-ci il tarixdə Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə daxil olmuş və sonra “Daşınmaz əmlakın üzərinə qoyulmuş qadağalar” adlanan sənədlər qovluğunda tikilmişdir. Buna baxmayaraq Notariat Ofisinin rəhbəri xx.xx.2021-ci il tarixdə ləğv edilmiş və hüquqi qüvvəsini itirmiş etibarnamə əsasında alqı-satqı həyata keçirilmişdir. Həmin pozuntulara görə Notariat Ofisinin əməkdaşları intizam qaydasında cəzalandırılmışdırlar. Bunların əsasında cinayət işinin başlanması rədd olunmuşdur. Həmin qərardan tərəfindən şikayət verilmiş və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 6(021)15\2024 nömrəli qərarı ilə ləğv olunmuş və iş yenidən araşdırmaya göndərilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmərin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən İddiaçı məhkəməyə ərizə göndərərək, üçüncü şəxs Cavabdeh2 cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(021)376/2025 saylı qərardadı ilə Cavabdeh2 2(021)376/2025 saylı mülki iş üzrə cavabdeh qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmərin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən İddiaçı məhkəməyə ərizə göndərərək iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, iddia tələbini qəbul etmir. O, mübahisələndirilən evi alqı-satqı müqaviləsi əsasında pul verib almışdır. Adil onun qohumu Fəridə evini satması üçün etibarnamə vermişdir. O da həmin evi almış və 5 ildir ki, başqa şəxsə satmışdır. Sonradan İddiaçı ondan əlavə pul istəmiş, o da həmin pulu vermədiyindən Adil etibarnaməni ləğv etmişdir. Digər cavabdeh Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Üçüncü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq o, məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli Etibarnamənin surətindən görünür ki, 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən xx.xx.1966-cı il təvəllüdlü İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyə vermək, dəyişmək və sair hərəkətləri etməyi xx.xx.1988-ci il təvəllüdlü X5 etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmərin 9 saylı cəzaçəkmə müəssisəsinin rəisinin Bərdə “ASAN xidmət” mərkəzinə ünvanladığı xx.xx.2021-ci il tarixli №17\24-1701 saylı məktubundan görünür ki, 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsi (notariat hərəkətlərinin aparılmaması barədə) Bərdə “ASAN xidmət” mərkəzinə göndərilmişdir. Mülki işə əlavə edilmiş Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2021-cı il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X10 və İddiaçı tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli etibarnamə əsasında X9 tərəfindən İddiaçı və X7 birgə mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən mənzili 20000 manata Cavabdeh2 satılmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, Çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 236,8 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətindədir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Prokurorluğunun 11 mart 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarından görünür ki, -vətəndaş İddiaçı qanunsuz aparılan alqı-satqı müqaviləsi əsasında əmlakının ələ keçirilməsi barədə müraciəti əsasında Yevlax rayon prokurorluğunda toplanmış 179c-23 nömrəli material xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə Bərdə rayon prokurorluğuna göndərilmiş və araşdırmanın aparılması Bərdə rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X8 tapşırılmışdır. Aparılmış araşdırma zamanı Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu vəzifəsində işləyən X1 və digər işçilərin, habelə X3 və Cavabdeh2 əməllərində cinayət tərkibinin əlamətləri olmadığı müəyyən olunmuşdur. Aparılmış araşdırma zamanı toplanmış materialda cinayət tərkibinin əlamətləri olmadığından 195c-23 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 6(021)15\2024 nömrəli qərarı ilə Bərdə Rayon Prokurorluğunun 11 mart 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarı ləğv olunmuş və iş yenidən araşdırmaya göndərilmişdir. Bərdə Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarından görünür ki; - Vətəndaş İddiaçı qanunsuz aparılan alqı-satqı müqaviləsi əsasında əmlakının ələ keçirilməsi barədə müraciəti əsasında Yevlax rayon prokurorluğunda toplanmış 179c-23 nömrəli material xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə Bərdə rayon prokurorluğuna göndərilmiş və araşdırmanın aparılması Bərdə rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X8 tapşırılmışdır. Bərdə Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli 6(021)-15/2024 saylı qərarına əsasən, 11 mart 2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərar ləğv edilərək xx.xx.2024-cü il tarixdə rayon prokuorluğuna əlavə araşdırılması üçün göndərilmiş, araşdırmanın aparılması yenisən Bərdə rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X8 tapşırılmışdır. -Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 01 dekabr 2023-cü il tarixli, 3169/2023 saylı məktubuna əsasən, İddiaçı 30 avqust 2021-ci il tarixli, 691 reyestr nömrəli etibarnamənin ləğv edilməsi barədə ərizəsi PX-nin 9 saylı Cəza çəkmə müəssisəsinin ünvanladığı 21 sentyabr 2021-ci il tarixli, xx/xx-1701 nömrəli müşayiət məktubu qoşma olaraq 27 sentyabr 2021-ci il tarixli poçt vasitəsi ilə ofisə daxil olmuş, daxil olan məktub 7555 daxilolma nömrəsi ilə daxil olan sənədlərin qeydə alınması kitabında notariat ofisinin baş mütəxəssisi (böyük inspektor) X6 tərəfindən qeydiyyata alındıqdan sonra Daşınmaz əmlakın üzərinə qoyulmuş qadağalar" adlanan sənədlər qovluğuna tikilmişdir. -Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsdən daxil olmuş məktubda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə reyesterdə 091 nömrə ilə qeyd edilmiş etibarnamə ilə məhkum Bababyev Adil vətəndaş X5 mülki etibarnamə vermişdir. Bundan sonra O, xx.xx.2021-ci il tarixdə müəssisə rəisinə yazılı müraciət edərək vermiş olduğu etibarnamənin ləğv olunmasını xahiş etmiş və dərhal qeydiyyata götürülmüşdür. Bununla bağlı adiyyəti üzrə Bərdə Asan xidmət mərkəzinə rəsmi məlumat verilmiş və notariat hərəkətlərinin aparılmasının qeydiyyatı kitabında ləğv edilməsi barədə lazımi qeydlər aparılmışdır. -Materiala əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş xidməti yoxlamanın nəticəsində qeyd edilmişdir ki, Yevlax şəhərində yerləşən 0,06 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi şikayətçi və onun qardaşı Şakir Babayevin paylı mülkiyyətində olmuşdur. Şikayətçi xx.xx.2021 -ci il tarixdə 9 saylı Cəzaçəkmə Müəssisəsində, digər mülkiyyətçi isə xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyası notariat ofisində bütün əmlaklarına sərəncam verilməsinə dair vətəndaş Fərid Həsənova etibarnamələr vermişlər. Sonradan xx.xx.2021-ci il tarixdə məhkum İddiaçı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə yazdığı etibarnamənin etibarsız hesab edilməsi barədə ərizəsi və 9 saylı Cəzaçəkmə Müəssisəsinin müşayiət məktubu sözügedən notariat ofisinə daxil olmuş və sənədlərin qeydə alınması kitabında qeydiyyatı aparılmışdır. -İddiaçı Ədliyyə Nazirliyinə ünvanlandığı şikayət üzrə "Notariat haqqında” Qanunun 26- 1 -ci maddəsinin "əməlin törədildiyi gündən bir il keçdikdən sonra xüsusi notariusa intizam tənbehi verilə bilməz" tələbi nəzərə alınaraq xx.xx.2023-cü il tarixdə notarius Tamaşa Atakişiyevaya yazılı xəbərdarlıq edilmişdir. -Eyni zamanda prokurorluqda aparılmış araşdırma ilə əlaqədar "Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlığın aparılması haqqında Təlimafın 10.6- Cİ bəndinin tələblərini pozduğuna görə baş mütəxəssis Məlahət Hüseynovaya töhmət verilmişdir. -Beləliklə aparılmış araşdırma zamanı Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu vəzifəsində işləyən X1 və digər işçilərin, habelə X3 və Cavabdeh2 əməllərində cinayət tərkibinin əlamətləri olmadığı müəyyən olunmuşdur. Toplanmış materialda cinayət tərkibinin əlamətləri olmadığından 195c-23 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.. Mülki işə əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)352\2023 nömrəli qərarından görünür ki, Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs İddiaçı ünvan 3 ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Yevlax rayon Polis Şöbəsinin üzərinə qoyulmasını xahiş etmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(116)-524\2023 nömrəli qərarı ilə iddia tələbi təmin olunmuş, üçüncü şəxs İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, lakin şikayəti təmin olunmamışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)679\2024 nömrəli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiiyasının xx.xx.2023-cü il tarixli 2- 1(107)352\2023 nömrəli qərarından üçüncü şəxs İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, lakin şikayəti təmin olunmamışdır. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Həmin Məcəllənin 324.4-cü maddəsinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Bu Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6-cı maddəsinə görə əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Bu Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Həmin Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Bu Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 334.2-ci maddəsinə görə əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir. Bu Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Bu Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə görə hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Bu Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdə reyesterdə 091 nömrə ilə qeyd edilmiş etibarnamə ilə 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Bababyev Adil vətəndaş X5 mülki etibarnamə vermişdir. Bundan sonra O, xx.xx.2021-ci il tarixdə müəssisə rəisinə yazılı müraciət edərək vermiş olduğu etibarnamənin ləğv olunmasını xahiş etmiş və dərhal qeydiyyata götürülmüşdür. 9 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2021-ci il tarixli, xx/xx-1701 saylı məktubuna Əsasən, 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum İddiaçı xx.xx.2021-ci il tarixli notariat hərəkətlərinin aparılmaması barədə ərizələri Bərdə "ASAN xidmət" mərkəzinə göndərilmiş və 27 sentyabr 2021-ci il tarixli poçt vasitəsi ilə ofisə daxil olmuş, daxil olan məktub 7555 daxilolma nömrəsi ilə daxil olan sənədlərin qeydə alınması kitabında notariat ofisinin baş mütəxəssisi (böyük inspektor) tərəfindən qeydiyyata alındıqdan sonra Daşınmaz əmlakın üzərinə qoyulmuş qadağalar" adlanan sənədlər qovluğuna tikilmişdir. Lakin buna baxmayaraq Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2021-cı il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 və İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə əsasında X9 tərəfindən İddiaçı və X7 birgə mülkiyyətində olmuş ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh2 satılmışdır. İddiaçı hazırda həmin alqı –satqı müqaviləsinin etibarsız hesab olunmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan xx.xx.2021-cı il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixli mülki etibarnamənin ləğv olunması barədə xx.xx.2021-ci il tarixli ərizəsi Bərdə "ASAN xidmət" mərkəzinə göndərilmiş və 27 sentyabr 2021-ci il tarixli poçt vasitəsi ilə ofisə daxil olmuş, daxil olan məktub 7555 daxilolma nömrəsi ilə daxil olan sənədlərin qeydə alınması kitabında notariat ofisinin baş mütəxəssisi (böyük inspektor) tərəfindən qeydiyyata alınmış, lakin alıq-satqı müqaviləsi notariat ofisi tərəfindən təsdiq olunmuşdur. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Mülki Məcəllənin 339.3-ci maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Mülki Məcəllənin 339.4-ci maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Mülki Məcəllənin 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Mülki Məcəllənin 339.6-ci maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə aiddir: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə, üçüncü şəxs X5 qarşı “xx.xx.2021-cı il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia təmin olunsun. Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisində bağlanmış “xx.xx.2021-cı il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. İş üzrə ödənimiş 100 manat dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar