Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3764/2021 24.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən cavabdehin əmlaklarının çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh Cavabdeh qızına məxsus cehiz əşyalarının onun mülkiyyətində olan Bərdə rayon Qəhrəmanlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul olunmasını etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bərdə rayon Qəhrəmanlı kəndində fərdi yaşayış evində yaşayır. Cavabdeh qızı onun oğlu X8 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar, daha sonra onıar arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuşdur. Hazırda cavabdehə məxsus olan cehiz əşyaları onun mülkiyyətində olan evdə qalmışdır. O, dəfələrlə cavabdehdən evində olan əmlakları çıxarmasını tələb etməsinə baxmayaraq buna məhəl qoymamışlar. Ona görə də bu barədə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məxsus olan cehiz əşyaları aşağıdakılardır: 1 ədəd servant, 1 ədəd termo, 1 ədəd termo oturacağı, 1 ədəd şifoner, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd yataq çarpayısı (qoşa), 2 ədəd tumba, 1 ədəd xalça, 1 ədəd lüstur, 1 ədəd paltaryuyan, 1 ədəd ütü, 1 ədəd naçnik, 2 ədəd pərdə, 2 ədəd karniz, 5 ədəd yorğan (yun), 1 ədəd (türk slikon), 1 ədəd döşək, 2 ədəd müttəkkə, 6 ədəd yastıq, 4 ədəd stolüstü döşəkcə, 1 ədəd örtük (pokrıval), 1 ədəd tefal, 1 ədəd saat, 1 ədəd güldan (gül ilə), 2 ədəd balaca güldan (rəngli və xrustal), 2 ədəd vaz, 1 dəst yemək servisi, 1 dəst çayni servis, 4 ədəd rumka, 1 ədəd qrafinka dəsti, 2 ədəd şam bakalı , 6 ədəd rumka dəsti, 6 ədəd rumka dəsti, 6 ədəd rumka, 1 ədəd qrafinka, 6 ədəd kasa, 4 ədəd ləpəqabı, 2 ədəd kül qabı, 5 ədəd tortqabı dəsti, 2 ədəd salfetka qabı, 3 ədəd meyvə qabı, 1 ədəd mətbəx naboru, 8 ədəd meyvə bıçağı, 8 ədəd çəngəl, 4 ədəd böyük çəngəl, 1 ədəd iri bıçaq, 2 ədəd çömçə, 2 ədəd qaşıq, 2 ədəd qaşıq qabı, 1 ədəd qəndqıran, 1 ədəd tefal qazan, 1 ədəd tava, 5 ədəd boşqab dəsti, 6 ədəd boşqab (güllü), 6 ədəd yemək boşqabı, 6 ədəd balaca boşqab (güllü), 1 ədəd konfet qabı, 1 ədəd süfrə, 6 ədəd çexol dəsti, 2 ədəd ləyən (kapron), 1 ədəd suvenir, 2 ədəd mürəbbə qabı, 1 ədəd məcməyi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş Cavabdeh qızı məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Bərdə rayon Qəhrəmanlı kəndində anada olmuşdur. Bərdə rayon Qəhrəmanlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti başçısının Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 380 saylı, 16.06.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Qəhrəmanlı kəndində yaşayır. Mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1991-ci il tarixdə Bərdə rayon Umudallar kəndində anada olmuşdur. Bərdə rayon Qəhrəmanlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışın surətindən müəyyən edilir ki, Bərdə rayon Qəhrəmanlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 123.5 kv.m olan fərdi yaşayış evi İddiaçı (fərdi yaşayış evi tam, torpaq sahəsinin 1/4 hissəsi), X2 (torpaq sahəsinin 1/4 hissəsi), X4 (torpaq sahəsinin 1/4 hissəsi) və X1 (torpaq sahəsinin 1/4 hissəsi) mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş 20.10.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, iddiaçı Mediasiya xidməti üçün 50 manat, məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh qızı İddiaçı oğlu ilə rəsmi ailə qurub həmin mübahisəli evdə yaşamışdır. Daha sonra İddiaçı oğlu ilə Cavabdeh qızı arasında ailə münasibətləri pozulmuş və ayrılmışlar. İddiaçının iddia etdiyi ev özünün xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçıya məxsus daşınmaz əmlakdan özünə məxsus əşyaları çıxarmamaqla iddiaçının mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbi ilə bağlı mövqeyini bildirərək aşağıdakıları qeyd etməyi zəruri bilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev rəsmi reystrdə İddiaçı adına qeydiyyata alınmışdır. Həmçinin mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçının oğlu ilə cavabdeh rəsmi ailə quraraq Cavabdeh sözügedən mənzildə yaşamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsi yaşayış sahələrinə aşağıdakılar aid etmişdir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələrimehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri. Məhkəmə hesab edir ki, cavabdehə məxsus əmlakların iddiaçının mülkiyyətində olan evdən çıxarılmaması iddiaçının mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, həmçinin cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən iddiaçı ilə müqavilə bağlamasını da sübut edə bilməmişdir Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğundan, cavabdeh iddiaçının mülkiyyətində olan əşyalarını evdən çıxarmamaqla mənzil üzərindəki hüquqlarını pozur. Ona görə də iddiaçının pozulmuş hüquqları bərpa edilməli və onun mülkiyyətində olan yaşayış evindən cavabdeh özünə məxsus əşyalar çıxarılmalıdır. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı İddiaçı xeyrinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qızına qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən cavabdehin əmlaklarının çıxarılması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı mülkiyyətində olan Bərdə rayon Qəhrəmanlı kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh özünə məxsus əşyalarını - 1 ədəd servant, 1 ədəd termo, 1 ədəd termo oturacağı, 1 ədəd şifoner, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd yataq çarpayısı (qoşa), 2 ədəd tumba, 1 ədəd xalça, 1 ədəd lüstur, 1 ədəd paltaryuyan, 1 ədəd ütü, 1 ədəd naçnik, 2 ədəd pərdə, 2 ədəd karniz, 5 ədəd yorğan (yun), 1 ədəd (türk slikon), 1 ədəd döşək, 2 ədəd müttəkkə, 6 ədəd yastıq, 4 ədəd stolüstü döşəkcə, 1 ədəd örtük (pokrıval), 1 ədəd tefal, 1 ədəd saat, 1 ədəd güldan (gül ilə), 2 ədəd balaca güldan (rəngli və xrustal), 2 ədəd vaz, 1 dəst yemək servisi, 1 dəst çayni servis, 4 ədəd rumka, 1 ədəd qrafinka dəsti, 2 ədəd şam bakalı , 6 ədəd rumka dəsti, 6 ədəd rumka dəsti, 6 ədəd rumka, 1 ədəd qrafinka, 6 ədəd kasa, 4 ədəd ləpəqabı, 2 ədəd kül qabı, 5 ədəd tortqabı dəsti, 2 ədəd salfetka qabı, 3 ədəd meyvə qabı, 1 ədəd mətbəx naboru, 8 ədəd meyvə bıçağı, 8 ədəd çəngəl, 4 ədəd böyük çəngəl, 1 ədəd iri bıçaq, 2 ədəd çömçə, 2 ədəd qaşıq, 2 ədəd qaşıq qabı, 1 ədəd qəndqıran, 1 ədəd tefal qazan, 1 ədəd tava, 5 ədəd boşqab dəsti, 6 ədəd boşqab (güllü), 6 ədəd yemək boşqabı, 6 ədəd balaca boşqab (güllü), 1 ədəd konfet qabı, 1 ədəd süfrə, 6 ədəd çexol dəsti, 2 ədəd ləyən (kapron), 1 ədəd suvenir, 2 ədəd mürəbbə qabı, 1 ədəd məcməyi çıxarsın. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh qızından tutularaq iddiaçı İddiaçı xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3764/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3764/2021
24.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver