Məhkəmə qərarları › İş №2(021)-377/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-377/2021

28.01.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-377/2021 28.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı , Cavabdehlər Cavabdeh və Məmmədova (Əsgərova) Nahidə Xanlar qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “əmlakları ilə birlikdə evdə çıxarılması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh və X3 əşyaları ilə birlikdə ona məxsus olan Bərdə rayon Kətəlparaq kəndində yerləşən fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, övladları Cavabdeh , X13 və X14 onu çıx incidirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dönlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən qeydiyyatdan keçmiş, Bərdə rayon Kətəlparaq kəndində 25 sot torpaq sahəsində 3 otaqlı evi vardır. Artıq xeyli müddətdir ki, Cavabdeh və onun arvadı X4 görə öz evinı yaxınlaşa bilmir. Belə ki, cavabdehlər dava-dalaş salırş, onu təhqir edir, evinə buraxmırlar. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində öz əmlakından istifadə edə bilmir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, hazırki mübahisəli fərdi yaşayış evinin sənədi yoxdur. Ailəlidir, 1 övladı vardır. Hazırda yaşamağa başqa yerləri yoxdur. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Əsgərova Nahidə Xanlar qızı iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Bərdə rayon Kətəlparaq kəndində anadan olmuşdur. Bərdə rayon Kətəlparaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 892 saylı arayışdan görünür ki, İddiaçı Bərdə rayon Kətəlparaq kəndində yaşayır. İş materiallarında olan AZ-İ № 917364 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X18 oğlu 08.05.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Seriya AZE № 17596145 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 02.01.1983-cü il tarixdə Bərdə rayon Kətəlparaq kəndində anadan olmuşdur. Bərdə rayon Kətəlparaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Bərdə rayon Kətəlparaq kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Arayışdan görünür ki, Cavabdeh 02.01.1983-cü ildə anadan olmuşdur. Atası X12, anası İddiaçıdır. İş materiallarında olan Seriya AZE № 13198147 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X9 01.01.1977-ci il tarixdə Bərdə rayon Kətəlparaq kəndində anadan olmuşdur. Bərdə rayon Kətəlparaq kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ № 390912 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X9 23.02.2002-ci il tarixdə Bərdə Regional “ASAN” Xidmət Mərkəzində 205 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Məmədova soyadı verilmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-190B KOD 61010018 Ssaylı Şahədatnamədən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04.05.1999-cu il tarixli 05 saylı qərarı ilə Bərdə rayon Kətəlparaq kənd sakinləri X18 oğluna, İddiaçı, Cavabdeh, X10, X11 0.08 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödəmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh İddiaçı övladıdır. X9 ilə Cavabdeh rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Onlarin birgə nikahlarından 1 uşaqları anadan olmuşdur. X1 Yusif Məsim oğlunun valideynlərinin evinə gəlin köçmüş və iddiaçı və cavabdehlər hazırda həmin evdə yaşayırlar. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev rəsmi reystrdə qeydiyyata alınmamışdır. Həmçinin mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçının oğlu ilə cavabdeh X9 həmin mənzilə gəlin köçmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri ilə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi sözü gedən mənzil reystrdə qeydiyata alınmayıb və bu səbəbdən iddiaçının cavabdeh X9 ilə Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan müqavilə bağlanılması qeyri mümkün olur Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Mənzil Məcəlləsinin 69.1-ci maddəsinə əsasən, kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. İddiaçinin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddia tələbi təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında müəyyən olundu ki, cavabdehlər faktiki olaraq həmin mənzildə yaşayırlar. Həmçinin Cavabdeh həmin mənzilin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ var. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsi yaşayış sahələrinə aşağıdakılar aid etmişdir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələrimehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində rüsumu iddiaçıya aid edilməılidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh və Məmmədova (Əsgərova) Nahidə Xanlar qızına qarşı “əmlakları ilə birlikdə evdə çıxarılması” tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar