Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-38/2025 26.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X1 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “Pay torpaq sahəsindən payına düşən 0,49 ha torpaq sahəsinin cavabdehdən alınıb istifadəsinə verilməsi və cavabdehin 17 il ərzində əkib becərərək götürdüyü xeyirin hesablanaraq pul qismində ona qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh ona məxsus olan 0,49 ha pay torpaq sahəsinin alınaraq ona verilməsi və cavabdehin 17 il ərzində əkib becərərək götürdüyü xeyrin hesablanaraq pul qismində ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək göstərdi ki, cavabdehlə öz aralarında razılığa gəldiklərindən, mülki işin baxılmamış saxlanılması və məhkəməyə təqdim etdiyi sənədlərin ona geri qaytarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. MPM-nin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan qanunvericiliyin tələbinə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Pay torpaq sahəsindən payına düşən 0,49 ha torpaq sahəsinin cavabdehdən alınıb istifadəsinə verilməsi və cavabdehin 17 il ərzində əkib becərərək götürdüyü xeyirin hesablanaraq pul qismində ona qaytarılması” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı və sənədlər İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı “Pay torpaq sahəsindən payına düşən 0,49 ha torpaq sahəsinin cavabdehdən alınıb istifadəsinə verilməsi və cavabdehin 17 il ərzində əkib becərərək götürdüyü xeyirin hesablanaraq pul qismində ona qaytarılması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-38/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-38/2025
26.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver