Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3820/2023 05.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Ərizəçi, Maraqlı şəxs1 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs1, Maraqlı şəxs5 kənd Təsərrüfatı Kooperativinə, X28 Xidmət Mərkəzində Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mirasın qəbul edilməsi faktının müəyyənedilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, “İskra” Kooperativi 05 dekabr 1988-ci ildə Ağdarə rayonu ərazisində yaradılmışdır. Həmin kooperativ nizamnamə əsasında fəaliyyət göstərir. Ağdərə rayonu işğalda olduğu üçün, qoyunçuluğun inkişafı ilə əlaqədar 16 h saylı dövlət qış otlaq fondundan 236,0 ha, 21 h saylı dövlət qış otlaq fondundan 32,0 ha, 22 h saylı dövlət qış otlaq fondundan 134,0 ha, 23 ha dövlət qış otlaq fondundan 140,0 ha olmaqla ümumilikdə 542,0 ha torpaq sahəsi Ağdam Rayon İcra Hakimiyyəti Başçısının 22 aprel 1998-ciil tarixli 49 saylı qərar ilə ayrılaraq həmin kooperativin istifadəsinə verilmişdir. Torpaqdan müvəqqəti istifadə hüququna dair JN 0391, KOD -90700001 saylı şəhadtənamə verilmişdir. “İskra” Kooperativinin rəhbərliyi İmişli Rayon İcra Hakimiyyətinə müraciət edərək, Kooperativə Ağdam rayon icra hakimiyyəti başçısının 22 aprel1998-ci il tarixli, 49 saylı sərəncamı ilə İmişli rayonu ərazisində yerləşən əvvəllər Ağdam rayonuna təhkim edilmihş, 16 h, 21 h, 22 h, 23 h saylı dövlət qış otlaq fondundan verilmiş 540,0 ha torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cıil tarixli, 60 saylı qərarına əsasən İmişli rayon İcra Hakimiyyətinin sərəncamına qaytarıldığı üçün həmin qış otlaq sahəsinin yenidən kooperativin adına sənələşdirilməsini xahiş etmişdir. İmişli Rayonu İcra Hakimiyyəti Başçısının 05 sentyabr 2014-cü il tarixli, 180 nömrəli sərəncamına əsasən 16 h saylı dövlət qış otlaq fondundan 236,0 ha, 21 h saylı dövlət qış otlaq fondundan 32,0 ha, 22 h saylı dövlət qış otlaq fondundan 134,0 ha, 23 h dövlət qış otlaq fondundan 140,0 ha olmaqla ümumilikdə 542,0 ha torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə yenidən kooperativin icarəsinə verilmişdir. Hazırda icarə müqaviləsi qüvvədədir. xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi (VÖEN) ilə Maraqlı şəxs5 kimi dövlət qeydiyyatına alınımışdr. Azərbaycan Respublikası Ədliyyə Nazirliyini tərəfindən “İskra” koopertivinin sədri U.Ağayevə ünvanlanmış 06 avqsut 1996-cı il tarixli məktubda qeyd edilmişdir ki, hüquqi şəxslərin qeydiyyatı haqqında “Azərbaycan Respublikasının 6 fevral 1996-cıil qanununun 2-ci maddəsinə əsasən bu qanun qəbul edilənədək bu orqanlarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədlərinin müvafiq ədliyyə orqanlarına təhvil verilməsi və onların bu orqanlarda uçota alınması müəyyən edilmişdir. Buna əsasən “İskra” kooperativi 5 dekabr 1988-ci il tarixli 4-286 saylı qərarla Ağdərə “Mardakert” rayonu icra hakimiyyətində qanunvericiklə müəyyən olunmuş qaydada rəsmi dövlət qeydiyyatına alındığı üçün və statusunu itirmir və onun yenidən Ədliyyə Nazirliyində qeydə alınması tələb olunmur. Kooperativin 31 iyul 2023-cü il tarixli qərarına əsasən X1 üzv və sədr seçilmişdir. Kooperativin üzvlərindən atası X6 27 sentyabr 2021-ci ildə vəfat etmişdir. X25 vəfat etdikdən sonra, kooperativdə olan əmlak pay hissəsi miras əmlak kimi tərəfindən qəbul edilmişdir. Hazırda həmin miras əmlaklar onun tərəfindən idarə edilir. Ailə üzvlərindən olan anası Maraqlı şəxs2 digər qardaşı və “İskra Kooperativin” üzvləri həmin miras əmlakları miras əmlak kimi qəbul еtdiyini təsdiq edə bilərlər. Həmin miras əmlaklarla bağlı aralarında heç bir mübahisə yoxdur. Mərhum atası X3 miras qalmış “İskra Kooperativində” olan əmlak pay hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 29 mart 2023-cü il tarixdə ərizə ilə Bərdə regional “Asan Xidmət” notariat ofisinə müraciət etmişdir. Bərdə regional “Asan Xidmət” notariat ofisi tərəfindən ona imtina verilərək bildirilmişdir ki, miras əmlakın qəbulu ilə bağlı məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs1 ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 kənd Təsərrüfatı Kooperativinə, X28 Xidmət Mərkəzində Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin, maraqlı şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs1 xx xxxxxx 1983-cü ildə Ağdərə rayonunda doğulmuşdur, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 05209285 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X20 1932-ci ildə Ağdərə rayonunda doğulmuşdur, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 17270780 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 01 may 1967-ci ildə Ağdərə rayonunda doğulmuşdur, Ağdam rayonu, Sırxavənd kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X12 13 sentyabr 1980-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi 13 sentyabr 1980-ci ildə doğulmuşdur. İş materiallarında olan Xİ-JQ 318471 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunurki, X10xx xxxxxx 1986-cı ildə doğulmuşdur, atası X8, anası X5r. İş materiallarında olan 21 yanvar 2011-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış Maraqlı şəxs5 X2 nizamnaməsinə edilmiş dəyişiklikdə göstərilmişdir ki, Kooperativin pay fondu 120 manat məbləğində müəyyən edilmişdir. Pay fondunda kooperativ üzvülərin mütləq pay haqqı 20 manatdan ibarətdir. Kooperativ üzvülərinin nzamnamə kapitalındakı pay haqları aşağıdakı kimi müəyyən edilmişdir: X20-20 manat 1 pay haqqı, X16-20 manat 1 pay haqqı, X7 20 manat 1 pay haqqı, X11 20 manat 1 pay haqqı, X13 20 manat 1 pay haqqı, X12 20 manat 1 pay haqqı. İş materiallarında olan AZ-İİ 218466 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 27 sentyabr 2021-ci ildə ölmüşdür. İş materiallarında olan 05 sentyabr 2014-cü il tarixli Torpaq İcarə müqaviləsinin surətindən müəyyən olunur ki, həmin müqavilə Ağdam rayonu İcra Hakimiyyəti Başçısi ilə “İskra” X2 sədri arasında bağlanmışdır. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti Başçısının 180 saylı, 05 sentyabr 2014cü il tarixli sərəncamının surətindən müəyyən olunur ki, “İskra” Kooperativinə qoyunçuluğun inkişafı ilə əlaqədar 16 h saylı dövlət qış otlaq fondundan 236,0 ha, 21 h saylı dövlət qış otlaq fondundan 32ha, 22 h saylı dövlət qış otlaq fondundan 134 ha, 23 h dövlət qış otlaq fondundan 14 ha olmaqla ümumilikdə 542 ha torpaq sahəsi müvəqqəti icarəyə verilmişdir. İş materiallarında olan JN 0391, KOD 90700001 olan Torpaqdan müvəqqəti İstifadə Hüququna dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Ağdam Rayon İcra Hakimiyyəti Başçısının 22 aprel 1998-ci il tarixli 49 saylı qərarı və 22 aprel 1998-ci il tarixli 49 saylı İcarə müqaviləsi ilə İmişli rayonundan yerləşən 16, 21, 22, 23 h saylı qış otlaq sahəsindən qoyunçuluğu inkişaf etdirmək üçün 580 ha torpaq sahəsi icarəyə verilmişdir. İş materiallarında olan Ağdam rayon İcra Hakimiyyəti Başçısının Sırxavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-31-31/3-2-132 saylı, 28 avqust 2023-cü il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi Ağdam rayonu, Sırxavənd kənd inzibati ərazi dairəsi üzrə daimi pasport qeydiyyatındadır, məcburi köçkündür, yemək xərci müavinəti alır, halhazırda Bərdə rayon 866 saylı yeni qəsəbədə müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Ağdam rayon İcra Hakimiyyəti Başçısının Sırxavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-31-31/3-2-131 saylı, 28 avqust 2023-cü il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi Ağdam rayonu, Sırxavənd kənd inzibati ərazi dairəsi üzrə daimi pasport qeydiyyatındadır, məcburi köçkündür, hal-hazırda Bərdə rayon 866 saylı yeni qəsəbədə müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan İİ-JQ 312863 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 və X9 09 noyabr 1980-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan X-JQ 265269 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 16 mart 1984-cü ildə doğulmuşdur, atası X8, anası X5r. İş materiallarında olan İX-JQ 273904 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 xx xxxxxx 1983-cü ildə doğulmuşdur, atası X8, anası X5r. İş materiallarında olan Vİİ-JQ 485207 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs3 22 yanvar 1982-ci ildə doğulmuşdur, atası X8, anası X5r. İş materiallarında olan X28 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 2094/2023 saylı, 18 avqust 2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, mərhum X3 miras qalmış əmlak vardır. Həmin əmlak faktiki olaraq Ərizəçi tərəfindən miras kimi qəbul edilərək, idarə edilmişdir. Buna görə də Ərizəçi tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülməmiş hesab edilməklə, mirasın qəbul edilməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-220, 227, 233, 305-307, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən mərhum X3 qalmış əmlakın miras əmlak kimi qəbul edilməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3820/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3820/2023
05.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver