Məhkəmə qərarları › İş №2(021)-3833/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3833/2023

20.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3833/2023 20.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və İsgəndərova (Əliyeva) Jalə Vəli qızının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi4 və İsgəndərova (Əliyeva) Jalə Vəli qızı ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN-199 saylı KOD- 61016018 olan Dövlət Aktının onlara- Ərizəçi1, X2,Ərizəçi4, X6 məxsus olması faktının müəyyən edilib təsdiq edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçilər ərizəni belə əsaslandırmışdırlar ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 09 saylı Qərarına əsasən onlara -Ərizəçi1, X2, Ərizəçi4, İsgəndərova JaləVəli qızına Bərdə rayon Kələntərli Kəndində 0,11 ha. torpaq sahəsi verilmişdir. Qeyd edilən torpağa JN-002A saylı KOD- 61008018 olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı da almışdır. Həmin torpaq onların sahibliyində və istifadəsində olsa da mülkiyyətləri üzərində sərəncam hüquqlarını həyata keçirə bilmirlər. Belə ki, Dövlət Aktında payçılardan Ərizəçi1 ata adı səhvən “Əli” kimi, X3 adı səhvən «X7» kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizədə göstərilənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Digər ərizəçilər Ərizəçi2, Ərizəçi4 və İsgəndərova (Əliyeva) Jalə Vəli qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi məhkəməyə ərizə göndərərək, sözügedən iddia tələbinin 7 saylı Bərdə Ərazi İdarəsinin hər hansı bir hüquq və maraqlarına toxunmadığını, ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasına etiraz etmədiklərini qeyd edərək, sözügedən iddia tələbinə dair qanunauyğun qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1966-cı ildə Bərdə rayon Kələntərli kəndində anadan olmuşdur. Bərdə rayon Kələntərli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2051 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi1 Bərdə rayon Kələntərli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Seriya AA №2022674 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi3 xx.xx.1994-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AЭ №1123247 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1966-cı ildə Bərdə rayon Kələntərli kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ № 491864 nömrəli Arayışdan görünür ki, X8 xx.xx.1994-cü il tarixdə Bərdə rayon Kələntərli kəndində anadan olmuşdur. Ata qrafasında ata adı Ərizəçi1, ana qrafasında ana adı Ərizəçi2 kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1451 nömrəli xx.xx.2023-cü il tarixli arayışda qeyd olunur ki, Azərbaycan Respubilkası İqtisadiyyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeçiliyində Daşınmaz Əmlakın Dövlət Katastırı və Reyesteri Publik hiquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə ondan ötrü ki, Bərdə rayon İHB – nın Kələntərli İƏD - si üzrə nümayəndəliyinin Kələntərli kənd sakini Ərizəçi1 təsərrüfatında (Kələntərli kəndində) X9 adlı vətəndaş yoxdur. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-002A KOD- 61008018 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə 0.11 ha torpaq sahəsi Bərdə rayon Kələntərli kənd sakinləri Ərizəçi1 Əli oğlunun, X1, X4 və X5 mülkiyyətinə verilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kdastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ərizəçi Torpağın mülkiyyətə verilməsinə dair JN-002A saylı Şəhadətnamədə səhvlərin düzəldilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etsə də, Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. İş materiallarında əlavə xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-002A KOD-61008018 saylı Şəhadətnamədə yanlışlıq olaraq mülkiyyətçilər- Ərizəçi1 ata adı “Ərizəçi1 Əli oğlu”, İsgəndərova (Əliyeva) Jalə Vəli qızının adı, soyadı, ata adı və cinsi “X9” kimi qeyd olunmuşdur. Torpağın mülkiyyətə verilməsinə dair JN-002A KOD-61008018 saylı Şəhadətnamədəki– “Ərizəçi1 Əli oğlu” və “X9” yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi1, İsgəndərova (Əliyeva) Jalə Vəli qızına məxsus olması faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizə təmin edilməli, Torpağın mülkiyyətə verilməsinə dair JN-002A KOD-61008018 saylı Şəhadətnamədə “Ərizəçi1 Əli oğlu” və “X9” yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi1, İsgəndərova (Əliyeva) Jalə Vəli qızına məxsus olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-002A KOD-61008018 saylı Şəhadətnamədə qeyd olunmuş “Ərizəçi1 Əli oğlu” və “X9” yazılarının müvafiq olaraq mülkiyyətçilər Ərizəçi1 və İsgəndərova (Əliyeva) Jalə Vəli qızına məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar