Məhkəmə qərarları › İş №2(021)-384/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-384/2023

25.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-384/2023 25.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 08 yanvar *973-cü il tarixində Ermənistan Respublikasının Vardenis rayonunun Şişqaya kəndində anadan olmasına dair doğum haqqında akt qeyddinin bərpa edilməsinə (valideynlərinin X32 və X3 göstərilməklə) dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçili oğlu ərizəsini onunla əsaslandırmışdır ki, X33 08 yanvar *973-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunun Şişqaya kəndində anadan olubmuşdur. Milliyəti Azərbaycanlıdır. *987-ci ilin axırınadək həmin kənddə valideynləri və qardaş-bacıları ilə birlikdə yaşamışdır. Şişqaya kənd orta məktəbində təhsil almışdır. *989-cu ildə evləri yandırılmaqla bir gecənin içərisində ailələri Ermənistandan deportasiya olunarkən bütün ailə üzvləri kimi onunda şəxsiyyətini təsdiq edən sənədlər, yəni o dövr üçün yeganə şəxsiyyət sənədi olan doğum haqqında şəhadətnaməsi Ermənistanda saxlamış və yaxud evdə yanmışdır. Müxtəlif səbəblərdən indiyədək Doğum haqqında şəhadətnaməsini bərpa etdirməmişdir və indiyədək Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini də almayıb. Bunun üzürlü səbələri vardır. Belə ki, *987-ci il ildə İrəvan şəhərində oğurluq cinayəti törətdiyinə görə həmin ilin axırlarında İrəvan şəhərinin hansısa rayon məhkəməsinin hökmü ilə 5 il müddətində azadlıqdan mərhum edilib. *989-cu ilin axırında cəzanın qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasının Şuşa şəhərindəki cəzaçəkmə müssisəsinə köçürülmüşdür. (Bəlkə də məhkumların dəyişdirilməsi qaydasında olmuşdur.) *992-ci ildə Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin fərmanı ilə həbsdə olan məhkumlar cəzaçəkmə müəssisəsindən azad edilərək hərbi xidmətə göndərilərkən o, da cəzaçəkmə müəssisəsindən azad edilərək döyüşlərdə iştirak etmək üçün Gəncə batalyonu kimi tanınan hərbi hissəyə göndərilmiş, hərbi hissənin siyahısına daxil edilərək silahla təmi olunmuş, hərbi hissənin kəşfiyyat qrupunun tərkibinə verilmişdir. *992-ci ilin sonlarında cəmi 2* nəfər olmaqla Ermənistan hərbi birləşmələri tərəfindən Ağdərə rayonu ərazisində əsir götürülmşdür. *992-ci ilin axırları yaxud *993-cü ilin əvvələrində Surət Hüseynovun rəhbərliyi ilə hərbi birləşmələr Ağdərə rayonunu düşməndən azad edildikdə ermənilər onu və daha 3 nəfəri əsir düşmüş azərbaycanlını onları saxladıqları fermada qoyub qaçmışdır. Odur ki, həmin vaxtı əsirlikdən azad olunmuşdur. Əsirlikdən azad olunarkən sağlamlıq vəziyyəti təhlükə altında olduğuna görə (əsirlikdə olarkən erməni hərbiçiləri tərəfindən qarnına taxta parçası soxulduğuna görə qarnı deşilmiş, daxili orqanları zədələnmiş, ayaqları qırılmış, qoluna kerosin iynəsi vurulmuş və sair işgəncələrə məruz qalmışdır.) Onu əvvəlcə qısa müddət Tərtər, sonra isə Yevlax rayonundakı tibbi müəssisələrdə müalicə etmiş, sonra isə Bakı şəhərindəki hərbi hospitala yerləşdirmişlər. Təxminən * il ərzində həmin hospitalda fasiləsiz olaraq statsionar şəraitdə müalicə olunmuş, sonrakı 5-6 ildə də həmin hospitalda vaxtaşırı müalicələrini davam etdirmişdir. *993-cü il hərbi hospitalda müalicə olunarkən ailə üzvləri barədə məlumat alaraq öyrənə bilib ki, onlar *989-cu ildə Ermənistandan deportasiya olunaraq Azərbaycan Respublikasının Göygöl şəhərinə gəlmiş, orada əvvəlcə məktəb binasında, sonra Mirzik kəndində, Şəmkir rayonu Dağ-Cəyir kəndində, daha sonra isə nəhayət Göygöl rayonunun Çaykənd kəndində məskunlaşıblar. Odur ki, hərbi hospitaldan buraxıldıqdan sonra *993-cü ildə o, da Çaykənd kəndinə gəlib ailə üzvlərini taparaq 2000-ci ilədək onlarla birlikdə həmin kənddə yaşamışdır. (Müalicəni davam etdirmək üçün *993-cü ildən sonra Bakı şəhərindəki hospitalada həmişə Göygöl və Şəmkir rayonunlarından gedib gəlmişdir.) *983-cü ildə Ermənistan Respublikasının Vardenis rayonun Zod kəndində anadan olmuş X*0 ilə 2000-ci ildə evlənərək ailə qurmuşdur. Lakin onun şəxsiyyət vəsiqəsi olmadığına görə indiyədək də onunla rəsmi nikahları yoxdur, yəni faktiki nikah münasibətindədirlər. X*0 ilə ailə qurdqdan sonra 2000-ci ildən etibarən köçüb Bərdə şəhərində yaşayırlar. Hazıda da Bərdə şəhərində yaşayırlar və ünvanları Bərdə şəhəri, Səttərxan küçəsi ev *8 hesab edilir, 6 övladları var. 30 mart 2022-ci il təvəllüdlü X*6, 22 iyul 2004-cü ildə anadan olmuş qızları X*3, 27 yanvar 20**-ci ildə anadan olmuş qızları X*4, 02 aprel 20*3-cü ildə anadan olmuş oğlanları X*9, 25 avqust 20*8-ci ildə anadan olmuş qızları X*5, ** may 2020-ci ildə anadan olmuş oğulları X20. Uşaqlarının hamısı Azərbaycan Respublikasında anadan olmuşlar və onun şəxsiyyət vəsiqəsi olmadığı üçün onların doğum haqqında şəhadətnamələrində soyadı olaraq analarının soyadı olan Tanrıverdiyev (Tanrıverdiyeva), ata ad isə onun adı qeyd edilmişdir. Böyük övladları olan X*6 44 günlük Vətən müharibəsinin iştirakçısı olmaqla döyüşlərdə göstərdiyi qəhrmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab X28 ilə bir neçə medalla təltif edilmişdir. Uşaqlarının hasmısı Azərbaycan Respublikasının vətəndaşlarıdırlar və hər birinin bu barədə şəxsiyyət vəsiqələri vardır. Həyat yoldaşı və uşaqlarının hamısı Bərdə şəhəri, Səttərxan küçəsi ev *8 ünvanında yaşayırlar. Onun bütün əmlakı Bərdə şəhəri Səttərxan küçəsi ev *8 ünvanında yerləşir. X9 *0 dekabr *944-cü ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadana olmuş, *989-cu ildə oradan deportasiya edilmiş və Azərbaycan Repsublikasınına qaçqın kimi gəlmişdir. 20 yanvar 2006-cı ildə ona Şəmkir rayon, Polis Şöbəsindən Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Hazırda Göygöl rayonunun Çaykənd kəndində yaşayır. X* *947-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmuş,*989-cu ildə oradan deportasiya edilmiş və Azərbaycan Respublikasına qaçqın kimi gəlmişdir. 07 aprel 2006-cı ildə ona Şəmkir rayon polis şöbəsindən Azərbaycan Respublikası vətəndşının şəxsiyyət vəsiqəsi veirlmişdir. X6 *970-ci il Ermənistan Repsublikasının Vardenis rayonunda anadan olub, *989-cu ildə oradan deportasiya olunmuşdur. Azərbaycan Repsublikasına Qaçıqın kimi gəlmişdir. 20*2-ci ildə Şəmkir rayonunda avtoqəza nəticəsində vəfat etmişdir. X4 *969-cu ildə Ermanistan Respublikasının Vardenis rayonunda anadan olmuş, *989-cu ildə oradan deportasiya olunmuş və Azərbaycan Respublikasına qaçqın kimi gəlmişdir. Azərbaycan Respublikasının vətəndaşı olmuşdur, 20*3-cü ildə Gəncə şəhərində avtoqəza nəticəsində vəfat etmişdir. X2 *97* –ci ildə Ermənistan Repsublikasının Vardenis rayonunda anadan olmuş,*989-cu ildə oradan deportasiya edilmiş, Azərbaycan Respublikasına qaçqın kimi gəlmiş, Azərbaycan Respublikasının vətəndaşı olmuş, 20*5-ci ildə Bərdə şəhərində ümumi xəstəlikdən vəfat etmişdir. X5 *980-cı ildə Ermənistan Respublikiasının Vardenis rayonunda anadan olmuş, *989-cu ildə oradan deportasiya edilmiş, Azərbycan Repsublikasına qaçqın kimi gəlmiş, Azərbaycan Respublikasının vətəndaşı olmuş, 20*4-cü ildə Şamaxıda avtoqəza nəticəsində vəfat etmişdir. X7 *982–ci ildə Ermənistan Repsublikasının Vardenis rayonunda anadan olmuş, *989-cu ildə oradan deportasiya edilmiş, Azərbaycan Repsubliaksına qaçqın kimi gəlmiş, Azərbaycan Repsbulkiasının vətəndaşı olmuşdur, hazırda ailəsi ilə birlikdə Göygöl rayonu, Çaykənd kəndində yaşayır. Hazırda onun Doğum Haqıında şəhadətnaməsini bərpa etdirmək, daha sonra isə Azərbaycan Repsublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini almağına zərurət vardır. Bu məqsədlə Bərdə rayon Qeydiyyat Şöbəsinə yazılı ərizə ilə müraciət etsə də, ona həmin şöbədən *8 avqust 2022-ci il tarixli 626- 05/*5 nömrəli bildirişlə imtina cavabı verilmişdir. İmtinanın səbəbi onunla əsaslandırlımışdır ki, Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti akrlarının qeydləri həmin ərazidə fəaliyyət göstərmiş qeydiyyat şöbələrinin arxivində saxlanılırmış. Ermənistan Respublikası ilə əlaqədar olmadığından onun doğum haqqında akt qeydini bərpa etmək səlahiyyətləri xaricindədir. Ona məhkəməyə müraciət etməsi məsləhət görülüb. Göründüyü kimi o, doğumu haqqında akt qeydinin bərpa edilməsi üçün aidiyyatı olan dövlət orqanına rəsmi qaydada müraciət etməsinə baxmayaraq buna nail ola bilməyib. Doğumu haqqında akt qeydinin bərpa edilməsi üçün aidiyyatı dövlət orqanına rəsmi müraciət etməsinə baxmayaraq buna nail ola bilməmişdir. Doğumu haqqında akt qeydinin bərpa edilməsi isə ona şəxsiyyət müəyyənedici sənədlərdən biri kimi ondan istifadə etməklə vətəndaş hüquqlarını həyata keçirmək, o cümlədən Azərbaycan Repsublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün lazımdır. Odur ki, hazırkı ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətindədir və bu müraciətinin yuxarıda şərh etdiyi səbəblərdən əsaslı olmaqdan başqa həmdə qanuni hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Ərizəçi oğludur. Sahib Ermənistan Respublikasında doğulmuşdur, ailəlikcə Ermənistandan deportasiya olunublar. Buna görə də bütün sənədlər Erməistanda qalmışdır. Hazırda oğlu Sahib ailə qurmuşdur, lakin sənədləri olmadığından rəsmi nikah qeydiyyatından keçə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 izahatında göstərdi ki, oğlu Ərizəçi 08 yanvar *973-cü ildə Ermənistan Respublikasında doğulub. Lakin onlar ailəlikcə Ermənistandan deportasiya olunduqlarından sənədləri orda qalmışdır. Hazırda oğlu Bərdə şəhərində yaşayır. Ailə qurub, 6 övladı var, lakin özünün sənədi olmadığından rəsmi nikah qeydiyyatından keçməyib. Uşaqlarına da atalı kimi doğum haqqında şəhadətnamə almamışdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA0907*28 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X** 09 yanvar *983-cü ildə doğulmuşdur. İş materiallarında olan AA 023338 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*6 30 mart 2022-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*3 22 iyul 2004-cü ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*4 27 yanvar 20**-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*9 02 aprel 20*3-cü ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*5 25 avqust 20*8-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X20 ** may 2020-ci ildə doğulmuşdur. İş materiallarında İ-9028 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən müəyyən olunur X23 “Qubadlının azad oluunmasına görə” medalla təltif edilmişdir. İş materiallarında İ-22368 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən müəyyən olunur ki, X23 “Cəbrayılın azad olunmasına görə” medalla təltif edilmişdir. İş materiallarında olan AZE 04450039 X3 XX.XX.*947-ci ildə Ermənistan Respublikasının, Vardenis rayonunda doğulmuşdur, Şəmkir rayonunda Dağ-Cəyir kəndində qeydiyyatdadır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, X32 *0 dekabr *944-cü ildə Ermənistan Respublikasının, Vardenis rayonunda doğulmuşdur, Şəmkir rayonunda Dağ-Cəyir kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İİİ 452662 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X*6 30 mart 2022-ci ildə doğulmuşdur, atası X26, anası X8r. İş materiallarında olan AZ-İ 432788 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X*3 22 iyul 2004-cü ildə doğulmuşdur, atası X26, anası X8r. İş materiallarında olan AZ-İİİ 452660 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X*4 27 yanvar 20**-ci ildə doğulmuşdur, atası X26, anası X8r. İş materiallarında olan AZ-İİİ 45266* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X*9 08 yanvar 20*5-ci ildə doğulmuşdur, atası X26, anası X8r. İŞ materialarında olan AZ-İV 257204 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X*8 25 avqust 20*8-ci ildə doğulmuşdur, atası X26, anası X8r. İş materiallarında olan AZ-İV 448242 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, atası X26, anası X8r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş *8 oktyabr 2022-ci il tarixli, 626-05/*5 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi 08 yanvar *973-cü il tarixində Ermənistan Respublikasının Vardenis rayonunun Şişqaya kəndində anadan olması, valideynlərinin X32 və X3 olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilisin. Ərizəçi 08 yanvar *973-cü il tarixində Ermənistan Respublikasının Vardenis rayonunun Şişqaya kəndində anadan olması, valideynlərinin X32 və X3 olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar