Məhkəmə qərarları › İş №2(021)-3874/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3874/2025

27.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3874/2025 27.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs4 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Bərdə Regional ASAN Xidmət Mərkəzinin Notariat Konturuna qarşı “ mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və mirası onun tərəfindən qəbul edilməsi faktına” dair mülki işə, Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Bərdə Regional ASAN Xidmət Mərkəzinin Notariat Konturuna qarşı ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,35 ha torpaq sahəsinin mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsini və mirası qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə verərək, mülki işi baxılmamış saxlamağı, iş üzrə ödənilmiş dövlət rüsumunun qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs4 ərizənin baxılmamış saxlanmasına etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6 və Bərdə Regional ASAN Xidmət Mərkəzinin Notariat Konturuna qarşı “mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və mirası onun tərəfindən qəbul edilməsi faktına” dairərizəsi baxılmamış saxlanılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə qaytarılsın (qəbz nömrəsi **********,büdcə təsnifat kodu ********). Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar