Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3875/2024 24.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, İddiaçı, cavabdeh “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndələri Nümayəndə1 Əhməd oğlunun və Nümayəndə2 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 21 oktyabr 2022-ci il tarixli 4630-a nömrəli və 17 oktyabr 2024-cü il tarixli 18-1-28/3- 1-4133/2024 nömrəli əmrlərinin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru tərəfindən barəsində qəbul edilən xx.xx.2022-ci il tarixli 4630-a saylı və xx.xx.2024-cü il tarixli əmrlərin məhkəmə qaydasında ləğv edilməklə əvvəlki işinə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 1974-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini, uşaq cərrahı ixtisası üzrə bitirmişdir. Həmin il Bakı şəhəri Semaşko adına X6 xəstəxanasında internatura keçdikdən sonra, xx.xx.1976-cı ildən Bərdə rayonunda əmək fəaliyyətinə başlayıb Bərdə Rayon Mərkəzi Xəstəxanasında uşaq cərrahı ixtisası üzrə işləmişdir. xx.xx.2022-ci ilədək həmin xəstəxanada həkim uşaq cərrahı işləmişdir. 48 illik fəaliyyəti ərzində qüsursuz çalışmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(021)-6/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46-ci maddəsi tətbiq edilərək barəsində dövlət orqanlarında və yerli özünüidarə organlarında 01 (bir) il müddətinə həkim-cərrah vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2023-cü il tarixli, 1(104)-11/2023 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və hökm ona münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Baxmayaraq ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən apelyasiya şikayəti vermişdir və həmin hökm hələ qanuni qüvvəyə minməmişdi, Bərdə rayon mərkəzi xəstəxanasının direktoru xx.xx.2022-ci il tarixli, 4630-a saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, işdən kənar edilmişdir və əmək fəaliyyətinə məhdudiyyət qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə isə onunla bağlanmış müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən xitam verilmişdir. Barəsində qəbul olunmuş Bərdə rayon mərkəzi xəstəxanasının direktorunun xx.xx.2022-ci il tarixli, 4630-a saylı əmrini əsassız və qanunsuz hesab edir. Yuxarıda qeyd etdiyi kimi, barəsində çıxarılmış ittiham hökmü Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2023-cü il tarixli, 1(104)-11/2023 saylı qərarı ilə qüvvəyə minmişdir. Yəni, xx.xx.2023-cü ilədək onun işdən kənarlaşdırılması qanunsuz və əsassız olmuşdur. Buradan belə nəticəyə gəlinir ki, Bərdə rayon mərkəzi xəstəxanasının direktoru onu qanunsuz olaraq vaxtından 1 il 1 ay 10 gün əvvəl işdən kənarlaşdırmış və 2 il müddətinə isə işə buraxmamışdır. Bununla da, əmək və konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Daha sonra baxmayaraq ki, qanunsuz olaraq işdən kənarlaşdırılmışdır, müqavilə müddətinin vaxtı çatan kimi işlədiyi müddət 5 il tamam olmasa da, onu işdən azad etmişdir. Sadalanan xüsusatlara və istinad edilən hüquq normalarına əsaslanaraq hesab edir ki, cavabdeh təşkilat tərəfindən barəsində qəbul edilən xx.xx.2022-ci il tarixli, 4630-a saylı və xx.xx.2024-cü il tarixli əmrlər əmək qanunvericiliyinin tələblərinə ziddir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 Əhməd oğlu iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı 1975-ci ildən 2022-ci ilədək Bərdə Rayon Mərkəzi Xəstəxanasında uşaq cərrahiyə şöbəsində cərrah kimi işləmişdir. xx.xx.2022-ci il tarixli, 4630-a saylı daxili əmrlə iş yeri saxlanılmaqla əmək fəaliyyəti dayandırılmışdır. Səbəb isə barəsində olan cinayət işi olmuşdur. xx.xx.2024-cü il tarixli əmrə əsasən isə “Bərdə Rayon Xəstəxanası” publik hüquqi şəxs ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən xitam verilmişdir. Belə ki, “Bərdə Rayon Xəstəxanası” PHŞ müqavilə müddətinin uzadılmasını lazım bilməmişdir. Əmək Məcəlləsinə əsasən həkimlərin də işləmə müddətinin son həddi 65 yaşdır. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ tərəfindən 65 yaşından sonra həkimlə müddətli müqavilə bağlana bilər. Müqavilənin müddəti 1 il olur və hər il müqavilənin müddəti 1 il uzadıla bilir. Qanunveicilikdə müqavilə 5 dəfədən artıq bağlanıla bilməz, lakin TƏBİB-lə razılaşdırılmaqla 70 yaşından sonra da müqavilə bağlanıla bilər. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 digər Nümayəndə1 Əhməd oğlunun göstərdiklərini bir daha təsdiq etdi və əlavə olaraq bildirdi ki, işçinin 65 yaşı tamam olduqdan sonra əmək müqaviləsinin uzadılmasına o halda yol verilir ki, müəyyən sahə üzrə həkim çatışmır və həmin sahə üzrə həkimə böyük ehtiyac duyulur. Hazırda “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də iki həkim-uşaq cərrahı vardır, işləyirlər və buna görə də həkimcərrah İddiaçı ilə olan əmək müqaviləsinin müddəti uzadılmamış və onunla yenidən müqavilə bağlanmasına ehtiyac duyulmamışdır. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci ildə Tərtər rayonu Evoğlu kəndində anadan olmuşdur, Bərdə şəhəri Təbriz küçəsi ev 11-də qeydiyyatdadır. P 121018 nömrəli fərqlənmə diplomundan görünür ki, İddiaçı 1968-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1974-cü ildə institutun “Pediatriya” ixtisası üzrə tam kursu bitirmişdir. Bərdə Rayon Mərkəzi Xəstəxanasının 15 yanvar 1976-cı il tarixli 11 nömrəli Əmrindən görünür ki, Uşaq xəstəxanasının cərrahi şöbəsinin xx.xx.1976-cı ildən işə başlamasına, cərrah İddiaçı həmin şöbədə cərrahi əməliyyat aparmasına icazə verilməsinə, ona məsləhətçi cərrah B.Əsgərovun və Ş.İbrahimovun təyin edilməsinə əmr verilmişdir. xx.xx.2020-ci il tarixli 136 nömrəli əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi işəgötürənin səlahiyyətlərini həyata keçirən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X1 və işçi İddiaçı arasında xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq bağlanmışdır. -Əmək müqaviləsi xx.xx.2020-ci il tarixindən müddətli bağlanmışdır. -İşçi xx.xx.2020-ci il tarixindən işə başlayır. xx.xx.2021-ci il tarixli 301 nömrəli əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi işəgötürənin səlahiyyətlərini həyata keçirən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X1 və işçi İddiaçı arasında xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq bağlanmışdır. -Əmək müqaviləsi xx.xx.2021-ci il tarixindən müddətli bağlanmışdır. -İşçi xx.xx.2021-ci il tarixindən işə başlayır. xx.xx.2022-ci il tarixli xxxxxxx20210417660 nömrəli əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi işəgötürənin səlahiyyətlərini həyata keçirən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru X1 və işçi İddiaçı arasında xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq bağlanmışdır. -Əmək müqaviləsi xx.xx.2022-ci il tarixindən müddətli bağlanmışdır. -Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 3 ay müddətinə bağlanmışdır. -İşçi xx.xx.2022-ci il tarixindən işə başlayır. 03 dekabr 1974-cü il tarixli əmək kitabçasından görünür ki, İddiaçı: -xx.xx.1975-ci il tarixdən X2 pediatr-cərrah işinə qəbul edilmişdir. -xx.xx.2010-cu il tarixdən X2 həkim-cərrah vəzifəsinə təyin edilmişdir. -xx.xx.2021-ci il tarixdə Bərdə RMX-nın TƏBİB-ə İcbari Tibbi Sığortaya keçidi ilə əlaqədar struktur dəyişikliyi aparılmalı olduğuna görə Uşaq xəstəxanasından azad edilmiş və cərrahiyyə şöbəsində 1,0 ştat vahidi həkim-cərrah işinə təyin edilmişdir. -xx.xx.2024-cü il tarixdə cərrahiyyə şöbəsi üzrə pediatrik cərrahiyyə bölməsinin həkim-uşaq cərrahı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 17 oktyabr 2024-cü il tarixdən xitam verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(021)-6/2022 saylı hökmündən görünür ki, təqsirləndirilən şəxs İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46-ci maddəsi tətbiq edilərək İddiaçı dövlət orqanlarda və yerli özünüidarə orqanlarda 01 (bir) il müddətinə həkim-cərrah vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs İddiaçı üzərinə Təbriz küçəsi ev 11 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasına nəzarətin təqsirləndirilən şəxs İddiaçı yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının müddəti təqsirləndirilən şəxs İddiaçı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 21 oktyabr 2022-ci il tarixli 4630-a saylı əmrindən görünür ki, “Bərdə RMX” phş-in Pediatrik cərrahiyyə bölməsinin həkim-uşaq cərrahı İddiaçı xx.xx.2022-ci il tarixdən iş yeri saxlanılmaqla işdən kənar edilməsinə, Maliyyə şöbəsinə xx.xx.2022-ci il tarixdən İddiaçı işdən kənar edildiyi müddət ərzində əmək haqqının ödənilməməsinin tapşırılmasına əmr verilmişdir. -Əsas: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(021)- 6/2022 saylı hökmü. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 11 oktyabr 2024-cü il tarixli 18-1-28/2-Ə-1-80/2024 saylı bildirişindən görünür ki, İddiaçı Pediatrik cərrahiyyə bölməsində həkim-uşaq cərrahı vəzifəsi üzrə onunla bağlanmış X3 Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən (Əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2024cü il tarixdən xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 17 oktyabr 2024-cü il tarixli 18-1-28/3-1-4133/2024 saylı əmrindən görünür ki, İddiaçı cərrahiyyə şöbəsi üzrə Pediatrik cərrahiyyə bölməsinin, Həkim-uşaq cərrahı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 17 oktyabr 2024-cü il tarixdən xitam verilməsi; -Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə (xx.xx.2021-xx.xx.2022-ci il dövrünə görə əmək məzuniyyətindən istifadə etmişdir) (xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə) 30(otuz) gün, (xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə) 30 (otuz) gün, (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə) 6 (altı) gün, ümumilikdə 66 (altmış altı) gün ödənilməsi; -Əmək müqaviləsinə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi ilə əlaqədar olaraq işçi ilə son haqq-hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə həvalə edilməsi; -İddiaçı əmək kitabçasında lazımi qeydlər aparılması və həmin əmrin surəti ilə birlikdə ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü özünə təhvil verilməsinə əmr verilmişdir. -Əsas: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması. xx.xx.2024-cü il tarixli MŞB/MT039/2024-01132 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. Mülki mübahisənin gerçək hallarından görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən X2 pediatr-cərrah vəzifəsinə, xx.xx.2010-cu il tarixdən isə X2 həkim-cərrah vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə Bərdə RMX Uşaq Xəstəxanasından azad edilmiş və cərrahiyyə şöbəsində 1,0 ştat vahidi həkim-cərrah vəzifəsinə təyin edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(021)-6/2022 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46-cı maddəsi tətbiq edilərək İddiaçı dövlət orqanlarında və yerli özünüidarə orqanlarda 01 (bir) il müddətinə həkim-cərrah vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 21 oktyabr 2022-ci il tarixli 4630 saylı əmrinə əsasən “Bərdə RMX” PHŞ-in Pediatrik cərrahiyyə bölməsinin həkim-uşaq cərrahı İddiaçı xx.xx.2022-ci il tarixdən iş yeri saxlanılmaqla işdən kənar edilməsinə, maliyyə şöbəsinə xx.xx.2022-ci il tarixdən İddiaçı işdən kənar edildiyi müddət ərzində əmək haqqının ödənilməməsinin tapşırılmasına əmr verilmiş, əsas kimi Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(021)-6/2022 saylı hökmü qeyd edilmişdir. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 17 oktyabr 2024-cü il tarixli 18-1-28/3-1- 4133/2024 saylı əmrinə əsasən cərrahiyyə şöbəsi üzrə Pediatrik cərrahiyyə bölməsinin, Həkim-uşaq cərrahı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 17 oktyabr 2024-cü il tarixdən xitam verilmişdir. İddiaçı iddia tələbinin “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 21 oktyabr 2022-ci il tarixli 4630 saylı əmrinin ləğv edilməsi hissəsinin əsası kimi Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(021)-6/2022 saylı hökmü qanuni qüvvəyə minmədən işdən kənarlaşdırılmasının əsassız olduğuna istinad etmişdir. Bununla bağlı məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının ƏM və ya ƏM) 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə görə, işəgötürən iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” 12 yanvar 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: a) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda; b) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə.” Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə görə, işçinin işdən kənarlaşdırılması üçün nəinki məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün olmasına zərurət yoxdur, bunun üçün hətta Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarının olması kifayət edir. Hazırda baxılan mübahisə üzrə isə iddiaçının barəsində Bərdə Rayon Məhkəməsinin 1(021)-6/2022 saylı ittiham hökmü xx.xx.2022-ci il tarixdə çıxarılmış, hökmün çıxarılmasından altı aydan çox müddət keçdikdən sonra, 21 oktyabr 2022-ci il tarixdə isə onun işdən kənarlaşdırılması haqqında əmr verilmişdir. Belə olan halda, sözügedən əmrin verilməsi ilə bağlı cavabdeh “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in hərəkətlərində qanun pozuntusu müəyyən edilmir, ona görə də iddia tələbi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 21 oktyabr 2022-ci il tarixli 4630 saylı əmrinin ləğv edilməsinə dair hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının ƏM-nin: 10-1.1-ci maddəsinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2-ci maddəsinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.3-cü maddəsinə görə elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. 10-1.4-cü maddəsinə əsasən, bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Məhkəmə araşdırması ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1951-ci ildə anadan olmaqla 73 yaşı var. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 17 oktyabr 2024-cü il tarixli 18-1-28/3-1-4133/2024 saylı əmrinə əsasən cərrahiyyə şöbəsi üzrə Pediatrik cərrahiyyə bölməsinin, Həkim-uşaq cərrahı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) 17 oktyabr 2024-cü il tarixdən xitam verilmiş, onunla bağlanmış əmək müqaviləsinin müddəti uzadılmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” phş-də iki həkim-uşaq cərrahının olduğunu, həmin cərrahların işlədiklərini, buna görə də həkimcərrah İddiaçı ilə olan əmək müqaviləsinin müddətinin uzadılmadığını və onunla yenidən müqavilə bağlanmasına ehtiyac duyulmadığını bildirmişdir. Azərbaycan Respublikasının ƏM-nin 84-cü (əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məzmunu) maddəsinə görə:
1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi;https://e-qanun.az/framework/46943 işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 17 oktyabr 2024-cü il tarixli 18-1-28/3-1- 4133/2024 saylı əmrinin tərtibində Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinin pozulması müəyyən edilmir. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələblərinə uyğun qaydada xitam vermişdir. İddia tələbi 17 oktyabr 2024-cü il tarixli 18-1-28/3-1- 4133/2024 saylı əmrin lğv edilməsi hissədə əsassızdır. Ona görə də iddia tələbinin xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməklə əvvəlki işinə bərpa edilməsinə dair hissəsinin təmin edilməsi üçün qanuni əsas mövcud deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:
İddiaçı cavabdeh “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə qarşı “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 21 oktyabr 2022-ci il tarixli 4630a nömrəli və 17 oktyabr 2024-cü il tarixli 18-1-28/3-1-4133/2024 nömrəli əmrlərinin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.
Sədrlik edən: Gündüz Abbasov