Məhkəmə qərarları › İş №2(021)-3877/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3877/2021

17.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3877/2021 17.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 05.06.2021-ci il tarixdə anadan olmuş X9 doğum faktının müəyyən olunması, X1, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X10 ilə qeyri-rəsmi ailə qurmuş və nikahlarını 25 oktyabr 2021-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 1 övladları anadan olmuşdr. Lakin onların maddi imkanı olmadığından, savadsız olduqlarından 05.06.2021-ci il təvəllüdlü X12 doğum haqqında şəhadətnamələri ala bilməmişlər. Halhazırda doğum haqqında şəhadətnamələrə ehtiyac var. Onlar, bu barədə Maraqlı şəxsnə müraciət etdikdə məhkəməyə müraciət etməsini məsləhət görülmüşlər. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəməyə ərizə təqdim edərək, X10 ilə birgə nikahlarından doğulmuş 05.06.2021-ci il təvəllüdlü X9 doğum yerinin Bərdə rayon Lənbəran kəndi olması, X1, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, şahidlərin ifadəsini nəzərə alıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X7 AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.2003-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X7 AA 245763 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 20.12.1995-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10.11.2021-ci il tarixli, 529 saylı arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Lənbəran kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Tibbi Arayışdan görünür ki, Ərizəçi birgə nikah dövründə dünyaya gəlmiş 05.06.2021-ci il təvəllüdlü Yusifov..... Xəyalə oğlu həkim müayinəsində keçərkən sağlam olduğu müəyyən edildi. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini X14 rayon X4 Hüquqi Şəxsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi birgə yaşayış dövründə dünyaya gəlmiş 05.06.2021-ci il təvəllüdlü Yusifov..... Xəyalə oğlu İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq mərkəzində Həkim Pediatr tərəfindən qeydiyyata götürüldü və həkim müayinəsində keçərkən sağlam olduğu müəyyən edildi. İş materiallarına əlavə edilmiş Bərdə Regional “ASAN XİDMƏT” X11 tərəfindən verilmiş AZ-İİ №458659 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 ilə Ərizəçi 21 oktyabr 2021-ci il tarixdə, 1213 qeyd ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada İsazadə soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 04.08.2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə rayon X5 X3 Müayinə Kartından görünür ki, Ərizəçi 12-13 həftəlik hamiləlik dövründədir. İş materiallarına əlavə edilmiş 702-05/15 saylı, 03.11.2021-ci il tarixli Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə həmin orqana müraciət etmiş, lakin səlahiyyətləri xaricində olduğundan müraciəti təmin edilməmiş, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X7 AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 13.05.1966-cı ildə Bərdə rayonun Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayonun Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X7 AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 09.09.1971-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. X10 məhkəməyə ərizə təqdim edərək, həyat yoldaşı Ərizəçi ilə 25 oktyabr 2021-ci il tarixdə rəsmi olaraq ilə ailə həyatı qurmuşlar. Birgə nikahlarından bir övladları doğulmuşdur. Lakin onların maddi imkanı olmadığından, savadsız olduqlarından 05.06.2021-ci il təvəllüdlü X12 doğum haqqında şəhadətnamələri ala bilməmişlər. Halhazırda ərizəçi ilə birlikdə yaşadığını, X9 atası olduğunu etiraf etmişdir. Məhkəmədən ərizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid X6 bildirdi ki, Ərizəçi qardaşının gəlnidir. Uşaq ev şəraitində doğulmuşdur. Məhkəmə iclasında şahid X2 bildirdi ki, Ərizəçi gəlnidir. Uşaq ev şəraitində doğulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmununa qiymət verərək belə hesab edir ki, 05.06.2021-ci il tarixdə X15 anadan olmuşdur. X1, anası Ərizəçidır. X9 doğum tarixi 05.06.2021-ci il, doğum yeri Bərdə şəhəri, X1, anası isə Ərizəçi olması faktı müəyyən edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. X9 doğum tarixi 05.06.2021-ci il, doğum yeri Bərdə rayonu Lənbəran kəndi olması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında X10, anası isə Ərizəçi qeyd olunsun. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar