Məhkəmə qərarları › İş №2(021)-3885/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3885/2025

19.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3885/2025 19.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “Doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə 19 noyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Tələb Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixdə anadan olmuş X5, xx.xx.2020-ci il tarixdə anadan olmuş X7, xx.xx.2021-ci il tarixdə anadan olmuş X8, xx.xx.2022-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 doğum faktının müəyyən olunmasına, atası X16, anası Ərizəçi qizi olması faktının müəyyən edilməsinə dair qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin əsası Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X16 ilə 2018-ci tarixdə qeyri-rəsmi olaraq ailə qurub evlənib. Onların birgə yaşayış dövründən 5 (beş) övladı anadan olmuşdur. Lakin onlar baş qarışıqlığından xx.xx.2019-cu il tarixdə anadan olmuş X9, xx.xx.2020-ci il tarixdə anadan olmuş X10, xx.xx.2021-ci il tarixdə anadan olmuş X11, xx.xx.2022- ci il tarixdə anadan olmuş X4 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X6 doğum haqqında şəadətnamə ala bilməyiblər. Hal-hazırda övladlarına doğum haqqında şəhadətnamə almaq istəyir. Onlar övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edib, orda isə onlara bildiriblər ki, məhkəməyə müraciət etməlidir. Tərəflərin izahatı Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmənin 21 oktyabr 2025-ci il tarixli iclasında şahid qismində izahat verən X12 göstərmişdir ki, Ərizəçi onun qonşusudur, uşaqlar beşi də ev şəraitində anadan olublar. Doğumda iştirak etmişdir. Məhkəmənin 21 oktyabr 2025-ci il tarixli iclasında şahid qismində izahat verən X1 Sayıma Bədirxan qızı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Yaşayı yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.2004-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli Bərdə rayon Mərkəzi Xəstəxanası PHŞ-in məktubundan görünür ki, Ərizəçi deməsinə görə X16 ilə birgə yaşayış dövründən olan xx.xx.2019-cu il tarixdə anadan olmuş Bəkirova ........... Şəkərnaz qızı, xx.xx.2020-ci il tarixdə anadan olmuş Bəkirova ........... Şəkərnaz qızı, xx.xx.2021-ci il tarixdə anadan olmuş Bəkirova ........... Şəkərnaz qızı, xx.xx.2022-ci il tarixdə anadan olmuş Bəkirova ........... Şəkərnaz qızı və xx.xx.2023-cü il tarixdə anadan olmuş Bəkirova ........... Şəkərnaz qızını Bərdə RMX-nın Ailə Sağlamlıq Mərkəzində xx.xx.2025-ci il tarixdə qeydiyyata götürüldülər. Həkim pediatr tərəfindən müayinə olundular və pratktik sağlam olmaları təsdiq olundu. xx.xx.2025-ci il tarixli 1485 saylı arayışdan görünür ki, Ərizəçi Bərdə şəhəri Səttarxan küçəsi ev 10 ünvanında yaşayır. xx.xx.2025-ci il tarixdə verilmiş 3-16-5/8-15-488/2025 saylı Maraqlı şəxs arayışından görünür ki, doğum faktının müəyyən edilməsi üçün Ərizəçi aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2004-cü ildə anadan olmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.2000ci ildə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli, 10430 nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə ərizə verməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azırbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi Mübahisənin gerçək hallarından görünür ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə uşaqlarına doğum haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar lazmdır. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmiş, hesab olunur ki, həmin rüsum iddiaçının özünə aid edilməlidir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qətetdi:

Ərizə qismən təmin edilisin. Ərizəçi xx.xx.2019-cu il tarixdə, xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə 05 (beş) qız uşağı doğulması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir ay) keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar