Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3935/2023 05.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 Asan Xidmət Mərkəzinə qarşı “vərəsəlik hüququnun tanınması və ötürülməmiş üzrlü hesab edilərək mirasın qəbul edilməsi” tələbinə dair iddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 Asan Xidmət Mərkəzinə qarşı “vərəsəlik hüququnun tanınması və ötürülməmiş üzrlü hesab edilərək mirasın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Hazırkı iddia ərizəsindən görünür ki, tələb X1 tərəfindən iddia ərizəsi formasında təqdim olunmaqla, tələb “ötürülmüş müddətin üzürlü hesab edilərək mirasın qəbul edilməsi və vərəsəlik hüququnun tanımasından” ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Məhkəmə qeyd edir ki, tələb xüsusi icraat qaydasında baxılan işlərə aiddirsə, ərizə tərtib olunaraq tərəf kimi ərizəçi və maraqlı şəxs, iddia icraatı qaydasında baxılan işlərə aid olduqda isə, iddiaçı və cavabdeh kimi qeyd olunmaqla, iddia ərizəsi formasında təqdim olunmalıdır. Mirasın qəbul edilməsi faktı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə aid olduğundan həmin işlərə məhkəmədə xüsusi icraat qaydasında baxılır. Mübahisə olarsa iddia icraatı qaydasında baxılır. Odur ki, hazırkı iddia ərizəsi MPM-nin 149-cu maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədiyindən iddia ərizəsi geri qaytarılmalıdır. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 Asan Xidmət Mərkəzinə qarşı “vərəsəlik hüququnun tanınması və ötürülməmiş üzrlü hesab edilərək mirasın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149,152-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X2 Asan Xidmət Mərkəzinə qarşı “vərəsəlik hüququnun tanınması və ötürülməmiş üzrlü hesab edilərək mirasın qəbul edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə xx.xx.2023-cü il tarixdə K0100994 nömrəli terminalda ödənilmiş (qəbz nömrəsi: 9586, büdcə səviyyə kodu 142213) dövlət rüsumu 100 (bir yüz ) manat vəsait ödəyiciyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3935/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3935/2023
05.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver