Məhkəmə qərarları › İş №2(021)-3936/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3936/2023

23.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3936/2023 23.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X17 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Qarayev Vüsal Yusif oğlunun katibliyi, Ərizəçi və vəkili onun Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə qarşı “Mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və mirasıın qəbul edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1ində yerləşən 3,1021 ha torpaq sahəsinin mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə və miras əmlakın miras kimi onun qəbul etməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası X3, anası isə Maraqlı şəxs3dır. X14 və onun nənəsi X12 vəfat etməmişdən əvvəl ünvan 1ində yaşamış və həmin kənddə vəfat etmişdir. Vəliyəddin Cəfərli xx.xx.2022-ci il tarixdə, Leyli Cəfərova isə xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Onlar vəfat etməmişdən əvvəl adlarına ünvan 1ində yerləşən 3.1021 ha torpaq sahəsi olmuşdur. Qeyd edilən 3.1021 ha torpaq sahəsinə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarış da verilmişdir. Torpaq sahəsinin çıxarışı rəsmi olaraq Maraqlı şəxs3 adına olsa da, lakin atası ilə, atasının nənəsinin həmin torpaq sahəsində pay hüququ olmuş və çıxarışda adları payçı siyahısında olmuşdur. Atasının nənəsi Leyli Cəfərova vəfat etdikdən sonra onun payına düşən torpaq sahəsini X14 yararlı hala salaraq istifadə etmiş, atası vəfat etdikdən sonra isə onların torpaqlarını o istifadə etmişdir. Hal-hazırda ünvan 1ində yerləşən 3.1021 ha torpaq sahəsini rəsmi olaraq adına sənədləşdirib öz adına sənəd almaq istəyir. Nənəsinin ondan başqa heç bir övladı olmadığı və atası vəfat etdiyi üçün yeganə varis sadəcə o qalmışdır. Bununla bağlı Bərdə regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə müraciət etdikdə isə onun adına sənədləşdirməkdən imtina edərək ondan mərhum atası X1 və X7 doğum haqqında şəhadətnaməsini tələb etmişlər. Lakin doğum haqqında şəhadətnamələri tapılmadığından atasından və atasının nənəsi X5 miras qalmış torpaq sahəsini onun adına sənədləşdirməkdən imtina etmişlər. Bunun üçündə məcbur qalıb onun X7 nəticəsi olmasını təstiq etmək üçün məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(021)-1921/2023 saylı qətnaməsi ilə onun X10 nəticəsi olması faktı müəyyən edilmişdir. Qətnamənin icra olunması ilə bağlı Bərdə regional “ASAN xidmət” mərkəzinin Notariat Ofisinə müraciət etdikdə isə mirası qəbul etmə müddətini ötürdüyündən adına sənədləşdirməkdən imtina etmişlər. Ona başa salan olmamışdır ki, əvvəlcədən ərizə ilə müraciət etməlidir. Bunun üçündə miras əmlakı qəbul etməsi müddətini ötürmüşdür. ünvan 1ində yerləşən 3.1021 ha torpaq sahəsinin hal-hazırda onun istifadəsində olmasını onunla bir kənddə yaşayan qonşuları və qohumları da təstiq edə bilərlər. Ərizəçi məhkəməyə ərizəsinin dəqiqləşdiilməsinə dair ərizə verərək ünvan 1ində yerləşən 3,1021 ha torpaq sahəsindən nənəsi X10 payına düşən və miras qalmış 0,51 ha torpaq sahəsinin mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə və həmin əmlakın miras kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 31 oktyabr 2023-cü il tarixli iclasında dindirilmiş Maraqlı şəxs2 göstərdi ki, ərizəçi qardaşıdır. X14 xx.xx.2022-ci il tarixdə, atasının nənəsi Leyli Cəfərova isə xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. X11 miras qalmış, ünvan 1ində yerləşən 0,51 ha torpaq sahəsindən nənəsinin ölümündən sonra X14, atalarının ölümündən sonra isə qardaşı Ərizəçi istifadə etmiş, faktiki olaraq mirası qəbul etmişdir. Nənəsindən miras qalmış 0,51 ha torpaq sahəsindən pay tələb etmir. Odur ki, ərizənin təmin olunmasına etirazı yoxdur. Məhkəmənin 31 oktyabr 2023-cü il tarixli iclasında dindirilmiş Maraqlı şəxs3 göstərdi ki, ərizəçi oğludur. X15 xx.xx.2022-ci il tarixdə, ərinin nənəsi Leyli Cəfərova isə xx.xx.2008ci il tarixdə vəfat etmişdir. Leyli Cəfərovadan miras qalmış, ünvan 1ində yerləşən 0,51 ha torpaq sahəsindən sonuncunun ölümündən sonra X15, ərinin ölümündən sonra isə oğlu Ərizəçi istifadə etmiş, faktiki olaraq mirası qəbul etmişdir. Odur ki, ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmənin 31 oktyabr 2023-cü il tarixli iclasında dindirilmiş Maraqlı şəxs4 göstərdi ki, ərizəçi qardaşıdır. X14 xx.xx.2022-ci il tarixdə, atasının nənəsi Leyli Cəfərova isə xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. X11 miras qalmış, ünvan 1ində yerləşən 0,51 ha torpaq sahəsindən nənəsinin ölümündən sonra X14, atalarının ölümündən sonra isə qardaşı Ərizəçi istifadə etmiş, faktiki olaraq mirası qəbul etmişdir. Nənəsindən miras qalmış 0,51 ha torpaq sahəsindən pay tələb etmir. Odur ki, ərizənin təmin olunmasına etirazı yoxdur. Maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Tamaşa Atakişiyeva məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak etməməsini üzrlü hesab edib qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrlü sayaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1991-ci ildə ünvan 1ində anadan olmuşdur, ünvan 1ində qeydiyyatdadır. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 xx xxx 1960-cı ildə Bərdə rayonu Tumaslı kəndində anadan olmuşdur, ünvan 1ində qeydiyyatdadır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx xxxx 1985-ci ildə ünvan 1ində anadan olmuşdur, ünvan 1ində qeydiyyatdadır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs4 oğlu xx xxx 1987-ci ildə ünvan 1ində anadan olmuşdur, ünvan 1ində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 oktyabr 2023-cü il tarixli 645 saylı arayışdan görünür ki, Ərizəçi ailə tərkibi təsərrüfat başına kitabda aşağıdakı kimi qeydə alınmışdır: Maraqlı şəxs3, Maraqlı şəxs2, Maraqlı şəxs4, X4 (vəfat edib), X12 (vəfat edib). Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 3,1021 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Maraqlı şəxs3, Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs4, X2 və X7 adına qeydiyyata alınmışdır. Bərdə rayonu Alpoud kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2008-ci il tarixli AZ-İ 246970 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 09 yanvar 2008-ci ildə ölmüşdür. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 mart 2022-ci il tarixli AZ-İİ 248332 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2022-ci ildə ölmüşdür. Mingəçevir Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 sentyabr 2013-cü il tarixli AZ-İ 634981 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 08 sentyabr 2013-cü ildə ölmüşdür. Bərdə Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(021)-1921/2023 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, Ərizəçi X7 nəticəsi olması faktının müəyyən edilməsi qət edilmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli 2567/2023 saylı məktubdan görünür ki, Ərizəçi 09 yanvar 2008-ci ildə vəfat etmiş ünvan 1i ünvanında qeydiyyatda olmuş atasının nənəsi X5 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün ərizə ilə Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət etmiş, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. 02 oktyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə ərizə verilməsi üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X4 ilə Maraqlı şəxs3 birgə nikahlarından Maraqlı şəxs2, Maraqlı şəxs4 və Ərizəçi adlı 3 uşaqları doğulmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən 3,1021 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Maraqlı şəxs3, Ərizəçi, Maraqlı şəxs2, Maraqlı şəxs4, X2 və X7 adına qeydiyyata alınmışdır. Leyli Cəfərova 09 yanvar 2008-ci ildə, Vəliyəddin Cəfərov isə 01 mart 2022-ci ildə vəfat etmişlər. ünvan 1ində yerləşən və ümumi birgə mülkiyyətdə olan 3,1021 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X7 payına düşən və miras qalmış 0,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərizəçi tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi faktı mübahisəsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə əsasən, mirasın qəbul edilməsi faktını məhkəmə müəyyən edir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1248.1-ci maddəsinə görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Ərizəçi ünvan 1ində yerləşən ümumi birgə mülkiyyətdə olan 3,1021 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən nənəsi X10 payına düşən və miras qalmış 0,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mirasın qəbulu müddəti ötürülməmiş hesab edilməli və ərizəçinin ünvan 1ində yerləşən ümumi birgə mülkiyyətdə olan 3,1021 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən nənəsi X10 payına düşən və miras qalmış 0,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini miras əmlak kimi qəbul etməsi faktı müəyyən olunmalıdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi ünvan 1ində yerləşən və ümumi birgə mülkiyyətdə olan 3,1021 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən nənəsi X7 payına düşən və miras qalmış 0,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mirasın qəbulu müddəti ötürülməmiş hesab edilsin. ünvan 1ində yerləşən və ümumi birgə mülkiyyətdə olan 3,1021 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən nənəsi X7 payına düşən və miras qalmış 0,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar