Məhkəmə qərarları › İş №2(021)-3938/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3938/2023

05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3938/2023 05.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs*nə və Bərdə rayon İcra nümayəndəliyinə qarşı qarşı “doğum aktı qeydinin düzgün olmamasının müəyyən edilməsi ” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs*nə və Bərdə rayon İcra nümayəndəliyinə qarşı qarşı “doğum aktı qeydinin düzgün olmamasının müəyyən edilməsi ” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə bağlı səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı müvafiq inzibati məhkəməyə müraciət edilməlidir. MPM-nin *5*.*-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-nin *52.*.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa , ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs*nə və Bərdə rayon İcra nümayəndəliyinə qarşı qarşı “doğum aktı qeydinin düzgün olmamasının müəyyən edilməsi” barədə ərizəsi və əlavə olunmuş səndələr geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin *52-ci maddəsini rəhbər tutaraq , QƏRARA ALDİ : Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs*nə və Bərdə rayon İcra nümayəndəliyinə qarşı qarşı “doğum aktı qeydinin düzgün olmamasının müəyyən edilməsi ” barədə ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu *00 (bir yüz )manat geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar