Məhkəmə qərarları › İş №2(021)-397/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-397/2022

01.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-397/2022 01.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 02 yanvar 2018-ci ildə Bərdə rayonu, Qurdlar kəndində anadan olmuş olması X2 doğum faktının müəyyən edilməsi, atası Orucov Şahin Asif oğlu, anası Ərizəçi olması faktının müəhyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X9 ilə 11 may 2016-cı il tarixdə rəsmi olaraq ailə qurub evlənmişdir. Birgə yaşayış dövründə 3 övladları anadan olmuşdur. İki övladlarının sənədi var, lakin onlar baş qarışdığından 02 yanvar 2018-ci il tarixdə Bərdə rayonu Qurdlar kəndində anadan olmuş X3 doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda övladına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də məhkəməyə müraciət etməkləri bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, X7 xalasıdır. Ərizəçi Ərizəçi ilə X9 ilə rəsmi olaraq evləniblər, üç uşaqları var. Uşaqlarından ikisinə doğum haqqında şəhadətnamə almışlar, qızları Məryama isə doğum haqqında şəhadətnamə almayıblar. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, X7 bibisidir. Şahinlə Günelin rəsmi nikahı olsa da qızları Məryama doğum haqqında şəhadətnamə almamışlar. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA2994905 nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 13 dekabr 1985-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Akif qızı xx xxxxxx 1991-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 14256071 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Həsənova Natella Eldar qızı 30 yanvar 1974-cü ildə Şuşa şəhərində doğulmuş, Bərdə rayonu, Qurtlar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 06420852 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 15 mart 1972-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Qurtlar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ 112516 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 ilə, Ərizəçi Akif qızı 11 may 2016-cı il tarixdə 422 nömrəli akt qeydi ilə nikahlarını rəsmiləşdirməklə evlənmişlər, nikahdan sonra arvada Həsənova soyadı verilmişdir. İş materillarında olan Bərdə rayonu, Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyi tərəfindən verilmiş 1034 nömrəli, 29 noyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X9 Bərdə rayonu, Qurtlar kəndində yaşayır. İş materiallarında olan Şuşa rayonu, Qaybalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 npmrəli 30 noyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Akif qızı Şuşa rayonundan məcburi köçkün olmaqla Bərdə rayonu, Muğanlı kəndində müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Bərdə Rayon Mərkəzi X6 şəxsi tərəfindən verilmiş 29 noyabr 2021-ci il tarixli 5204 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi qızının deməsinə görə X9 və Ərizəçi birgə nikah dövründə dünyaya gəlmiş 02 yanvar 2018-ci il təvəllüdlü Həsənova--------- Günel qızı Bərdə İSX-nın Ailə Sağlamlıq Mərkəzində həkim Pediatr tərəfindən qeydiyyata götürülüb, həkim pediatr tərəfindən müayinə oluunub, praktik sağlam olması təsdiq olunub. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 29 noyabr 2021-ci il tarixli 751-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, ona doğum faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, ərizəçi Həsənova Günel Akif qızının bir qız övladının olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi Bərdə şəhərində 02 yanvar 2018-ci ildə bir qız övladının doğulması, atası Orucov Şahin Asif oğlu, anası Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar