Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3985/2023 07.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Böyük məsləhətçi X1 iclas katibliyi ilə, Ərizəçi qızının maraqlı şəxslər Əzı̇ zov Eldənı̇ z Boran oğlunun maraqlı şəxslər Maraqlı şəxs1na , Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı "mirası qəbul etmə müddətinin ötürülməmiş hesab edilməsi və miras əmlakın qəbul edilməsi" barədə ərizəsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi qızı maraqlı şəxslər Əzı̇ zov Eldənı̇ z Boran oğlunun maraqlı şəxslər Maraqlı şəxs1na , Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı "mirası qəbul etmə müddətinin ötürülməmiş hesab edilməsi və miras əmlakın qəbul edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 saylı 24 dekabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında qeyd olunur ki: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1- 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. MPM-nin 259.0.6-cı maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-nin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə hesab edir ki, Ərizəçi qızının maraqlı şəxslər Əzı̇ zov Eldənı̇ z Boran oğlunun maraqlı şəxslər Maraqlı şəxs1na, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı "mirası qəbul etmə müddətinin ötürülməmiş hesab edilməsi və miras əmlakın qəbul edilməsi" barədə ərizəsi baxılmamış saxlanılmalı, ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264,267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi qızının maraqlı şəxslər Əzı̇ zov Eldənı̇ z Boran oğlunun maraqlı şəxslər Maraqlı şəxs1na , Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 qarşı "mirası qəbul etmə müddətinin ötürülməmiş hesab edilməsi və miras əmlakın qəbul edilməsi" barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-3985/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-3985/2023
07.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver