Məhkəmə qərarları › İş №2(021)-4016/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4016/2023

28.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4016/2023 28.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynli Nicat Sayat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 08 noyabr 2021-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X6 doğum faktının müəyyən olunmasında, atası X9, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onlar həyat yoldaşı X9 ilə 2018-ci il tarixdə qeyrirəsmi olaraq ailə həyatı qurub evlənmişdir. Nikahlarını isə 01 fevral 2021-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə yaşayış dövründə 2(iki) övladları anadan olmuşdur. Lakin onlar baş qarışıqlığından 08 noyabr 2021-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X5 doğum haqqında şəadətnamə ala bilməmişdir. Hal-hazırda onlar övladlarına doğum haqqında şəhadətnamə almaq istiyirlər. Onlar övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir, orda isə onlara bildirirlər ki, məhkəməyə müraciət etməlidir. Ərizəçi məhkəməyə ərizə göndərərək, körpə uşağı olduğuna görə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərdi ki, ərizəçi qohumudur. O, X9 ilə evləniblər. Birgə nikahlarından bir qızları anadan olub. Lakin doğum haqqında şəhadətnamə almamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, əriəzçi Ərizəçi qohumudur. Afət ilə Röyalın birgə nikahdan bir qızları var. Doğum haqqında şəhadətnamə almamışlar. X9 məhkəməyə ərizə verərək, Ərizəçi ilə evləndiyini, birgə nikahdan 08 noyabr 2021-ci ildə bir qız uşaqları olduğunu, uşağın atasının özü olduğunu göstərərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx 2002-ci ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 20 noyabr 1993-cü ildə doğulmuşdur. İş materiallarında olan AZE 15310931 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 28 mart 1966-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 15159334 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X1 18 fevral 1979-cu ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə Rayon Lənbəran kənd İƏD üzrə nümayəndliyi tərəfindən verilmiş 114 nömrəli, 03 fevral 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, X2 rayonu, Lənbəran kəndində yaşayır. İş materiallarında olan AZ-İİ ******* nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 ilə X7 01 fevral 2021-ci il tarixli, 94 saylı akt qeydi ilə Bərdə regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsində evlənmişlər. Nikahdan sonra arvada Məmmədova Soyadı verilmişdir. İş materiallarında olan AZ-İV 589206 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 28 noyabr 2020-ci ildə doğulmuşdur, atası X9, anası Ərizəçidır. İş materiallarında olan Bərdə Rayon Mərkəzi X8 Şəxsi tərəfindən verilmiş 10 oktyabr 2023-cü il tarixli, 18-1-28/2-1297/2023 saylı arayışdan müəyyən olunur ki, Ərizəçi 08 noyabr 2021-ci il tarixdə anadan olmuş qız uşağı hal-hazırda yaşayır və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. İş materiallarında olan X9 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, Ərizəçi ilə birgə nikahlarından 08 noyabr 2021-ci ildə bir qız uşaqları olub, uşağın atası odur. Lakin doğum haqqında şəhadətnamə almayıblar. İş materiallarında olan Bərdə rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2023cü il tarixli, 3-16-5/8-15-545/23 nömrəli məktubdan müəyyən olunur ki, X3 doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi 08 noyabr 2021-ci il tarixdə qız övladının olması, atası X9, anası Ərizəçi olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi Bərdə şəhərində 08 noyabr 2021-ci il tarixdə qız övladının olması, atası X9 və anası Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar