Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-402/2021 05.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X6 katibliyi İddiaçı İddiaçı Cavabdeh Cavabdeh1 Cavabdeh və cavabdeh Cavabdeh2 nümayəndəsi Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladı ilə birgə ünvan 1 ünvanında 4 otaqdan, yaşayış sahəsi 116 kv.m-dən ibarət fərid yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 27 noyabr 2018-ci il tarixdə rəsmi ailə qurub evlənmişlər. Birgə nikah dövründə 27 sentyabr 2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdeh1 ilə xeyli vaxtdır ailə münasibətləri pozulmuşdur və nikahlarının pozulmasına dair işləri Bərdə Rayon Məhkəməsinin icraatndadır. Beləki, həyat yoldaşı Cavabdeh1 ilə evləndikdən sonra ünvan 1 ünvanında 4 otaqdan, yaşayış sahəsi 116 kv.m-dən ibarət fərid yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh1 onu bir həyat yoldaşı kimi saymır, tez-tez evdə əsassız söz-söhbətlər yaradır. Övladı anadan olduqdan sonra atası evinə getmişdir. Daha sonra isə 08 noyabr 2019-cu il tarixdə atası evindən çıxaraq cavabdehlərin evinə getmişdir. Lakin getdiyi zaman onu evdən qovmuş və onun həmin evdə yaşamasına icazə verməmişlər. Övladının 3 ayından sonra isə valideynləri onun evə qayıdıb yaşaması ilə bağlı cavabdehlərlə danışmağa getmişlər. Lakin onun həmin evdə yaşamasına icazə verməmişlər. O da məcbur olub bu vaxta qədər atası evində yaşayır. Onun və övladının həmin evdən başqa yaşamağa başqa bir yerləri yoxdur. Valideynlərinin yaşadığı ev balacadır. Övladı ilə birlikdə orada yaşaya bilmir. Övladının və onun ünvan 2 ünvanında yerləşən həmin evə köçmək hüquqları vardır. Maddi imkanı da yoxdur ki, kirayədə yaşasın. Dəfələrlə istəmişdir ki, evə gedib orada yaşasın. Lakin cavabdeh buna imkan verməmişdir. Onun və övladının yaşamağa başqa yerləri yoxdur. O da məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, məhkəmədə iddia qaldırdıqdan sonra köçmək istədiyi fərdi yaşayış evinin X3 mülkiyyətində olduğunu bilmişdir. Hazırda həmin evdə cavabdehlər yaşadığından mülkiyyətçinin cavabdeh qismində tanınmasını istəmir. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə 2018-ci ildə evlənmiş, birgə nikahlarından bir uşaqları doğulmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılmışlar. Ayrıldıqdan sonra azyaşlı qızı Günay iddiaçının yanında qalmışdır. Ayrıldıqdan sonra iddiaçı uşağını da götürərək atası evinə getmişdir. İddiaçının köçüb yaşamaq istədiyi ev əmisi Sahib Haqverdiyevin mülkiyyətində olduğundan iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və Cavabdeh2 nümayəndəsi Cavabdeh3 iddianı qəbul etməyərək göstərmişdir ki, oğlu Cavabdeh1 2018-ci ildə iddiaçı ilə evlənmiş, birgə nikahlarından bir uşaqları doğulmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılmışlar. Ayrıldıqdan sonra iddiaçı uşağını da götürərək atası evinə getmişdir. İddiaçının köçüb yaşamaq istədiyi ev qardaşı Sahib Haqverdiyevin mülkiyyətində olduğundan iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05Q/69-68/12 saylı 04 fevral 2020-ci il tarixli nikah akt qeydindən çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh1 və X8 27 noyabr 2018-ci ildə 1381 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Haqverdizadə soyadı verilmişdir. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 375244 saylı 21 noyabr 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə rəsmi nikahlarından 27 sentyabr 2019-cu ildə Günay adlı uşaqları anadan olmuşdur. 27 sentyabr 2019-cu il təvəllüdlü X2 atası Cavabdeh1dur. İş materiallarında Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1537 saylı 04 noyabr 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayonu Güloğlular kənd üzrə icra nümayəndəliyinin 2016-2020-ci illər üçün təsərrüfat başına uçot kitabının Şorəlli kəndinə aid kitabın 103 saylı vərəqinsə X3 adına 0,10 ha həyət sahəsi və 1988-ci ildə tikilmiş 3 otaqlı fərdi yaşayış evi qeyd olunmuşdur. İş materiallarında olan Bərdə rayon Güloğlular kənd İƏV üzrə icra nümayəndəliyinin 2016-2020-ci illər üçün Şorəlli kəndinə aid təsərrüfat başına uçot kitabının 103 saylı vərəqindən çıxarışdan müəyyən olunur ki, kitabın həmin vərəqində Şorəlli kənd sakini X3 adına 0,10 ha həyətyanı torpaq sahəsi və 1988-ci ildə tikilmiş 3 otaqlı fərdi yaşayış evi (ümumi sahəsi 104 kv.m, o cümlədən yaşayış sahəsi 52 kv.m) qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 22 oktyabr 2020-ci il tarixli **********55 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh3 adlarına fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1ində 0,1 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 128,7 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X3, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında X3, X7, X5 və X1 mülkiyyətindədir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı 2018-ci ildə Cavabdeh1 ilə evlənmiş, birgə nikahlarından 1 uşaqları doğulmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılmışlar. İddiaçı cavabdehlə ailə həyatı qurarkən cavabdehlərin yaşadıqları ünvan 1ində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçının köçmək istədiyi fərdi yaşayış evi mülkiyyət hüququ əsasında X3 adına olsa da iddiaçı iddia tələbini mülkiyyətçiyə qarşı deyil, həmin evdə yaşayan şəxslərə qarşı qaldırmışdır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Bu Məcəllənin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Bu Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə hesab edir ki, iddiaçı ünvan 1ində yerləşən X3 mülkiyyətində olan fərdi yaşayış evinə gəlin köçürülərkən tərəflər arasında yazılı razılaşma olmadığından, cavabdeh tərəf üzərinə hər hansı bir öhdəlik götürmədiyindən və hazırkı iddia tələbinə cavabdeh olmayan şəxs olduqlarından iddiaçının uşağı ilə birlikdə cavabdehlərin yaşadıqları, ünvan 1ində yerləşən fərdi yaşayış evinə köçürülməsi qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə ziddir və həmin səbəbdən iddia təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-402/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-402/2021
05.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver