Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-402/2022 01.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaqdan çıxarılma və qanunsuz hərəkətlərinə qadağa qoyulması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh Cavabdeh 1.1906 ha torpaqdan çıxarılması və qanunsuz hərəkətlərinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2008-ci il tarixdə ona ********** qeydiyyat nömrəsi olan çıxarış verilməklə 1.1906 ha torpaq sahəsi almışdır. Təssüfki cavabdeh ona məxsus torpağı zəbt etmiş, illərdir qeyri qanuni sözügedən torpaqdan istifadə edərək qanunsuz hərəkətlər etmişdir. Cavabdeh qəsdən onun torpağını zəbt edib, cavabdeh ona məxsus torpaqdan çıxarılmalıdır. Qanunsuz hərəkətləri qadağan edilməlidir. Qanuni sənədlə torpağın mülkiyyətçisi o, olsa da cavabdeh ona məxsus torpağından istifadə etməyə imkan vermir. Bu illər ərzində cavabdeh qeyri qanuni onun mmülkiyyətində olan torpaqdan istifadə edərək, qeyriqanuni hərəkətlər edir. O, da məcbur qalıb, məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Piriyev Seyfulla Yaqub oğlu izahatında iddianı qəbul etməyərək, göstərdi ki, iddiaçı qardaşıdır. Hal-hazırda qardaşının mülkiyyətində olan torpaqdan istifadə edir. Qardaşı ona başqa yerdən torpaq alarsa onun torpağından çıxacaqdır. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Yaqub oğlu xx xxxxxx 1968-ci ildə Bərdə rayonu, Yenidaşkənd kəndində doğulmuşdur, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi bağ 112 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş ünvan 2i ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 604 saylı, 01 dekabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Yenidaşkənd kəndində yaşayır. İş materiallarına əlavə olunmuş ********* qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu, Yenidaşkənd kəndində İddiaçı Yaqub oğlunun mülkiyyətinə 1.1906 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Seriya AZE № ********* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh 20 mart 1978-ci ildə Bərdə rayonu, Yenidaşkənd kəndində doğulmuş, Bərdə rayonu, Yenidaşkənd kəndində qeydiyyatdadır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, cavabdeh Cavabdeh Yaqub oğlunun iddiaçının pay torpaq sahəsini zəbt etməsi sübuta yetirilmişdir. Belə ki, Cavabdeh Yaqub oğlu İddiaçı mülkiyyətində olan Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən 1.1906 ha torpaq sahəsindən hal-hazırda istifadə etməsini məkhəmə iclasında etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, İddiaçı mülkiyyətində olan Bərdə rayonu, Yenidaşkənd kəndində yerləşən 1.1906 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli və iddiaçının mülkiyyətində olan Bərdə rayonu Yenidaş kəndində 1.1096 ha torpaq sahəsini qanunsuz zəbt etmiş Cavabdeh həmin torpaq sahəsindən çıxarılmalı və onun qanunsuz hərəkətlərinə qadağan qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213- 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaqdan çıxarılma və qanunsuz hərəkətlərinə qadağa qoyulması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətlərində olan Bərdə rayonu Yenidaşkənd kəndində 1,1096 ha torpaq sahəsindən çıxarılsın və cavabdehin qanunsuz hərəkətlərinə qadağa qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-402/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-402/2022
01.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver