Məhkəmə qərarları › İş №2(021)-4047/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4047/2022

25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4047/2022 25.11.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, İddiaçı cavabdeh Bərdə Regional “ASAN” Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X* və İİİ şəxs Azerfon MMC-nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bərdə Regional “ASAN” Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X* və İİİ şəxs Azerfon MMC-nə qarşı “icra qeydinin ləğv edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Bərdə Regional “ASAN” Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X* tərəfindən verilmiş *8 oktyabr 2022-ci il tarixli, 8i-2368* reyestr nömrəli icra qeydinin ləğv edilməsi və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizə ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) *49-cu maddəsinə, yəni forma və məzmunla bağlı tələblərinə uyğun olmalıdır. Hazırkı iddia ərizəsi isə bu tələblərə riayət edilmədən hazırlanmışdır. MPM-in *49.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı icra qeydinin ləğv edilməsi və dövlət rüsumunun tutulmasını xahiş etsədə özünə aid icra qeydini, həmçinin dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi (ödəniş qəbzini) ərizəyə əlavə etməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Bərdə Regional “ASAN” Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X* tərəfindən verilmiş *8 oktyabr 2022-ci il tarixli, 8i-23683 reyestr nömrəli icra qeydində borclu şəxs olaraq X3 qeyd edilmişdir. Halbuki, iddiaçı iddia ərizəsində 8i-2368* reyestr nömrəli icra qeydinin ləğv edilməsini xahiş etmişdir. Həmçinin İddiaçı X2 adından ərizəni imzalamaq səlahiyyətinin olmasını təsdiq edən sənədi (etibarnaməni) ərizəsinə əlavə etməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi X3 tərəfindən (onun adından) tərtib edilərək imzalanmadığından, habelə təqdim edilmiş sənədlər sırasında ərizəni imzalayan İddiaçı iddia ərizəsini X2 adından imzalamaq səlahiyyətini təsdiq edən notarial etibarnamə olmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. MPM-in *50.*.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd və *50.*.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. MPM-in *52.*.*-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin *49-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin *50.*.*-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, *52.*.2-ci maddəyə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, MPM-in *52.*.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə xatırladır ki, “X7” Azərbaycan Respublikası Qanununun *-ci maddəsinə əsasən dövlət rüsumu dövlət orqanlarının müəssisə, təşkilat və fiziki şəxslərə göstərdikləri xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət büdcəsinə ödənilən məcburi ödənişdir. MPM-in *52.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin *52.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən qanunun qeyd edilən müddəalarına riayət edilməmiş və yuxarıda göstərilən nöqsanlarla məhkəməyə təqdim edilmişdir. Odur ki, MPM-in qeyd edilən tələblərinə əsasən İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in *49-*52-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bərdə Regional “ASAN” Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X* və İİİ şəxs Azerfon MMC-nə qarşı “icra qeydinin ləğv edilməsi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar