Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-405/2022 02.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi Qaçay qızının iştirakı ilə, Ərizəçi Qaçay qızının ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi Qaçay qızı ərizə ilə məhkəməyə müraciət edərək övladı Quliyeva Sevinc Əbülfət qızının 25 avqust 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Qaçay qızı ərizəsini onunla əsaslandırmışdır ki, Bildirir ki, X11 ilə birgə nikah dövründən 25 avqust 1994-cü il təvəllüdlü övladları X9 anadan olmuşdur. X20 25 avqust 2021-ci il tarixdə xəstəlikdən vəfat etmiş və Bərdə rayonu Otuzikilər kənd ərazisində yerləşən qəbiristanlığında dəfn olunmuşdur. Onlar baş qarışıqlığından mərhumə qızına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. O mərhumə Quliyeva Sevinc Əbülfət qızına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edir, orda isə ölümdən uzun müddət keçdiyi üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina edirlər və məhkəməyə müraciət etməyini bildiriblər. Məhkəmə iclasında Ərizəçi Qaçay qızı ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilmiş X16 izahatında göstərdi ki, Ərizəçi ilə qonşudurlar. Gülşadın qızı Quliyeva Sevinc Əbülfət qızı 25 avqust 1994-cü ildə anadan olmuşdur, lakin xəstəlikdən 25 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Yaşadıqları Otuzikilər kənd qəbristanlığında dəfn ediblər. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilmiş Mustafayeva Aygün Cümşüd qızı izahatında göstərdi ki, Ərizəçi onun həyat yoldaşının bacısıdır. Baldızının qızı Sevinc 2021-ci ilin avqust ayında xəstəlikdən vəfat edib. Onun yas mərasimində iştirak etmişdir. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, Ərizəçi qaynı arvadıdır. Qayının qızı Sevinc xəstəlikdən vəfat edib. Başları qarışıq olduğundan ölüm haqqında şəhadətnamə ala bilməyiblər. İndi ölüm haqqında şəhadətnamə almaq üçün müraciət edərkən, məhkəməyə müraciət etmələri məsləhət görülüb. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1957-ci ildə Laçın rayonunda doğulmuşdur, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 08339664 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 16 noyabr 1972-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə şəhəri, E.Əsədov küçəsi ev 6 ünvanda qeydiyyatdadır. İş materiallarında olan AZE 14474484 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 02 sentyabr 1974-cü ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X16 05 aprel 1951-ci ildə doğulmuşdur. İş materillarında olan Bərdə rayonu, Otuzikilər kənd Ərazi Dairəsi üzrə nümayəndiliyi tərəfindən verilmiş 60 nömrəli, 22 oktyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Qaçay qızı Otuzikilər kəndində qeydiyyatda olmasına baxmayaraq, ərazidə yaşamır, onun harada yaşaması barədə rəsmi məlumat yoxdur, mərhumə X10 vəfatından sonra Otuzikilər kənd qəbristanlığında dəfn edilmişdir. İş materillarında olan Bərdə rayonu, Otuzikilər kənd Ərazi Dairəsi üzrə nümayəndiliyi tərəfindən verilmiş 39 nömrəli, 01 oktyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X10 25 avqust 2021-ci ildə vəfat etmişdir. İş materiallarında olan 28 sentyabr 2021-ci il tarixli tibbi arayışdan müəyyən olunur ki, Quluyeva Sevinc Əbülfət qızı 25 avqust 2021-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. İş materiallarında olan qəbrin fotoşəkillərindən müəyyən olunur ki, X10 25 avqust 1994-cü ildə doğulmuş, 25 avqust 2021-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi Qaçaay qızının qızı X2 25 avqust 2021-ci ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi 25 avqust 1994-cü il tarixdə doğulmuş qızı X2 25 avqust 2021-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-405/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-405/2022
02.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver