Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4075/2023 30.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Böyük məsləhətçi -X15 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “qohumluq faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X11 14 noyabr 1940-cı ildə doğulması, atasının X22 və anasının X12 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, atası X17 14 noyabr 1940-cı ildə Bərdə rayonunda anadan olmuşdur. Atası - X22, anası isə X10r. Atası Z.Həsənov vəfat edənədək Bərdə rayonu Köbər kəndində yaşamışdır. Atası Z.Həsənov 02 noyabr 2000-ci ildə vəfat etmişdir. Hazırda nənəsi X5 miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq istəyirlər, lakin atasının doğumu haqqında qeyd olmadığından həmin əmlakı sənədləşdirə bilmirlər. X2 doğumu haqqında akt qeydinin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət olunmuşdur, lakin doğum qeydi haqqında sənəd aşkar edilməmişdir. Ona görə də ərizəsinin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərdiklərinə uyğun izahat verərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. O həmçinin dəqiqləşmə barədə ərizə təqdim edərək X11 10 noyabr 1940-cı ildə Bərdə rayon Mirzəxan kəndində anadan olması faktının təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Bərdə rayon Köbər kəndində anadan olmuşdur. Bərdə rayon Köbər kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan- Qaraqoyunlu kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 1181 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Köbər kəndində yaşayır. Mülki işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Bərdə rayon Köbər kəndində anadan olmuşdur. Ata qrafasında ata adı X16, ana qrafasında ana adı X3 qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, X17 02 noyabr 2000-ci ildə Bərdə rayon Mirzəxan kəndində ölmüşdür. Bu barədə Bərdə rayon Mirzəxan kand İƏD üzrə xx.xx.2000-ci il tarixli 24 saylı ölüm akı qeydi tərtib olunmuşdur. Ölümün səbəbi hipertoniya xəstəliyi. Mülki işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, X12 31 may 1999-cu ilde Bərdə rayon Köbər kəndində ölmüşdür. Bu barədə Bərdə rayon Mirzəxan kənd İN tərəfindən 02 iyun 1999-cu il tarixli 07 nomrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur . Mülki işə əlavə olunmuş İ-ЖГ № 318555 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 doğum tarixi 1940-cı il kimi qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş X14 məxsus НЭ №0301858 Hərbi Biletindən görünür ki, X11 doğum tarixi xx.xx.1940-cı il kimi qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş X14 məxsus fərdi uçot kartoçkasından görünür ki, X11 doğum tarixi xx.xx.1940-cı il, doğum yeri Bərdə rayon Mirzəxan kəndi, ata adı X22, ana adı X4,qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş Ərizəçi adına verilmiş reyestr nömrəsi **********14, qeydiyyat nömrəsi ********** olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Köbər kəndində 1.02 ha torpaq sahəsi Ərizəçi, X7, X11, X8, X9 və X6 ümumi birgə mülkiyyətindədir. Mülki işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli məhkəmə qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum atası - X11 10 noyabr 1940-ci il tarixdə Bərdə rayonu Mirzəxan kəndində anadan olması, atasının X22, anasının X12 olması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X11 10 noyabr 1940-ci il tarixdə anadan olması, atasının X22, anasının X12 olması faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 10 noyabr 1940-ci il tarixdə, Bərdə rayonu Mirzəxan kəndində anadan olması, atasının X22, anasının X12 olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-4075/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4075/2023
30.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver