Məhkəmə qərarları › İş №2(021)-408/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-408/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-408/2023 07.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh Bank Respublika ASC-nin nümayəndəsi X* iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra və probasiya Şöbəsinə, X6 Xidmət Mərkəzində notariat kontoruna və Cavabdeh3 ASC-nə qarşı X6 Xidmət Mərkəzində notariat kontorunun 6328 nömrəli, ** aprel 2*2*-ci il tarixli icra sənədinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “X6 Xidmət Mərkəzində notariat kontorunun 6328 nömrəli, ** aprel 2*2*-ci il tarixli icra sənədinin ləğv edilməsi və məhkəmədə iddia icraatı üzrə baxılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, oğlu Əmrahov Rəhman Qabil oğlu *2 dekabr 2**9-cu il tarixdə Bank Respbulkia ASC-nin Sumqayıt şəhər filialından *9**6-S**96*4786*86 saylı ipoteka müqaviləsi bağlayaraq, onun xüsusi mülkiyyətində olan Bakı şəhər Binəqədi rayonu Xocasən qəsəbəsi Sulutəpə y/s R.Allahverdiyev küçəsi **7 B, ev *2 mənzil giris 2, m 6* ünvanında yerləşın ümumi sahəsi 83 kv.m olan mənzili yüklü edərək 3***** manat məbləğində kredit götürmüşdür. Mənzil rəsmi olaraq onun adına olsa da oğlu müqavilə bağlayaraq kredit götürmüşdür. O, da həmin müqavilədə zamindir. Kredit borcundan hər ay davamlı olaraq 2*29-cu il tarixə qədər *2* manat ödəniş edəcəkdi. Lakin ölkədə olan pandemiya zamanı ödəməli olduğu kredit borcunun ödənilməsi gecikmişdir. Gecikmə nəticəsində isə onun mülkiyyətində olan mənzilinə girov qoyularaq hərracda satılması qərara alınmışdrı. X6 xidmət mərkəzində notariat kontorunun 6328 nömrəli ** aprel 2*2*-ci il tairxli icra vərəqəsinə əsasən onun mülkiyyətində olan mənzilin 5*838 manat məbləğində satılması Binəqədi Rayon İcra və probasiya şöbəsinə həvalə edilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsinin 29 iyun 2*2*-ci il tarixli qərarı ilə Bakı şəhər, Binəqədi rayonu, Xocasən qəsəbəsi Sulutəpə y/s R.Allahveridyev küçsi **7B, ev *2 mənzil giriş 2 m 6* ünvanında yerləşən ümumi sahəsi 83 kv.m olan mənzilin qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edilmişdir. Hal-hazırda isə o, X6 xidmət mərkəzində notariat kontorunun 6328 nömrəli ** aprel 2*2*-ci il tarixli icra sənədinin ləğv edilərək məhkəmədə iddia icraatı üzrə baxılmasını istəyir. İddiaçı daha sonra məhkəməyə iddia ərizəsinin dəqiqlədirilməsi barədə ərizə verərək, iddia ərizəsində səhvən Cavabdeh4 cavabdeh, Bank Respublika ASC-ni isə üçüncü şəxs qismində yazmışdır, əslində cavabdeh Binəqədi rayon İcra və probasiya şöbəsini və Bank Respublika ASC–ni göstərmək istəmişdir. Ona görə də Binəqədi rayon İcra və probasiya şöbəsini və Bank Respublika ASC–nin iş üzrə cavabdeh kimi göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Bank Respublika ASC-nin nümayəndəsi X3 izahatında iddianı qəbul etmədiyini, icra qeydinin qanuni qaydalarla rəsmiləşdirildiyini, buna görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh X6 Xidmət Mərkəzində Notariat Kontoruna və Binəqədi rayonu İcra və probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin *85.5-ci maddəsinə əsasən işə X6 Xidmət Mərkəzində Notariat Kontoruna, Binqədi rayonu İcra və probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı kəndində qeydiyyatdadır. İş materiallarında olan *3 dekabr 2**9-cu il tarixli *9**6-S**96*4786*86 saylı kredit xətt müqaviləsinin surətindən müəyyən olunur ki, həmin müqavilə Əmrahov Rəhman Qabil oğlu ilə Cavabdeh3 ASC arasında bağlanmış və Əmrahov Rəhman Qabil oğlu Cavabdeh3 ASC-dən kredit götürmüşdür. İş materiallarında olan *3 dekabr 2**9-cu il tarixli *9**6-S**96*4786*86 saylı kredit xətt müqaviləsinin ayrılmaz tərkib hissəsi olan * nömrəli razılaşmanın surətindən müəyyən olunur ki, 3 dekabr 2**9-cu il tarixli *9**6-S**96*4786*86 saylı kredit xətt müqaviləsi limiti çərçivəsində Əmrahov Rəhman Qabil oğluna 5**** manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh* 29 iyun 2*2*-ci il tarixli, *7/68-8*973-29 nömrəli məktubdan müəyyən olunur ki, X6 xidmət mərkəzində notariat kontorunun 6328 nömrəli ** aprel 2*2*-ci il tairxli icra vərəqəsinə əsasən Bakı şəhər, Binəqədi rayonu, Xocasən qəsəbəsi Sulutəpə y/s R.Allahveridyev küçsi **7B, ev *2 mənzil giriş 2 m 6* ünvanında yerləşən ümumi sahəsi 83 kv.m olan mənzilin qiymətləndirilməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh* 29 iyun 2*2*-ci il tarixli Qiymətləndiricinin dəvət edilməsi haqqında qərarından müəyyən olunur ki, X6 xidmət mərkəzində notariat kontorunun 6328 nömrəli ** aprel 2*2*-ci il tairxli icra vərəqəsinə əsasən Bakı şəhər, Binəqədi rayonu, Xocasən qəsəbəsi Sulutəpə y/s R.Allahveridyev küçsi **7B, ev *2 mənzil giriş 2 m 6* ünvanında yerləşən ümumi sahəsi 83 kv.m olan mənzilin qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət edilməsi qərara alınmışdır. İş materiallarında olan *6 dekabr 2**9-cu il tarixli, **6HAZMH786*86** nömrəli girov müqaviləsinin surətindən müəyyən olunur ki, Bakı şəhər, Binəqədi rayonu, Xocasən qəsəbəsi Sulutəpə y/s R.Allahveridyev küçsi **7B, ev *2 mənzil giris 2 m 6* ünvanında yerləşən ümumi sahəsi 83 kv.m olan mənzil girov qoyulmuşdur. İş materiallarında olan *4 dekabr 2**9-cu il tarixli, *9**6-/786*87* saylı İpoteka Müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhər, Binəqədi rayonu, Xocasən qəsəbəsi Sulutəpə y/s R.Allahveridyev küçəsi **7B, ev *2 mənzil giriş 2 m 6* ünvanında yerləşən ümumi sahəsi 83 kv.m olan mənzili Cavabdeh3 ASC–nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan **6*AMR*935***** nömrəli *4 avqust 2*2*-ci il tarixli restrukturizasiya razılaşmasının surətindən müəyyən olunur ki, həmin razılaşma Cavabdeh3 ASC ilə Əmrahov Rəhman Qabil oğlu arasında razılaşdırılmış və razılaşma bağlanmış günə Əmrahov Rəhman Qabil oğlunun kredit üzrə 45796.33 manat əsas, 2886.6 manat məbləğində fazi borcu mövcud olmuşdur. İş materiallarında olan *6 dekabr 2**9-cu il tarixli, **6FİZAM786*87*2 nömrəli zaminlik müqaviləsinin surətindən müəyyən olunur ki, həmin zaminlik müqaviləsi Cavabdeh3 ASC ilə İddiaçı ilə *3 dekabr 2**9-cu il tarixli, *9**6-S**96*4786*86 saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmışdır. İş materiallarında olan AZE *75945*3 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 ** yanvar *983-cü ildə Bərdə rayonu, Kətəlparaq kəndində doğulmuşdur, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatdadır. İş materiallarında olan ***9*23555 qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, hüquqi qeyd edilən İddiaçı mülkiyyətində olan Bakı şəhər, Binəqədi rayonu, Xocasən qəsəbəsi Sulutəpə y/s R.Allahveridyev küçəsi **7B, ev *2 mənzil giriş 2 m 6* ünvanında yerləşən ümumi sahəsi 83 kv.m olan mənzil Cavabdeh3 ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 24 fevral 2*2*-ci il tarixli arayışdan müəyyən olunur ki, Əmrahov Rəhman Qabil oğlunun kredit üzrə əsas borcu 44796.33 manat, faiz borcu üzrə 6*4*.89 manat, dəbbə pulu 3.*3 manat, cəmi 5*84*.35 manat borcu yaranmışdır. İş materiallarında olan *4 mart 2*2*-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, Əmrahov Rəhman Qabil oğluna və İddiaçı Cavabdeh3 ASC-yə olan borc ödənilmədikdə borcun Binəqədi rayonu, Xocasən qəsəbəsi Sulutəpə y/s R.Allahverdiyev küçəsi **7B, ev *2 mənzil giriş 2 m 6* ünvanında yerləşən ümumi sahəsi 83 kv.m olan mənzilə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan *4 mart 2*2*-ci il tarixli bildirişin surətindən müəyyən olunur ki, Əmrahov Rəhman Qabil oğluna və İddiaçı Cavabdeh3 ASC-yə olan borc ödənilmədikdə Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi Sulutəpə y/s R.Allahverdiyev küçsi **7B, ev *2 mənzil giriş 2 m 6* ünvanında yerləşən ümumi sahəsi 83 kv.m olan mənzilə dair icra qeydinin aparılması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi arayışının surətindən müəyyən olunur ki, İddiaçı xx xxxxx *96*-ci ildə Bərdə rayonu Mustafaağalı kəndində doğulmuşdur, Bərdə rayonu Mustafaağalı kəndində qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh3 ASC tərəfindən Bərdə regional “Asan Xidmət Mərkəzində” notariat kontoruna göndərilmiş ərizədə Bakı şəhəri Binəqədi rayonu, Xocahəsən qəsəbəsi Sulutəpə y/s R.Allahverdiyev küçəsi **7B, ev *2 mənzil giriş 2 m 6* ünvanında yerləşən ümumi sahəsi 83 kv.m olan mənzilə dair icra qeydinin verilməsi göstərilmişdir. İş materiallarında olan *9 aprel 2*2*-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra qeydində göstərilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi Sulutəpə y/s R.Allahverdiyev küçəsi **7B, ev *2 mənzil giriş 2 m 6* ünvanında yerləşən ümumi sahəsi 83 kv.m olan mənzilə tutma yönəldilsin. İş materiallarında olan *9 aprfel 2*2*-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında X6 xidmət mərkəzində notariat kontorunun 6328 nömrəli ** aprel 2*2*-ci il tairxli icra qeydi icra edilməsi üçün Bakı şəhəri Binəqədi rayonu, İcra və probasiya şöbəsinə göndərilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh3 ASC–yə ünvanlanmış ** aprel 2*2*-ci il tarixli, 2*3*2*227*36 nömrəli məktubda Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi Sulutəpə y/s R.Allahverdiyev küçəsi **7B, ev *2 mənzil giriş 2 m 6* ünvanında yerləşən ümumi sahəsi 83 kv.m olan mənzilə tutma yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon İcra və probasiya şöbəsi tərəfindən İddiaçı göndərilmiş *6 may 2*2*-ci il tarixli, e-8*973/2*2*-*4-29-**5 nömrəli bildirişdə X6 xidmət mərkəzində notariat kontorunun 6328 nömrəli ** aprel 2*2*-ci il tairxli icra qeydi üzrə tələbin könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon İcra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinə ünvanlanmış *7/68-8*973-29 nömrəli, *6 may 2*2*-ci il tarixli məktubla İddiaçı məxsus Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi Sulutəpə y/s R.Allahveridyev küçəsi **7B, ev *2 mənzil giris 2 m 6* ünvanında yerləşən ümumi sahəsi 83 kv.m olan mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulmasına göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş LP-*73/2*22 saylı, *4 mart 2*22-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi Sulutəpə y/s R.Allahverdiyev küçəsi **7B, ev *2 mənzil giriş 2 m 6* ünvanında yerləşən ümumi sahəsi 83 kv.m olan mənzilin hazırkı bazar qiyməti 6*.*** manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon İcra və probasiya şöbəsi tərəfindən Əmlak Hərrac Mərkəzi MMC-nə, İddiaçı, Bank Respublika ASC-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş idarəsinə göndərilmiş *7/68-8*973-29 saylı, *5 oktyabr 2*22-cci il tarixli məktubla Bakı şəhəri Binəqədi rayonu, Xocasən qəsəbəsi Sulutəpə y/s R.Allahverdiyev küçəsi **7B, ev *2 mənzil giriş 2 m 6* ünvanında yerləşən ümumi sahəsi 83 kv.m olan mənzilin 6*.*** manat qiymətləndirildiyi göstərilmişdir. İş materiallarında olan Əmlak Nərrac Mərkəzi tərəfindən İddiaçı, Bank Respublika ASC-nə, Bakı şəhəri, Binəqədi rayon İcra Şöbəsinə 2* noyabr 2*22-ci il tarixli məktubla ipoteka predmetinin əldə edilməsi barədə təklif göndərilmişdir. İş materiallarında olan Bank Respublika ASC tərəfindən İddiaçı iddiasına qarşı verilmiş etirazda göstərilmişdir ki, İddiaçı cavabdehlər X6 Xidmət Mərkəzinə, Cavabdeh4nə və Bank Respublika ASC-yə qarşı icra qeydinin ləğv olunması tələbinə dair iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən: -borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; -icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; -barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır; -icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər; -fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər; -tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 2* (iyirmi) gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur; -elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur; -icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər; -borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Araşdırma zamanı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra və probasiya Şöbəsinə, X6 Xidmət Mərkəzində notariat kontoruna və Cavabdeh3 ASC-nə qarşı X6 Xidmət Mərkəzində notariat kontorunun 6328 nömrəli, ** aprel 2*2*-ci il tarixli icra sənədinin ləğv edilməsi üçün qanuni əsasın olması məhkəmə tərəfindən müəyyən edilməmiş, həmçinin iddiaçının özü tərəfindən də əsaslı sübutlar və mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*8.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.*.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin **6.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: *) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 22*.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-22* və 36*-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu İcra və probasiya Şöbəsinə, X6 Xidmət Mərkəzində notariat kontoruna və Cavabdeh3 ASC-nə qarşı X6 Xidmət Mərkəzində notariat kontorunun 6328 nömrəli, ** aprel 2*2*-ci il tarixli icra sənədinin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar