Məhkəmə qərarları › İş №2(021)-4092/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4092/2023

11.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4092/2023 11.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Böyük məsləhətçi Əzizov Mətləb Yahya oğlunun katibliyi, Ərizəçi, Bərdə rayon Təhsil Şöbəsinin metodisti-X1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “uşaqların himayəsində olma faktının müəyyən olunması” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, qızları xx.xx.2011-ci il təvəllüdlü X17, xx.xx.2012- ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2016-cı il təvəllüdlü X3 onun öhdəsində olmasının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X7 ilə 2010-cu ildə ailə qurmuş, nikahları isə xx.xx.2014-cü ildə qeyd edilmişdir. xx.xx.2011-ci il təvəllüdlü X17, xx.xx.2012ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2016-cı il təvəllüdlü X8 anadan olmuşdur. Sonradan bir oğlu anadan olmuş və 3-4 aylığında vəfat etmişdir. Göstərilən uşaqları onların hər ikisi birlikdə böyütmüşlər. O, cinayət törədərək azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Zeynəb atası evinə gedərək aralarında bağlanmış nikahın pozulması barədə Bərdə rayon məhkəməsində iddia qaldırmış, xx.xx.2020-ci il tarixdə məhkəmədə nikahın pozulması barədə qətnamə çıxarılmışdır, həmçinin uşaqların saxlanılması üçün hər uşaq üçün 85 manat aliment alınması qətnamədə göstərilmişdir. Boşanma və aliment tələbinə dair qətnamə çıxarılmasına baxmayaraq o, az müddət atası evində qalandan sonra uşaqları ilə birlikda yaşadıqları evə qayıtmış, o, həbsdən çıxana qədər uşaqlarına anası Hüseynova Sədiqə himayədarlıq etmiş, onların bütün maddi tələbatlarını ödəmişdir. O, həbsdən çıxıb gələndən sonrada ailənin bütün tələbatını ödəmişdir. 1 ildən artıq müddətdir ki, Zeynəb böyük qızı- xx.xx.2011-ci ildə dan olan Ayan adlı qızını, xx.xx.2016-cı ildə anadan olan Fatimə adlı qızınıda götürüb qaçmış, bir müddətdən sonra o, uşaqların yerini bilib gedib Bakı şəhərindən gətirmişdir. Hazırda uşaqların 5-də onun himayəsindədir, qızları Bərdə rayon Zümürxan kənd tam orta məktəbində oxuyurlar. Anaları bir dəfə də olsun uşaqları yada salmamış, onların talehi ilə maraqlanmamışdır. Qaçırıb apardığı Ayan və Fatiməni o, zibil yığdıqları yerdə tapmış, onları apardığı yerdə yatmış, dilənçi vəziyyətdə yaşamalarına şahid olmuşdur. Hər ikisini götürüb gətirib evində saxlayır. Onları diqqət mərkəzində saxlayır, anasının köməkliyi ilə onları böyüdür, anaları onları yada salmadıqları kimi, uşaqlarda analarını yada salmırlar. Buna görədə istəyir ki, xx.xx.2011-ci il təvəllüdlü X17, xx.xx.2012-ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X16, xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2016-cı il təvəllüdlü X8 onun öhəsində qalsın. Qeyd olunanlara əsasən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizəyə dəqiqləşmə verərək, azyaşlı Ayanın, Yağmurun, Zəhranın, Sədiqənin və Fatimənin onun himayəsində olmasının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etdi. O bildirdi ki, məhkum olduğu müddətdə onun xəbəri olmadan Zeynəb məhkəməyə boşanma ərizəsi vermiş və məhkəmə qətnaməsi ilə boşanmışdır. Boşanmasına baxmayaraq Zeynəb uşaqlar ilə birlikdə anasının yanında qalmışdır. Cəzadan xx.xx.2021ci il tarixdə azad olunmuş, evə qayıtdıqdan sonra bir müddət Zeynəblə birlikdə yaşasa da Zeynəb uşaqlardan Ayan və Fatiməni öz ilə götürüb atası evinə aparmışdır. Oradanda Bakı şəhərinə getmiş, bir müddət uşaqları axtarmış, 2022-ci ilin may ayında Ayan və Fatiməni baxımsız halda bir evdən tapmış, Zeynəbi isə heç görməmişdir. Uşaqları götürüb yanına gətirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasında xx.xx.2011-ci il təvəllüdlü X17 metodist-X1 iştirakı ilə ifadəsində bildirdi ki, hazırda atası ilə qalır və atasının yanında da qalmaq istəyir. Məhkəmə iclasında xx.xx.2012-ci il təvəllüdlü X11 metodist-X1 iştirakı ilə ifadəsində bildirdi ki, hazırda atası ilə qalır və atasının yanında da qalmaq istəyir. Məhkəmə iclasında xx.xx.2013-cü il təvəllüdlü X16 metodist-X1 iştirakı ilə ifadəsində bildirdi ki, hazırda atası ilə qalır və atasının yanında da qalmaq istəyir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cu il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon ünvan 1 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş Seriya AA******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X17 30 aprel 2011-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Ərizəçi, ana qrafasında ana adı X2 qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X11 15 iyul 2012-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Ərizəçi, ana qrafasında ana adı X2 qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X16 06 oktyabr 2013-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Ərizəçi, ana qrafasında ana adı X2 qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, X12 27 noyabr 2014-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Ərizəçi, ana qrafasında ana adı X2 qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş AZ-T №241124 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 03 may 2016-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Ərizəçi, ana qrafasında ana adı Maraqlı şəxs kimi qeyd olunmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)1808\2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Hüseynov Ərizəçi arasında Bərdə rayon Qeydiyyat şöbəsində 07 aprel 2014-cü ildə bağlanmış və 152 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2011-ci ildə anadan olmuş X18, xx.xx.2012-ci ildə anadan olmuş X11, xx.xx.2013-cü ildə anadan olmuş X16, xx.xx.2014-cü ildə anadan olmuş X12 və xx.xx.2016-cı ildə anadan olmuş X3 İddiaçı Maraqlı şəxs himayəsində qalması, xx.xx.2011-ci ildə anadan olmuş X9, xx.xx.2012-ci ildə anadan olmuş X4, xx.xx.2013-cü ildə anadan olmuş X6, xx.xx.2014-cü ildə anadan olmuş X5 və xx.xx.2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Hüseynov Ərizəçi 06 noyabr 2020-ci ildən başlayaraq ayda hər uşağa 85 (səksən beş) manat, cəmi 425(dörd yüz iyirmi beş) manat miqdarında alimentin alınaraq iddiaçı Maraqlı şəxs verilməsi qət olunmuşdur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Təhsil Şöbəsi X.İsmayılov adına Zümürxan kənd tam orta məktəb tərəfindən verimiş xx.xx.2023-cü il tarixli 35 saylı Arayışdan görünür ki, X17 həmin məktəib 6-cı sinfində oxuyur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Təhsil Şöbəsi X.İsmayılov adına Zümürxan kənd tam orta məktəb tərəfindən verimiş xx.xx.2023-cü il tarixli 36 saylı Arayışdan görünür ki, X11 həmin məktəib 5-ci sinfində oxuyur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Təhsil Şöbəsi X.İsmayılov adına Zümürxan kənd tam orta məktəb tərəfindən verimiş xx.xx.2023-cü il tarixli 37 saylı Arayışdan görünür ki, X12 həmin məktəib 3-cü sinfində oxuyur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Təhsil Şöbəsi X.İsmayılov adına Zümürxan kənd tam orta məktəb tərəfindən verimiş xx.xx.2023-cü il tarixli 38 saylı Arayışdan görünür ki, X14 həmin məktəib 1-ci sinfində oxuyur. Mülki işə əlavə olunmuş Bərdə Rayon Təhsil Şöbəsi X.İsmayılov adına Zümürxan kənd tam orta məktəb tərəfindən verimiş xx.xx.2023-cü il tarixli 39 saylı Arayışdan görünür ki, X16 həmin məktəib 4-cü sinfində oxuyur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi xx.xx.2019-cu il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilib və xx.xx.2021-ci il tarixdə azad olunmuşdur. Mülki işə əlavə olunmuş mədaxil qəzindən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Ərizəçi ilə Maraqlı şəxs ailə qurmuş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(021)1808\2020 saylı qətnaməsinə əsasən, aralarında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından xx.xx.2011-ci ildə anadan olmuş X18, xx.xx.2012-ci ildə anadan olmuş X11, xx.xx.2013-cü ildə anadan olmuş X16, xx.xx.2014-cü ildə anadan olmuş X12 və xx.xx.2016-cı ildə anadan olmuş X3 İddiaçı Maraqlı şəxs himayəsində qalması, xx.xx.2011-ci ildə anadan olmuş X9, xx.xx.2012-ci ildə anadan olmuş X4, xx.xx.2013-cü ildə anadan olmuş X6, xx.xx.2014-cü ildə anadan olmuş X5 və xx.xx.2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Hüseynov Ərizəçi 06 noyabr 2020-ci ildən başlayaraq ayda hər uşağa 85 (səksən beş) manat, cəmi 425(dörd yüz iyirmi beş) manat miqdarında alimentin alınaraq iddiaçı Maraqlı şəxs verilməsi qət olunmuşdur. Lakin xx.xx.2011-ci ildə anadan olmuş X18, xx.xx.2012-ci ildə anadan olmuş X11, xx.xx.2013-cü ildə anadan olmuş X16, xx.xx.2014-cü ildə anadan olmuş X12 və xx.xx.2016-cı ildə anadan olmuş X8 ataları Ərizəçi himayəsində yaşayırlar. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmçinin “Uşaq Hüquqları Haqqında”Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Ailə Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq valideynlər: uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar, uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar, digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər, uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar, uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər, dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, uşaqlar faktiki olaraq atalarının himayəsində yaşadıqlarından, xx.xx.2011-ci ildə anadan olmuş X10 və xx.xx.2016-cı ildə anadan olmuş X3 2022-ci ilin may ayından, xx.xx.2012-ci ildə anadan olmuş X4, xx.xx.2013-cü ildə anadan olmuş X6 və xx.xx.2014-cü ildə anadan olmuş X5 23 oktyabr 2021-ci il tarixdən Ərizəçi himayəsində olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən 100 manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2011-ci ildə anadan olmuş X10 və xx.xx.2016-cı ildə anadan olmuş X3 2022-ci ilin may ayından, xx.xx.2012-ci ildə anadan olmuş X4, xx.xx.2013-cü ildə anadan olmuş X6 və xx.xx.2014-cü ildə anadan olmuş X5 23 oktyabr 2021-ci il tarixdən Ərizəçi himayəsində olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar