Məhkəmə qərarları › İş №2(021)-411/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-411/2022

07.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-411/2022 07.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 oğlunun iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh Qoçaq oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Qoçaq oğluna, “əmrin etibarsız hesab edilərək işə bərpa edilməsi, əmək haqqının, məzuniyyət pulunun və işləmədiyi dövr üçün əmək haqqısının alınıb ona verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bərdə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.09.2021-ci il tarixli 12 Ş-8 saylı əmrin etibarsız hesab edilərək işə bərpa edilməklə 23400 manat əmək haqqının, 2600 manat məzuniyyət pulunun və işləmədiyi ayların da əmək haqqısının alınıb ona verilməsi barədə qətnamə qəbul olunması xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Cavabdeh Qoçaq oğlunun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə olan sənədləri araşdırıb müəyyən etdi ki, iddiaçı hazırkı tələbi ilə bağlı müvafiq orqana müraciət etməsini təsdiq edən heç bir sübutu iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasinin Mediasiya haqqında Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Azərbaycan Respublikası Mulki Prossesual Məcəlləsinin (bundan sonra MPM) 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. MPM-nin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikasinin Mediasiya haqqında Qanunun 21.9-ci maddəsinə əsasən aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə. Göründüyü kimi iddiaçı hazırkı tələblə bağlı Mediasiya Xidmətinə müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Odur ki, iddiaçıya izah olunmalıdır ki, tələbi ilə bağlı Mediasiya Xidmətinə müraciət etməli, müvafiq arayışı və ya protokolu əldə etdikdən sonra məhkəməyə müraciət etməlidir. Həmçinin müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən İddiaçı Cavabdeh Qoçaq oğluna, “əmrin etibarsız hesab edilərək işə bərpa edilməsi, əmək haqqının, məzuniyyət pulunun və işləmədiyi dövr üçün əmək haqqısının alınıb ona verilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.13-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi Mulki Prossesual Məcəlləsinin 114, 259, 263-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı Cavabdeh Qoçaq oğluna, “əmrin etibarsız hesab edilərək işə bərpa edilməsi, əmək haqqının, məzuniyyət pulunun və işləmədiyi dövr üçün əmək haqqısının alınıb ona verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar