Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4112/2023 30.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X15 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) maraqlı şəxslər Maraqlı şəxs1nə və Maraqlı şəxs2 (bundan sonra maraqlı şəxs və ya Maraqlı şəxs2) qarşı “Doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 15 sentyabr 2018-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X2 doğum faktının müəyyən olunması, atası Maraqlı şəxs2, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əri Maraqlı şəxs2 ilə 2016-cı il tarixdə qeyrirəsmi olaraq ailə həyatı qurub evlənmiş, birgə yaşayış dövründə 3 (üç) övladları anadan olmuşdur. Lakin onlar baş qarışıqlığından 15 sentyabr 2018-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X3 doğum haqqında şəadətnamə ala bilməmişlər. Hal-hazırda övladlarına doğum haqqında şəhadətnamə almaq istəyirlər. Onlar övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etmiş, onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 göstərdi ki, ərizəçi ilə 2016-cı ildə faktiki ailə həyatı qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları müddətdə üç uşaqları doğulmuşdur. 15 sentyabr 2018-ci ildə anadan olmuş övlarları X3 doğum haqqında şəhadətnamə almamışlar. 15 sentyabr 2018-ci ildə anadan olmuş övlarları X6 həqiqətən onun qızıdır və uşağın atası özüdür. Ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X1 göstərdi ki, ərizəçi onun qızıdır. Qızı Ərizəçi ilə Maraqlı şəxs2 2016-cı ildə qeyri-rəsmi ailə qurub evlənmişlər. Birgə nikahdan üç övladları doğulmuşdur. Tərəflər iki uşaqlarına doğum haqqında şəhadətnamə alsalar da, 15 sentyabr 2018-ci ildə anadan olmuş övladları X3 doğum haqqında şəhadətnamə almamışlar. Elifin anası Ərizəçi, atası isə Maraqlı şəxs2dur. Məhkəmə iclasında şahid qismində izahat verən X11 göstərdi ki, ərizəçi gəlini, Maraqlı şəxs2 isə oğludur. Ərizəçi ilə Maraqlı şəxs2 2016-cı ildə qeyri-rəsmi ailə qurub evlənmişlər. Birgə nikahdan üç övladları doğulmuşdur. Tərəflər iki uşaqlarına doğum haqqında şəhadətnamə alsalar da, 15 sentyabr 2018-ci ildə anadan olmuş övladları X3 doğum haqqında şəhadətnamə almamışlar. Elifin anası Ərizəçi, atası isə Maraqlı şəxs2dur. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci ildə Bərdə rayonu Lənbəran kəndində anadan olmuşdur, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1990-cı ildə Bərdə rayonu Lənbəran kəndində anadan olmuşdur, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Lənbəran kəndində yaşayır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə X9 adlı uşaqları doğulmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2021-ci ildə X10 adlı uşaqları doğulmuşdur. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 noyabr 2023-cü il tarixli 1001 saylı arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Lənbəran kəndində qeydiyyatdadır və o, Bərdə rayonu Lənbəran kənd sakini Maraqlı şəxs2 ilə qeyri-rəsmi nikahdadır və bu qeyri rəsmi nikahdan 3 övladı dünyaya gəlmişdir. Onlardan ikisinə- 2020-ci il təvəllüdlü X4 və 2021-ci il təvəllüdlü X7 doğum haqqında şəhadətnamə alınmış, 2018-ci il təvəllüdlü X8 isə doğum haqqında şəhadətnamə alınmamışdır. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X18 13 oktyabr 2023-cü il tarixli 18-1-28/2- 1321/2023 saylı məktubundan görünür ki, Bərdə rayonu Lənbəran kənd sakini Ərizəçi xx.xx.2018-ci il tarixdə qız övladı dünyaya gətirməsi ilə bağlı Bərdə RMX-da heç bir qeydiyyat aşkarlanmamışdır. Ərizəçi deməsinə görə xx.xx.2018-ci il tarixdə dünyaya gələn Əlmərdanova ..... Jalə qızı Bərdə RMX-nın Ailə Sağlamlıq Mərkəzində xx.xx.2023-cü il tarixdə qeydiyyata götürülmüşdür. Həkim pediatr tərəfindən müayinə olunmuş və praktik sağlam olması təsdiq olunmuşdur. Maraqlı şəxs1 tərəfindən verilmiş 13 oktyabr 2023-cü il tarixli 3-16-5/8-15-559/2023 saylı məktubdan görünür ki, Ərizəçi uşağına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etmiş, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi və doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığından doğumun qeydiyyat şöbəsində qeydə alınaraq doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 15 sentyabr 2018-ci ildə qız övladı anadan olmuşdur. Maraqlı şəxs2 ərizəçi ilə 2016-cı ildə evləndiyini və 15 sentyabr 2018-ci ildə qız uşaqlarının doğulduğunu bildirmişdir. Ərizəçi ərizəsində 15 sentyabr 2018-ci ildə anadan olmuş qızının adının Elif olduğunu qeyd etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X18 məktubdan da müəyyən olunur ki, 15 sentyabr 2018-ci ildə anadan olmuş uşağın adı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi 15 sentyabr 2018-ci ildə Bərdə şəhərində anadan olmuş qız uşağının anadan olması, onun atasının Maraqlı şəxs2, anasının isə Ərizəçi olması faktı ərizəçinin, maraqlı şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə qismən təmin edilməli, Ərizəçi 15 sentyabr 2018-ci ildə Bərdə şəhərində qız uşağı doğması, uşağın atasının Maraqlı şəxs2, anasının Ərizəçi olması faktı müəyyən olunmalıdır. Mübahisənin gerçək hallarından görünür ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə qismən təmin edilisin. Ərizəçi 15 sentyabr 2018-ci ildə Bərdə şəhərində qız uşağı doğması, uşağın atasının Maraqlı şəxs2, anasının Ərizəçi olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-4112/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4112/2023
30.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver