Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-412/2022 14.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı qızının, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı qızının cavabdeh Cavabdeh qarşı “azyaşlı uşaqları ilə birlikdə evə köçmə” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, azyaşlı uşaqları Rəşid və Rəşidə ilə birlikdə birgə nikah dövründə əldə edilmiş Bərdə rayonu Tumaslı kəndində yerləşən evinə köçürülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı qızı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2002-ci il tarixdə ailə qurmuşlar, birgə nikahlarından 28.04.2004-cü il təvəllüdlü Rəşid, 02.01.2009-cu il təvəllüdlü Rəşidə adlı iki övladları vardır. Cavabdeh ilə ailə qurduqdan sonra Bərdə rayonu Tumaslı kəndində yerləşən torpaq sahəsində ev inşa etmişlər. Nikahları 2014-cü ildə pozulmuşdur. Hazrıda həmin evdə yaşamır, maddi çətinlik çəkir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı qızı iddia ərizəsini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddiaçının evə köçməsinə etirazı yoxdur və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı qızı 20.051982-ci il tarixdə Ağdam rayon Sarıhacılı kəndində anadan olmuşdur. Ağdam şəh, Z.Hacıyev küçəsi, ev 90 ünvanında qeydiyyatdadır. İş materiallarında olan məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı qızı məcburi köçkün statusu daşıyır. İş materiallarında olan AZ-İİ № 265899 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 02.01.2009-ci il təvəllüdlü Rəşidənin atası Cavabdeh, anası İddiaçı qızıdır. İş materiallarında olan AZ-İİ № 518757 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 28.04.2004-cü il təvəllüdlü Rəşidin atası X4, anası X1r. İş materiallarında olan AZ-İİ № 390271 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 08.08.2009-cu il təvəllüdlü İlkin Nəzərovun atası Cavabdeh, anası İddiaçı qızıdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflərin nikahı 03.12. 2014-cü il tarixdə pozulmuşdur. İş materiallarından müəyən olunur ki, iddiaçı ilkin Mediasiya sessiyasında iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəindən veilmiş 14.12.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı qızının və cavabdeh Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi qeydiyyata alınmamışdır. İş materiallarında olan ərizədən görünür ki, Cavabdeh iddiaçının evə köçməsinə etirazı yoxdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki İddiaçı qızı cavabdeh Cavabdeh ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. Tərəflər birgə nikah dövründə Bərdə rayon Tumaslı kəndində fərdi yaşayış evi tikdirib birgə yaşamışlar. Daha sonra tərəflərin münasibəti pisləşmiş və nikahları məhkəmə qaydasında pozulmuşdur. Bərdə rayon Tumaslı kəndində yerləşən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev rəsmi reystrdə qeydiyyata alınmamışdır. Həmçinin mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçı həmin mübahisəli evdə yaşamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə məhkəmə qeyd edir ki, 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Qeyd olunan halları nəzərə alaraq məhkəmə qeyd edir ki, İddiaçı qızı mübahisəli mənzilə köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin də iddiaçının evə köçməsinə etirazı yoxdur. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı qızının cavabdeh Cavabdeh qarşı “uşaqları ilə birlikdə evə köçmə” tələbi təmin olunmalı və iddiaçı İddiaçı qızı Bərdə rayon Tumaslı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia tələbi təmin olunsun. İddiaçı qızı azyaşlı uşaqları 28.04.2004-cü il təvəllüdlü X3 və 02.01.2009-cu il təvəllüdlü X2 ilə birlikdə Bərdə rayon Tumaslı kəndində yerləşən fərdi yaşayış evinə evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-412/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-412/2022
14.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver