Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4125/2024 29.11.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlu, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X1 DOST Mərkəzi olmaqla “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib Müəyyənetdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1993-cü il tarixdən 1999-cu ilin sonuna kimi X3 fabrikində fəhlə işləməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iş üzrə Ərizəçi Ağdam rayonunda qeydiyyatdadır. Göründüyü kimi ərizəçi Ağdam rayonunda qeydiyyatda olsa da, hazırki tələblə bağlı Ağdam Rayon Məhkəməsinə müraciət etməli olduğu halda Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə-yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. AA Seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1960-cı ildə Ağdərə rayonu Sırxavənd kəndində anadan olmuşdur, Ağdam rayonunda qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X1 DOST Mərkəzi olmaqla “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Ərizəçiyə izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə yenidən aidiyyatı məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının MPM-nin 114.1.3-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114.1.3, 149-152ci maddələrini rəhbər tutaraq Qərarverdim: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X1 DOST Mərkəzi olmaqla “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın. xx.xx.2024-cü il tarixli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul Bərdə şəhəri üzrə Maliyyə İdarəsi tərəfindən Ərizəçi qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-4125/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4125/2024
29.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver