Məhkəmə qərarları › İş №2(021)-414/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-414/2022

12.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-414/2022 12.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, İmamverdiyeva Solmaz İmamverdi qızının, Ərizəçi4 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, İmamverdiyeva Solmaz İmamverdi qızının, Ərizəçi4 maraqlı şəxs Maraqlı şəxsnə "hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, İmamverdiyeva Solmaz İmamverdi qızı, Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1 onun anası olması faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2, İmamverdiyeva Solmaz İmamverdi qızı, Ərizəçi4 məhkəmə iclasında ərizə təqdim edərək, ərizənin baxılmamış saxlanılmasını və sənədlərin qaytarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və digər iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə ərizəçiyə qaytarılmalıdır. MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1,261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-in 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. MPM-in 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2, İmamverdiyeva Solmaz İmamverdi qızının, Ərizəçi4 maraqlı şəxs Maraqlı şəxsnə "hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçilərə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170-ci ,263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, İmamverdiyeva Solmaz İmamverdi qızının, Ərizəçi4 maraqlı şəxs Maraqlı şəxsnə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi ” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçilərə qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar