Məhkəmə qərarları › İş №2(021)-416/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-416/2022

29.03.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-416/2022 29.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Aydin oğluna, Cavabdeh2 Aydin qızına , Cavabdeh3 Aydin qızına , Cavabdeh4, Cavabdeh5 qarşı “müqavilənin bağlanmış hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Aydin qızının, Cavabdeh3 Aydin qızının, Cavabdeh4, Cavabdeh5 mülkiyyətində olan Bərdə rayonu Zümürxan kəndində yerləşən ümumilikdə 1.80 ha torpaq sahəsinin ona satılmasına dair cavabdehlərlə aralarında olan alqı-satqı müqaviləsinin 02 may 2001-ci il tarixində bağlanmış hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarı ilə JN 0029, JN 0028 olmaqla, KOD 61007028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Bərdə rayonu İmamqulubəyli kənd sakinləri Cavabdeh1 Aydin oğluna, Cavabdeh2 Aydin qızına , Cavabdeh3 Aydin qızına , Cavabdeh4, Cavabdeh5 verilmiş müvafiq olaraq 0.60 ha və 1.20 ha olmaqla, cəmi 1.80 ha pay torpağını razılaşmaya əsasən 3300.000 manata ona satılması barədə Bərdə rayon Zümürxan kənd icra nümayəndəliyi tərəfindən 02 may 2001-ci il tarixdə akt tərtib edilmişdir. Həmin akt torpaq sahibləri və o imza etdikdən sonra icra nümayəndəsi tərəfindən möhürlənərək təsdiq edilmişdir. X3 08.02.2016-cı il tarixdə vəfat etmişdir. X1 və cavabdehlər Cavabdeh1 Aydin oğlu, Cavabdeh2 Aydin qızı, Cavabdeh3 Aydin qızı, Cavabdeh4, Cavabdeh5 arasında ümumilikdə 1.20 sot pay torpağın alqı-satqısı barədə razılaşmaları akt şəklində rəsmiləşmiş, həmin torpaq sahəsinin dəyəri onun tərəfindən tam olaraq cavabdehlərə ödənilmişdir. Odur ki, qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5–ci maddəsinə maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş AA******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. Mülki işə əlavə olunmuş Seriya AZE № ******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1979-cu il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayonu İmamqulubəyli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12.02.2016-cı il tarixli ölüm haqqında şəhadətnamə surətindən görünür ki, X3 08.02.2016-cı il tarixdə vəfat etmişdir. Mülki işə əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-0028 KOD 61007028 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarına əsasən Bərdə rayonu İmamqulubəyli kənd sakinləri X2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 mülkiyyətinə 1.21 hektar torpaq sahəsi verilmişdir. Mülki işə əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-0029 KOD 61007028 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarına əsasən Bərdə rayonu İmamqulubəyli kənd sakinləri Cavabdeh4 , Cavabdeh5 mülkiyyətinə 0.60 hektar torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş iltizamdan görünür ki, X3 adlarına olan 1.20 ha pay torpağını İddiaçı satdıqdan sonra onun tərəfindən hər hansı narazılıq olarsa, həmin gün aldığı pulu Firdovsiyə qaytaracağı barədə iltizam yazmaqla imza etmiş, məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki işə əlavə edilmiş iltizamdan görünür ki, Bərdə rayonu İmamqulubəyli kənd sakini Cavabdeh4 Aydin oğlu adına olan 0.60 ha pay torpağını İddiaçı satdıqdan sonra onun tərəfindən hər hansı narazılıq olarsa , həmin gün aldığı pulu Firdovsiyə qaytaracağı barədə iltizam yazmaqla imza etmiş, məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki işə əlavə edilmiş iltizamdan görünür ki, Bərdə rayonu İmamqulubəyli kənd sakini Cavabdeh5 onlara məxsus 0.60 ha pay torpağı İddiaçı satdıqdan sonra onun tərəfindən hər hansı narazılıq olarsa həmin gün aldığı pulu Firdovsiyə qaytaracağı barədə iltizam yazmaqla imza etmiş, məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki işə əlavə edilmiş iltizamdan görünür ki, Bərdə rayonu İmamqulubəyli kənd sakini Cavabdeh1 onlara məxsus 1.20 ha pay torpağı İddiaçı satdıqdan sonra onun tərəfindən hər hansı narazılıq olarsa həmin gün aldığı pulu Firdovsiyə qaytaracağı barədə iltizam yazmaqla imza etmiş, məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki işə əlavə olunmuş Bərdə rayon Zümürxan icra nümayəndəliyi tərəfindən təsdiq olunmuş yazılı aktdan görünür ki, 1,80 ha torpaq sahəsi 3.3000,000 manata satılmasına dair tərəflər razılaşmışlar. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 04 may 1999-cu il tarixli 05 saylı qərarı ilə JN 0029, JN 0028 olmaqla, KOD 61007028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarına əsasən Bərdə rayonu İmamqulubəyli kənd sakinləri Cavabdeh1 Aydin oğluna, Cavabdeh2 Aydin qızına , Cavabdeh3 Aydin qızına , Cavabdeh4, Cavabdeh5 verilmiş müvafiq olaraq 0.60 ha və 1.20 ha olmaqla, cəmi 1.80 ha pay torpağını 3300.000 manata İddiaçı satılması barədə Bərdə rayon Zümürxan kənd icra nümayəndəliyi tərəfindən 02 may 2001-ci il tarixdə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bir çox qərarlarında qeyd etmişdir ki, beynəlxalq hüquqda (İnsan hüquqları haqqında ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir (MPM-in 9.1, 9.3 və 88-ci maddələri). Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə maddi hüquq normaları mübahisəli huquq münasibətinin yarandığı vaxt tətbiq edilir. Belə ki, tərəflər arasında həmin torpaq sahəsinə dair münasibətlər 02 may 2001-ci il tarixdə baş vermişdir. Ona görə də həmin tarixdə olan MM-nin normaları tətbiq olunmalıdır. Belə ki, 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəllədən 335-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 335.1. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. 335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan huququdur. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Bərdə rayonu Zümürxan kəndində yerləşən ümumilikdə 1.80 ha torpaq sahəsinə dair İddiaçı ilə cavabdehlər Cavabdeh1 Aydin oğlu, Cavabdeh2 Aydin qızı, Cavabdeh3 Aydin qızı , Cavabdeh4 və Cavabdeh5 arasında olan alqı-satqı müqaviləsi 02 may 2001-ci il tarixindən bağlanmış hesab olunsun. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 Aydin oğlundan, Cavabdeh2 Aydin qızından, Cavabdeh3 Aydin qızından , Cavabdeh4 və Cavabdeh5 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar