Məhkəmə qərarları › İş №2(021)-416/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-416/2023

23.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-416/2023 23.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili X5, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma” və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xüsusi mülkiyyətlərində olan və hal-hazırda zəbt olunmuş Bərdə rayon Yenidaşkənd kəndində yerləşən JN-500 saylı torpaq mülkiyyət hüququna dair dövlət aktı əsasında olan 1.50 ha torpaq sahəsindən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində Bərdə rayon Yenidaşkənd kəndində yerləşən 1.50 ha torpaq sahəsi var. İslahat gedən zaman həmin torpaq sahələri adam başına hesablanmaqla ona və ailə üzvlərinə verilmişdir. Qeyd etdiyi torpaq sahəsinə JN-500 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Lakin dövlət aktı əsasında onlara verilmiş olan 1.50 ha torpaq sahəsini hazırki iş üzrə Cavabdeh qanunsuz yolla zəbt etmişdir və onların istifadə edib, əkin əkib becərməklərin maneçilik törədir. Onun xüsusi mülkiyyətndə olan 1.50 ha torpaq sahəsini 16 il bundan qabaq yəni 2007-ci il tarixdə hazırki iş üzrə Cavabdeh sənədsiz qeyri-rəsmi olaraq icarəyə vermişdirlər. İcarə müddəti bitdikdən sonra Cavabdeh 1.50 ha torpaq sahəsini qaytaracaqdı. Torpaq sahəsinin icarə müddəti bitdikdən sonra Cavabdeh onlara məxsus olan torpaq sahəsindən çıxmasını bildirdikdə isə, 1.50 ha torpaq sahəsini onlara verməkdən imtina etmişdir. Hal-hazırda cavabdeh həmin torpaq sahəsində əkin işləri apararaq oradan gəlir əldə edir. Hal-hazırda Cavabdeh ona məxsus olan 1.50 ha torpaq sahəsindən çıxarılmasını istəyir. Çünki hal-hazırda həmin torpaq sahəsindən istifadə edə bilmədikləri üçün gəlir əldə edə bilmirlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələbin təminin edilməməsinə, qarşılıqlı iddia tələbim təmin edilərək cavabdeh İddiaçı 15000 (on beş min) manat məbləğində pulun və hazırkı qarşılıqlı iddia ərizəmə baxılması üçün ödədiyi dövlət rüsumu olan 135 manatın alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı "torpaqdan çıxarılma tələbinə dair" iddia ərizəsi ilə Bərdə rayon məhkəməsinə müraciət edərək ona və ailə üzvlərinə "Torpağa mülkiyyət hüququna dair" JN-500 nömrəli Dövlət Aktı əsasında məxsus olmaqla Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən 1.50 ha torpaq sahəsindən onun çıxarılmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, guya həmin torpaq sahəsi onun tərfindən 2007-ci ildə mənə icarəyə verilmiş, hazırda icarənin müddəti bitdiyi üçün torpağı ona qaytarmağını tələb etsə də, o torpaqdan çıxmır və onu əkib becərməkdə davam edir. Lakin İddiaçı həmin torpaq sahəsinin ona icarəyə verilməsinə və hansı şərtlər daxilində hansı müddətədək verməsinə dair iddia ərizəsinə hər hansı bir sübut əlavə etməmişdir. O, İddiaçıya həmin torpaq sahəsinə görə heç bir vaxt hər hansı bir məbləğdə icarə haqqı ödəməmişdir, 2007-ci ilin iyun ayında ona 15.000 manat nəğd pul verərək həmin torpağı birdəfəlik satın almışdır. 2007-ci ilin iyun ayında İddiaçı ona bildirmişdir ki, qızının toyu olacaq, ancaq ona cehiz almaq üçün pulu yoxdur, odur ki, ona və ailə üzvlərinə "Torpağa mülkiyyət hüququna dair" JN-500 KOD ******* nömrəli Dövlət Aktı əsasında məxsus olan, Bərdə rayonu Yeni Daşkənd kəndi ərazisində yerləşən 1.50 ha torpaq sahəsini satmaq istəyir. Odur ki, İddiaçıla razılaşmışlar ki, həmin torpaq sahəsinə görə ona nəğd olaraq 150.000 (yüz ǝlli min) manat pul versin, alqı-satqı müqaviləsi bağlamağı sonra həll edərlər. Həmin vaxt Yenidaşkənd kəndində 1 ha əkin təyinatı pay torpağının dəyəri 100.000 manat idi. Bu razılaşmadan bir neçə gün sonra 150.000 manat pulu aparıb İddiaçı vermişdir. Pulu verərkən onun oğlu X6 da yanlarında olub və pulu atasına nə üçün verdiyini bilmişdir. Pulu İddiaçı verərkən o "Torpağa mülkiyyət hüququna dair" JN-500 KOD 61000038 nömrəli Dövlət Aktının əslini və şəxsiyyət vəsiqəsinin surətini ona vermişdir. Pulu verdikdən sonra və İddiaçı qzının toyunu etdikdən sonra ilk illərdə dəfələrlə ondan xahiş və tələb etmişdir ki, torpağın alqı-satqı müqaviləsi ilə notariat qaydasında onun adına rəsmiləşdirilsin. Lakin İddiaçı hər dəfə müxtəlif bəhanələr gətirərək, alqı-satqı müqaviləsi bağlamaqdan yayınmışdır. Sözügedən 1.50 ha torpaq sahəsinə görə 2007-ci ilin iyun ayında 150.000 manat pul verib onu birdəfəlik alarkən o zaman Yeni Daşkənd kəndində 1 (bir) hektar kənd təsərrüfatı təyinatlı torpağın bazar dəyəri 100000 (yüz min) manat idi, yəni hazırkı qiymətlə 10.000 (on min) manat idi. X20 kəndində 1 (bir) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bazar dəyəri 10.000 (on min) manatdır. Bu hesabla əgər İddiaçı torpağı ondan geri almaq istəyirsə, ona 15000 (on beş min) manat pul ödəməlidir. (1,5 ha x 10000 manat=15000) . 2007-ci ilin nominasiyası ilə o, 150.000 manatı İddiaçı 1.50 ha torpaq sahəsini almaq üçün vermişdir. Yeni Daşkənd kəndi üzrə icra nümayəndəliyinin Bərdə rayon məhkəməsinə təqdim etmək üçün verdiyi xx.xx.2022-ci il tarixli 502 nömrəli arayışda da bildirilir ki, hal-X20 kəndi ərazisində 1 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsinin bazar dəyəri (satış qiyməti) 10.000 manatdır. Cavabdeh İddiaçı aralarında alqı-satqı müqaviləsinin olmamasından sui-istifadə edərək torpağı geri tələb edir. Belə olan halda mülki qanunvericiliyin təməl prinsiplərindən olan pozulmuş hüquqların bərpasının təmin edilməsi (Mülki Məcəllənin 6.1-ci maddəsi) və ədalət prinsipi baxımından da hesab edir ki, cavabdeh ona məhz 1.50 ha kənd təsərrüfatlı təyinatlı torpağın 2022-ci ildəki bazar dəyəri ilə 15.000 manat pul qaytarıb verməlidir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı izahatında ilk iddia tələbini müdafiə edərək, iddia tələbin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etdi. O həmçinin bildirdi ki, cavabdehlə sövdələşməsi köhnə pul vahidi ilə olub . Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili X11 izahatında ilk iddia tələbini müdafiə edərək, iddia tələbin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia iddia tələbini müdafiə edərək, iddia tələbin təmin edilməsini, ilk iddia tələbinin isə rədd olunmasını xahiş etdi. O bildirdi ki, iddiaçı sövdələşmənin köhnə pul vahidi ilə olmasını bildirsə də 2007-ci ildə həmin pul vahidi tədavüldən çıxmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, hər iki iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1945-cı il tarixdə Ermənistan, Vardenis rayonunda anadan olmuşdur. Bərdə rayon Yenidaşkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 455 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Yenidaşkənd kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hququna dair JN 500 KOD 61000038 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 18 saylı qərarı ilə Bərdə rayon Yeni Daşkənd kənd sakinləri İddiaçı, X1, X4, X2 və X3 mülkiyyətinə 1.50 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Seriya AZE № 08095514 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1958-cı il tarixdə Bərdə rayon Yenidaşkənd kəndində anadan olmuşdur. Bərdə rayon Yenidaşkənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 503 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bərdə rayon Yenidaşkənd kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Cavabdeh, X6 və digər kənd sakinləri tərəfindən imzalanmış və Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli Aktdan görünür ki, İddiaçı öz ailə üzvlərinin razılığı ilə ona məxsus olan 1.5 ha pay torpağını 15000 manata Cavabdeh satmışdır. İşdə iştirak edən şahid X7 ifadəsində bildirdi ki, hər iki tərəflə qohumluq münasibətləri var. Torpaq sahəsi Zərdana satılıb, lakin pul onun yanında verilməyib. İşdə iştirak edən şahid X9 ifadəsində bildirdi ki, Zərdan ondan 3000 manat pul almışdır ki, torpaq almağa pulu çatmır. O da pulu Zərdana vermişdir. İşdə iştirak edən şahid X8 ifadəsində bildirdi ki, Zərdan ondan 3000 manat pul almışdır ki, Vaqifdən torpaq almağa pulu çatmır. O da pulu Zərdana vermişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı Cavabdeh tərəfindən 135 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 18 saylı qərarı ilə Bərdə rayon Yeni Daşkənd kənd sakinləri İddiaçı, X1, X4, X2 və X3 mülkiyyətinə 1.50 ha torpaq sahəsi verilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli Akt əsasında İddiaçı öz ailə üzvlərinin razılığı ilə ona məxsus olan 1.5 ha pay torpağını 15000 manata Cavabdeh satmışdır. Həmin aktla müəyyən edildi ki, sözügedən torpaq sahəsinin satılmasına dair aktı İddiaçı oğlu X6 imzalamışdır. Məhkəmə qeyd edir ki, hər iki iddia tələbi bir-biri ilə qarşılıqlı əlaqəda olan tələblərdir. İlk iddia tələbi torpaq sahəsindən çıxarma olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, nə qədər ki torpaq sahəsinin mülkiyyətçisi İddiaçı və onun ailə üzvləridir onun tələbi haqlı tələb olmaqla cavabdeh həmin torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, ilk iddia tələbi təmin olunmalı, cavabdeh Hacıyev X10 mülkiyyət hququna dair JN 500 KOD 61000038 saylı Dövlət Aktına əsasən İddiaçı, X1, X4, X2 və X3 mülkiyyətndə olan Bərdə rayon Yenidaşkənd kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdırlar. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nun “pul” tələbinə dair qarşılıqlı iddiasına münasibətdə məhkəmə qeyd edir ki, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yenidaşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli Akt əsasında İddiaçı öz ailə üzvlərinin razılığı ilə ona məxsus olan 1.5 ha pay torpağını 15000 manata Cavabdeh satmışdır. Həmin aktla müəyyən edildi ki, sözügedən torpaq sahəsinin satılmasına dair aktı İddiaçı oğlu X6 imzalamışdır. Torpaq sahəsinin Cavabdeh satılmasını iddiaçı özü də məhkəmə iclasında təsdiq etmişdir. Lakin o fikrini onunla əsaslandırmışdır ki, o torpaq sahəsini köhnə pul vahidi (12 paçka şirvan) ilə satmışdır.Cavabdeh isə bunun təqzib edərək 15000 manata satdığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında Azərbaycan Respublikasının Prezidentinin 7 fevral 2005-ci il tarixli, 189 saylı fərmanına əsasən 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın manatın denominasiyası həyata keçirilsin. Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulsun. 2006-cı il yanvarın 1-dən dekabrın 31-dək köhnə nümunəli pul nişanları qanuni ödəniş vasitəsi kimi dövriyyədə yeni pul nişanları ilə yanaşı hər növ ödənişlərin həyata keçirilməsində, hesablara daxil edilməsində və pul köçürmələri üçün qəbul edilsin, habelə banklar tərəfindən məhdudiyyətsiz olaraq dəyişdirilsin. 2007-ci il yanvarın 1-dən etibarən isə, köhnə pul nişanları məbləğindən asılı olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları, habelə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün banklar (filiallar, şöbələr) tərəfindən məhdudiyyətsiz və müddətsiz olaraq dəyişdirilsin. Göründüyü kimi artıq tərəflər arasında bağlanılmış akt zamanı, yəni xx.xx.2007-ci il tarixdə köhnə pul vahidi dövriyyədə olmamışdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin olunmalı, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 15000 manat alınaraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, hər iki iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş rüsumları tərəflərə aid edilməlidir. . Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma” tələbinə dair ilk iddia təmin olusun. Cavabdeh Hacıyev X10 mülkiyyət hüququna dair JN 500 KOD 61000038 saylı Dövlət Aktına əsasən İddiaçı, X1, X4, X2 və X3 mülkiyyətndə olan Bərdə rayon Yenidaşkənd kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia təmin olusun. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 15000 manat alınaraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar