Məhkəmə qərarları › İş №2(021)-4165/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4165/2025

10.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4165/2025 10.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X26 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1ndan miras qalmış, ünvan 1 ünvanda, bələdiyyə mülkiyyətində olan 0,0169 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 132,8 kv.m. olan fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsinə və paylara uyğun bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizələrini onunla əsaslandırmışlar ki, ünvan 2 ünvanda 0,0169 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 132,8 kv.m. olan fərdi yaşayış evi mərhum X1nun mükiyyətində olmuşdur. Mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə, ********* qeydiyyat nömrəi ilə qeydə alınmış və bu barədə ******* nömrəli Çıxarış verilmişdir. Qeyd etməyi zəruri hesab edirlər ki, X1 və anaları Abdullayeva (Əlyeva) Ağgül Qənbər qızının nikahından onlar, bundan başqa vəfat etmiş X8 və X9 olmuşdur. Valideynləri öldükdən sonra onlar varis kimi qalmışlar. Miras qalmış əmlaklar üzərində paylarının müəyyən edilməsinə dair aralarında heç bir anlaşılmazlıq yoxdur. X1 xx.xx.2022-ci ildə, anaları Abdullayeva (Əliyeva) Ağgül Qənbər qızı xx.xx.2022-ci ildə, qardaşları X9 xx.xx.2021-ci ildə və bacıları X8 xx.xx.2018-ci ildə vəfat etmişlər. Valideynləri vəfat edənədək onların bütün qayğılarına onlar qalmışlar. Yuxarıda qeyd edilən miras əmlak aralarında heç bir problem olmadan onların sahibiyində olmaqla, ondan istifadə edirlər. xx.xx.2025-ci il tarixdə atalarından qalmış mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Bərdə regional "ASAN xidmət" mərkəzinə etdikləri müraciətə xx.xx.2025-ci il tarixli, 2753/2025 saylı məktubla cavab verilmişdir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Siz mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüsüz”. Göründüyü kimi, X1ndan miras qalmış və ünvan 2 ünvanda bələdiyyə mülkiyyətində olan 0,0169 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 132,8 kv.m. olan fərdi yaşayış evni faktiki olaraq vərəsə kimi onlar qəbul edib, ona yiyələnmişlər və bu miras əmlakı idarə etmişlər. Valideynlərinin nikahından olan qardaşları X9 xx.xx.2021-ci ildə və bacıları X8 xx.xx.2018-ci ildə öldüklərindən və onlar valideynlərindən əvvəl öldüklərindən onların övladlarına miras əmlakdan pay düşmür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə ərizə verərək X1ndan miras qalmış və Abşeron rayonu Xırdalan şəhəri 22-ci məhəllə, ev 27 ünvanda, bələdiyyə mülkiyyətində olan 0,0169 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 132,8 kv.m. olan fərdi yaşayış evinin tərəflərindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 daha sonra Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə verərək mərhum X2 miras qalmış və Abşeron rayonu Xırdalan şəhəri 22-ci məhəllə, ev 27 ünvanda yerləşən, ümumi sahəsi 132,8 kv.m. olan fərdi yaşayış evinə mirasın qəbulu müddətinin ötürülməmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 ərizələrini müdafiə etdilər və ərizədə göstərdiklərinə uyğun izahat verərək, ərizələrinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisinin xüsusi notariusu Bənövşə Əlizadə məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak etməmələrini üzrlü hesab edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 17 avqust 1982-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Ərizəçi3 xx.xx.1979-cu ildə ünvan 4 ünvanında qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Ərizəçi2 xx.xx.1981-ci ildə ünvan 5 ünvanında qeydiyyatdadır. Yevlax Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 iyul 2013-cü il tarixli AZ-İİİ seriyalı 123424 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X7 15 aprel 1955ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi X13, “ana” qrafasında anası kimi X14 qeyd edilmişdir. Bərdə Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.1980-cı il tarixli İİ- ЖГ seriyalı 401182 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X10 ilə X20 22 dekabr 1980-cı ildə Bərdə Rayon VVAQ Şöbəsində 259 nömrəli rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Abdullayeva soyadı verilmişdir. 29 mart 1983-cü il tarixli İX-ЖГ seriyalı 297099 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi1 17 avqust 1982-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi X10, “ana” qrafasında anası kimi X11 qeyd edilmişdir. 06 aprel 1981-ci il tarixli Vİİİ-ЖГ seriyalı 332229 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi2 xx xxxxxx 1981-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi X10, “ana” qrafasında anası kimi X11 qeyd edilmişdir. 24 iyun 1981-ci il tarixli Vİİ-ЖГ seriyalı 407380 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi3 Əlzadə oğlu xx xxxx 1979-cu ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi X10, “ana” qrafasında anası kimi X11 qeyd edilmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 iyul 2025-ci il tarixli Doğum akt qeydindən çıxarışdan görünür ki, Ərizəçi3 20 sentyabr 1977-ci ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi X7, “ana” qrafasında anası kimi X11 qeyd edilmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 iyul 2025-ci il tarixli Doğum akt qeydindən çıxarışdan görünür ki, X4 09 avqust 1976-cı ildə anadan olmuşdur. “Ata” qrafasında atası kimi X7, “ana” qrafasında anası kimi X11 qeyd edilmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 05/09İS/114685-25 nömrəli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X5 aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir: X6 qızı (vəfat etmişdir), oğlu-X9 (vəfat etmişdir), oğlu-Ərizəçi1 Əlizadə oğlu, qızı-X4 (vəfat etmişdir), oğlu- Ərizəçi3, qızı- Ərizəçi2 Əlizadə qızı. Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 oktyabr 2025-ci il tarixli 1203 nömrəli Ölüm akt qeydindən çıxarışdan görünür ki, X8 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 16 mart 2022-ci il tarixli AZ-İİ 248336 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 oktyabr 2025-ci il tarixli 1202 nömrəli Oğlum akt qeydindən çıxarışdan görünür ki, X11 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 may 2024-cü il tarixli AZ-İİ 409884 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, ev 27-də 0,0169 ha bələdiyyə torpağında yerləşən, ümuni sahəsi 132,8 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında X3 adına qeydiyyata alınmışdır. Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisi tərəfindən Ərizəçi1 ünvanlanmış 20 avqust 2025-ci il tarixli 2753/2025 nömrəli məktubdan görünür ki, Ərizəçi1 atası X3 vəfatından sonra miras qalmış əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 20 avqust 2025-ci il tarixdə ərizə ilə Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən, mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi, eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün rayon məhkəməsinə müraciət etməsi ona məsləhət görülmüşdür. 30 sentyabr 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi1 məhkəməyə ərizənin verilməsi üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə əsasən, mirasın qəbul edilməsi faktını məhkəmə müəyyən edir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1248.1-ci maddəsinə görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 atası X2 miras qalmış ünvan 7 ünvanda, bələdiyyə mülkiyyətində olan 0,0169 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 132,8 kv.m olan fərdi yaşayış evinə mirasın qəbulu müddəti ötürülməmiş hesab edilməli və ərizəçilərin ünvan 1 ünvanda, bələdiyyə mülkiyyətində olan 0,0169 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 132,8 kv.m. olan fərdi yaşayış evini miras əmlak kimi qəbul etmələri faktı müəyyən olunmalıdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 öz tələblərinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilisin. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 mərhum X2 miras qalmış və Abşeron rayonu Xırdalan şəhəri 22-ci məhəllə, ev 27 ünvanında yerləşən ümumi sahəsi 132,8 kv.m. olan fərdi yaşayış evinə mirasın qəbulu müddəti ötürülməmiş hesab edilsin Abşeron rayonu Xırdalan şəhəri 22-ci məhəllə, ev 27 ünvanında yerləşən ümumi sahəsi 132,8 kv.m. olan, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən X3 mülkiyyətində olan fərdi yaşayış evinin ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar