Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4168/2023 27.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Bərdə Regional “ASAN Xidmət” X1rşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Bərdə Regional “ASAN Xidmət” X1rşı ərizə ilə məhkəməyə müraciət edərək, X5 xx.xx.2023-cü ildə Bərdə rayonunda doğulması faktının və atası Ərizəçi2, anası Ərizəçi1 olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizələrini onunla əsaslandırmışdır ki, onlar 2022-ilin iyun ayında ailə qurmuşlar, nikahlarını 26 sentyabr 2023-cü ildə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2023-cü ildə X7 anadan olmuşdur. Hal-hazırda övladlarına doğum haqqında şəhadətnamə almaq istəyirlər. Bu barədə Bərdə Regional “ASAN Xidmət” X6 müraciət etdikdə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizələrinə dəqiqləşdirmə verərək, X5 xx.xx.2023-cü ildə Bərdə rayon Mollalı kəndində doğulması faktının və atası Ərizəçi2, anası Ərizəçi1 olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir Məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə Regional “ASAN Xidmət” X4 nümayəndəsi məhkəməyə ərizə göndərərək, Ərizəçi1 Kəmaləddin qızı və Ərizəçi2 tərəfindən “doğumun qeyd edilmə faktı” tələbinə dair xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iş yükünün çoxluğundan iştirak edə bilməyəcələrini, işlə bağlı heç bir etirazlarının olmadığını bildirərrək, onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mollalı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi2 Bərdə rayon Mollalı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş AZ-İİ № 580048 saylı Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi2 ilə X2 26 sentyabr 2023-cü il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Doğum haqqında Tibbi Şəhadətnamədən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə qız uşağı dünyaya gətirmişdir. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş Arayışdan görünür ki, xx.xx.2023-cü il təvəllüdlü Məmmədova........ Ziyad qızı həkim pediatr tərəfindən müayinə olumuş və sağlam olması təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi1 doğumun qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi1 ilə Ərizəçi2 qeyri-rəsmi ailə qurmuş, nikahlarını daha sonra rəsmiləşdirmişlər. Onların birgə yaşayış dövründə 25 iyul 2023-cü il tarixdə Aygül adlı uşaqları doğulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Aygül adlı uşaq 25 iyul 2023-cü il tarixdə Bərdə rayonu Mollalı kəndində anadan olmuşdur. Atası Ərizəçi2, anası Ərizəçi1dır. X5 doğum tarixinin “25 iyul 2023-cü il, doğum yerinin Bərdə rayon Mollalı kəndi olması, atasının Ərizəçi2, anasının Ərizəçi1 olması faktı müəyyən edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X5 25 iyul 2023-cü il tarixdə Bərdə rayon Mollalı kəndində anadan olması, atasının Ərizəçi2, anasının Ərizəçi1 olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-4168/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4168/2023
27.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver