Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-419/2022 06.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı Cavabdeh qarşı “torpaqdan çıxarılma və maneçiliklərə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh Bərdə rayon Xanərəb kəndində yerləşən ona məxsus pay torpağından çıxarılması və onun tərəfindən təsərrüfatından istifadə etməyinə törətdiyi manəçiliklərə son qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30.05.1998-ci il tarixli 08 saylı qərarı ilə ona 2.51 ha torpaq sahəsi verilmişdir. Son illərdə onun pay torpağına yaxın ərazidə olan Cavabdeh ona məxsus dövlət pay torpağından qanusuz istifadə edir. Cavabdehə dəfələrlə müraciət etmiş, lakin nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, öz pay torpağından istifadə edir. İddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. İddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Bərdə rayon Xanərəb anadan olmuşdur. Bərdə rayon Xanərəb kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 473 saylı 13.10.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Xanərəb kəndində yaşayır. İş materiallarına əlavə olunmuş 09.06.2021-ci il tarixli Aktdan görünür ki, Bərdə rayon Xanərəb kənd sakini İddiaçı JN-031 saylı Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 2.51 ha pay torpaq sahəsi ölçülərək ona tanıdılmışdır. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-0031 KOD 61019018 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30.05.1998-ci il tarixli 08 saylı qərarına əsasən Bərdə rayonu Xanərəb kənd sakinləri İddiaçı, X1, X5 və Əzimzadə Anarə Bayram qızının mülkiyyətinə 2.51 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-0030 KOD 61019018 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30.05.1998-ci il tarixli 08 saylı qərarına əsasən Bərdə rayonu Xanərəb kənd sakinləri Cavabdeh və X4 mülkiyyətinə 1.40 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki: İddiaçı və ailə üzvlərinə məxsus JN-0031 KOD 61019018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən qeydiyyata alınmış Bərdə rayon Xanərəb kəndində yerləşən 2.51 ha torpaq sahəsi ilə Cavabdeh və ailə üzvlərinə məxsus JN-0030 KOD 61019018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən qeydiyyata alınmış Bərdə rayon Xanərəb kəndində yerləşən 1.40 ha torpaq sahəsinin sərhdləri üstüstə düşmür; İddiaçı və cavabdehin pay torpaqlarının yerləşdiyi konturunda bütün payçıları sənəd üzrə onların mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatlarına, həndəsi ölçüsünə uyğun naturada istifadə etmədiyindən ümumi torpaq sürüşməsi səbəbindən kompleks yerquruluşu layihəsinə və TEKUİS-ə əsasən cavabdeh iddiaçının 0.69 ha torpaq sahəsindən istifadə edir. Məhkəmə iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, İddiaçı və ailə üzvlərinə məxsus JN- 0031 KOD 61019018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən qeydiyyata alınmış Bərdə rayon Xanərəb kəndində yerləşən 2.51 ha torpaq sahəsi ilə Cavabdeh və ailə üzvlərinə məxsus JN-0030 KOD 61019018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən qeydiyyata alınmış Bərdə rayon Xanərəb kəndində yerləşən 1.40 ha torpaq sahəsinin sərhdləri üst-üstə düşmür. İddiaçı və cavabdehin pay torpaqlarının yerləşdiyi konturunda bütün payçıları sənəd üzrə onların mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatlarına, həndəsi ölçüsünə uyğun naturada istifadə etmədiyindən ümumi torpaq sürüşməsi səbəbindən kompleks yerquruluşu layihəsinə və TEKUİS-ə əsasən cavabdeh iddiaçının 0.69 ha torpaq sahəsindən istifadə edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh JN-0031 KOD 61019018 saylı Dövlət Aktı əsasında qeydiyyata alınmış Bərdə rayon Aqrar İslahat Komissiyasının 30.05.1998-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə verilmiş Bərdə rayonu Xanərəb kəndində yerləşən 2.51 ha torpaq sahəsinin 0,69 ha hissəsindən çıxarılmalı və törətdiyi maneçiliklərə son qoyulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-cİ maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X2 qarşı “torpaqdan çıxarılma və maneçiliklərə son qoyulması ” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Cavabdeh JN-0031 KOD 61019018 saylı Dövlət Aktı əsasında qeydiyyata alınmış Bərdə rayon Aqrar İslahat Komissiyasının 30.05.1998-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə verilmiş Bərdə rayonu Xanərəb kəndində yerləşən 2.51 ha torpaq sahəsinin 0,69 ha hissəsindən çıxarılsın və törətdiyi maneçiliklərə son qoyulsun. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-419/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-419/2022
06.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver