Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-420/2023 22.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi Qasımova Nəcı̇ bə Məhəmmədəlı̇ qızının və maraqlı şəxs Rüstəmov Eldənı̇ z Mayıl oğlunun iştirakları ilə , Ərizəçi Qasımova Nəcı̇ bə Məhəmmədəlı̇ qızının maraqlı şəxs Rüstəmov Eldənı̇ z Mayıl oğluna qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi Qasımova Nəcı̇ bə Məhəmmədəlı̇ qızı maraqlı şəxs Rüstəmov Eldənı̇ z Mayıl oğluna qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Qasımova Nəcı̇ bə Məhəmmədəlı̇ qızı məhkəmə iclasında ərizə təqdim edərək, ərizənin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etdi. Maraqlı şəxs Rüstəmov Eldənı̇ z Mayıl oğlu məhkəmə iclasında ərizə təqdim edərək, ərizənin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Ərizəni nəzərə alan məhkəmə hesab edir ki, ərizəçi Qasımova Nəcı̇ bə Məhəmmədəlı̇ qızının maraqlı şəxs Rüstəmov Eldənı̇ z Mayıl oğluna qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə ərizəsi baxılmamış saxlanılmalı və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi Qasımova Nəcı̇ bə Məhəmmədəlı̇ qızının maraqlı şəxs Rüstəmov Eldənı̇ z Mayıl oğluna qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə ərizəsi baxılmamış saxlanılsın və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi Qasımova Nəcı̇ bə Məhəmmədəlı̇ qızı tərəfindən ödənilmiş dövlət rüsumu 100 (bir yüz ) manat ərizəçiyə qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-420/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-420/2023
22.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver