Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-421/2025 14.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi ilə, İddiaçılar İddiaçı1, X1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə 14 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, X2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 məhkəməyə ərizə göndərərək bildirmişlər ki, torpaq sahələri özlərinə qaytarılıb, onların istifadələrindədir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin özlərinə qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişlər. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0-11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra cavabdeh ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbi barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı4 tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-421/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-421/2025
14.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver