Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4266/2021 27.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi,Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzil mübahisələri mənzildən çıxarılma“ tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Elburus oğlu, Cavabdeh2 Cavanşir qızının ona məxsus olan Bərdə rayon İmamqulubəyli kəndində yerləşən yaşayış mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Aşağıdakı əsaslara görə hazırkı iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsinin məhkəməyə verilməsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. İddia ərizəsinə əlavə olunmuş arayışdan görünür ki, iddiaçı əvvəlcədən mediasiya təşkilatına mübahisənin həlli üçün müraciət etmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Lakin iddia ərizəsinin məhkəməyə verilməsinə görə müəyyən olunmuş dövlət rüsumu 100 manat məbləğində olduğundan, məhkəmə hesab edir ki, dövlət rüsumu natamam ödənilmişdir. MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzil mübahisələri mənzildən çıxarılma “ tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A ALDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mənzil mübahisələri mənzildən çıxarılma “ tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı göstərilən nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-4266/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4266/2021
27.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver