Məhkəmə qərarları › İş №2(021)-428/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-428/2023

21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-428/2023 21.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1*, Ərizəçi vəkili və nümayəndəsi X13 iştirakı ilə, Ərizəçi maraqlı şəxs X35 Xidmət Mərkəzində Notariat Kontoruna və cavabdeh Maraqlı şəxs2 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibaət ümumi sahəsi 57.5* kv.m ibarət fərdi yaşayış evinin mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə, mirasın onun tərəfindən qəbul edilməsi və cavabdeh Maraqlı şəxs2 ailə üzvləri ilə birlikdə fərdi yaşayış evindən çıxarılma tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 ilə anası X5 1993-cü il tarixdə rəsmi olaraq ailə qurmuşlar və birgə nikahlarından xx xxxxxx 1994-cü ildə o anadan olmuşdur. Atası ilə anası aralarında yaranmış narazılığa görə aralarında bağanmış nikahları 17 mart 1997-ci ildə pozulmuşdur. Valideynləri ayrıldıqdan sonra anası ilə birlikdə o, Bərdə rayon Otuzikilər kəndində yaşamağa başlamışdır. Atası isə özünün xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Atası ilə anası ayrıldıqdan sonra o, tez-tez atası ilə birlikdə qeyd etdiyi fərdi yaşayış evində yaşamağa getmişdir. X22 ilə ayrıldıqdan sonra heç kimlə ailə həyatı qurmamış, ondan başqa heç bir övladı yoxdur. X3 *7 fevral 2*17-ci il tarixdə bədbəxt hadisə nəticəsində vəfat etmişdir. Atası vəfat etdikdən sonra atasının yaşadığı ünvan 3 ünvanında, 2 otaqdan ibarət və ümumi yaşayış sahəsi 57.5* kv.m olan fərd yaşayış evində yaşamağa başlamışdır. Onuun yeganə varisi o, olduğu üçün atasının xüsusi mülkiyyətində olan fərdi yaşayış evini atası vəfat etdikdən sonra rəsmi olaraq adına rəsmiləşdirmək istəmişdir. Bununla bağlı X35 Xidmət Mərkəzinə müraciət etdikdə isə onun adına sənədləşdirməkdən imtina edirlər. Səbəbdə onun göstərirlər ki, vərəsəlik şəhadətnaməsi verilmə müddəti ötürülmüşdür. Həmçinin ev rəsmi olaraq daşınmaz əmlakda qeydiyyatda olsa da, evin çıxarışını tapa bilmədiyi üçün evin sənədini notariat ofisinə təqdim edə bilmədiyindən adına rəsmiləşdirməkdən imtina edirlər. Ötürülmüş müddətə görə və evin çıxarışı əlində olmadığı üçün rəsmi olaraq evi adına sənədləşdirməkdən imtina edirlər. Hal-hazırda o, mərhum atasından miras qalmış evi öz adına rəsmiləşdirmək istəyir, çünki mirası ondan başqa bir şəxs qəbul etməyibdir. Hal-hazırda atasının mülkiyyətindəki fərdi yaşayış evində bibisi oğlu hazırkı iş üzrə cavabdeh Maraqlı şəxs2 qanunsuz olaraq yaşayır. Mirası onun qəbul etdiyini, onun isə həmin evdən çıxmasını istəyir. Hazırda mirasın onun tərəfindən qəbul edilməsi üçün, müddətin ötürülməmiş hesab edilməsini, mirasın onun tərəfindən qəbul edlməsi, cavabdeh Maraqlı şəxs2 ailə üzvləri ilə birlikdə atasının mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılmasını istəyir. Daha sonra ərizəçi ərizəsinə dəqiqləşmə verərək, ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibaət ümumi sahəsi 57.5* kv.m ibarət fərdi yaşayış evinin mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə, mirasın onun tərəfindən qəbul edilməsi faktının təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi X24 ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs X35 Xidmət Mərkəzində Notariat Kontoruna və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA *563*7* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi *1 yyanvar 1994-cü ildə doğulmuşdur. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 699 nömrəli, *2 fevral 2*22-ci il tarixli arayışdan müəyyən olunur ki, X14 vəfat edənə kimi ünvan 2 ünvanında yaşayıb, vəfatından sonra təsərüfatında onunla birgə yaşayan ailə üzvləri arvadı X7, qızı Ərizəçi qalmışdır. İş materiallarında olan AZ-İİ 226382 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 *7 fevral 2*17-ci ildə ölmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin məktubundan müəyyən olunur ki, X8 adına Bərdə şəhəri, Təbriz küçəsində iki otaqdan ibarət və ümumi yaşayış sahəsi 57.5* kv.m olan 12 saylı fərdi yaşayış evi 25 dekabr 2*14-cü il tarixli 1814**94*7 qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan *3 mat 2*22-ci il tarixli, AZ-İİİ 122995 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi *1 yyanvar 1994-cü ildə doğulmuşdur, atası X11, anası X4r. İş materiallarında olan *3 fevral 2*22-ci il tarixli, 445473 nömrəli çıxarışdan müəyyən olunur ki, X15 ilə X7 17 mart 1997-ci ildə rəsmi nikah qeydiyyatınddan keçməklə boşanmışlar, boşandıqdan sonra arvada Salmanova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon Otuzikilər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayon Otuzikilər kəndində yaşayır. İş materiallarında olan 627 nömrəli, 3* avqust 1995-ci il tarixi doğum akt qeydinin surətindən müəyyən olunur ki, X12 1995-ci ildə doğulmuşdur, X3, anası X4r. İş materiallarında olan 66 nömrəli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, Ərizəçi 21 yanvar 1994-cü ildə doğulmuşdur, X3, anası X4r. İş materiallarında olan doğum haqında akt qeydinini surətindən müəyyən olunur ki, X17 15 aprel 2**1-ci ildə doğulmuşdur, atası X9, anası X2r. İş materiallarında olan 23 nömrəli, 17 mart 1997-ci il tarixli boşanma haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X14 ilə, X7 arasında olan nikah pozulmuşdur. İş materiallarında olan X35 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 dekabr 2*22-ci il tarixli, *5Q/76-1**/13 saylı məktubunda göstərilmişdir ki, Əzizova (Quluyeva) Sonya Hüseyinqulu qızının X27 ilə Bərdə rayonu, Lənbəran kənd İ.N tərəfindən *4 iyun 1964-cü il tarixli *8 saylı nikah haqqında akt qeydi, X18 Bərdə rayonu, Lənbəran kənd İ.N tərəfindən 25 avqust 1975-ci il tarixli 16 saylı ölüm haqqında akt qeydi, övladı X19 Bərdə rayonu, Lənbəran kənd İ.N tərəfindən 28 fevral 1965-ci il tarixli 3* saylı doğum haqında akt qeydi qeydiyyata alınmışdır. İş materiallarında olan X35 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 1614/2*22 saylı, 11 iyul 2*22-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddəti ötürmüşdür. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, X1 miras qalmış ünvan 4 ünvanda 2 otaqdan ibarət, ümumi sahəsi 57.5* kv.m yaşayış evi vardır. Həmin ev faktiki olaraq Ərizəçi tərəfindən miras kimi qəbul edilərək, idarə edilmişdir. Buna görə də Ərizəçi tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 213-214, 216-22*, 227, 233, 3*5-3*7, 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış ünvan 4 ünvanda 2 otaqdan ibarət, ümumi sahəsi 57.5* kv.m yaşayış evinə Ərizəçi mirasın qəbul edilməsi müddəti ötürülməmiş hesab edilərək miras əmlak Ərizəçi tərəfindən qəbul edilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar