Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-430/2025 18.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməyi, yaşayış sahəsinə istifadə hüququnun tanınması, istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh onun doğma anasıdır. O, mərhum atası X17 ilə anası Cavabdeh birgə nikahlarından doğulmuşdur. Cavabdeh ilə mərhum atası Sabir Qarayevin birgə nikahından ondan başqa bacıları X11 və mərhum X9 anadan olmuşdular. Bacıları Lamiyə və Cavidan ailə həyatı qurub, ər evinə köçmüşlər. Bacısı Quliyeva (Qarayeva) Cavidan xx.xx.2018-ci il tarixdə ölmüşdür. Cavabdeh və mərhum atası Sabir Qarayevlə həmişə o yaşayıb, onlara o baxmışdır. Atası və anasının birgə nikahları dövründə xx.xx.2019-cu il tarixdə qeydə alınmış ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,05 hektar həyətyanı torpaq sahəsi üzərində tikilmiş 2 otaqdan ibarət ümumi sahəsi 89,9 kv.m, yaşayış sahəsi 52 kv.m, yardımçı sahəsi 37,9 kv.m olan fərdi yaşayış evi almışdırlar. Həmin fərdi yaşayış evi tam mülkiyyətçi kimi atası Sabir Qarayevin adına qeyd edilmişdir. Lakin 0,05 hektar həyətyanı torpaq sahəsi isə atası Sabir Qarayev, anası Cavabdeh və onun ümumi birgə mülkiyyətlərində olmuşdur. Fərdi yaşayış evini aldıqları vaxtdan o, həmin evdə qeydiyyatdadır. Ancaq atası Sabir Qarayev xx.xx.2023-cü il tarixdə dəqiqləşdirilməmiş kəskin miokard infarktdan ölmüşdür. Atası öləndən sonra ondan miras qalmış əmlaka onun da birinci dərəcəli vərəsəlik hüququ vardır. Ancaq Cavabdeh onu aldadıb atasından miras qalmış əmlakların vərəsəlik qaydasında ona çatası hissəsindən onun xeyrinə imtina etməyi xahiş edib, ona evdə yaşamaqda davam edəcəyinə söz vermişdir. O da cavabdehə inanıb Bərdə regional «ASAN xidmət» mərkəzində notariat ofisində anası Cavabdeh xeyrinə atasından miras qalmış əmlakın vərəsəlik qaydasında ona çatası hissəsindən imtina etməyi barədə ərizə yazmışdır. Lakin imtina ərizəsi yazandan sonra cavabdeh onu böyüyüb yaşadığı evdən çıxartmış və orada qeydiyyatda olmağına baxmayaraq ona həmin fərdi yaşayış evində yaşamağa, evdən istifadə etməyə imkan vermir. O, az əmək haqqı alır və onun əlavə kirayə pulu ödəmək İmkanım yoxdur. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək, iddia tələbini qəbul etmədiyini və iddiaçının iddia etdiyi evə köçüb yaşamasına etiraz etdiyini bildirdi. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, iddia tələbini qəbul etmir, onu tamamilə əsassız və qanunsuz tələb hesab edir. İddiaçı iddia ərizəsində göstərir ki, guya həmişə onunla və xx.xx.2023-cü ildə vəfat etmiş həyat yoldaşı Sabir Qarayevlə birlikdə yaşayıb və onlara baxmışdır. Bu iddiaçının ağ yalanıdır və iddiaçı qızı olsa da onun bu qədər yalanla məhkəməyə müraciət etməsi onu da təccübləndirir. İddiaçı birinci dəfə 2000-ci ildə Bərdə rayon Mehdili kənd sakini olan Qorxmaz adlı şəxslə evli olub, 4-5 ildən sonra ayrılıblar. Onunla rəsmi nikahı olmayıb. İddiaçı 2-ci dəfə hazırkı həyat yoldaşı olan Ağdam rayonu Quzanlı qəsəbə sakini Qaryağdı Tağıyevlə rəsmi nikahla evlənib ailə qurmuş və həyat yoldaşının Quzanlı qəsəbəsində yerləşən mərhum atasından miras qalmış 20-25 ot həyət yanı torpaq sahəsi 3 otaqlı fərdi yaşayış evində yaşayırlar, uşağı yoxdur. Odur ki, iddiaçının guya yaşayış sahəsinin olmaması barədə iddia ərizəsində bildirdikləri tamamilə yalandır. İddiaçının köçürülməsini tələb etdiyi ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 89,9kv.m, yaşayış sahəsi 52 kv.m olan fərdi yaşayış evi onunla mərhum həyat yoldaşı Sabir Qarayevin birgə yaşayış dövründə 1979-cu ildə tikilmişdir, 1 mərtəbəli, 2 otaqdan, giriş və dəhlizdən ibarət olan evdir. Odur ki, həmin evi guya 2019-cu ildə almaqları barədə iddiaçının bildirdikləri də tamamilə yalandır. Sadəcə olaraq həmin evə dair mülkiyyət sənədi- reyestr çıxarışı xx.xx.2019-cu ildə ilk dəfə alınıb və bu çıxarış mərhum həyat yoldaşının adına olub. İddiaçının köçürülməsini tələb etdiyi həmin ev qeydiyyat tarixli xx.xx.2024-cü il olan **********13-10301 nömrəli reyestr Çıxarışına əsasən onun xüsusi mülkiyyətindədir, iddiaçının isə həmin evdə heç bir payı yoxdur, onun yalnız həmin evin üzərində tikildiyi 0,05 ha həyətyanı torpaq sahəsində 4/12 hissə payı vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AA №6540390 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bərdə Rayon Qedyiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli AZ İ №225456 nömrəli çıxarışdan görünür ki, X17 ilə X3 xx.xx.1973-cü il tarixdə nikah bağlamışdırlar. Nikah bağlandıqdan sonra arvada Qarayeva soyadı verilmişdir. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli AZ İİ №320087 nömrəli arayışdan görünür ki, X17 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan vəkilin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanda 0.05 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi X12 adına tam o cümlədən torpaq sahəsi ümumi birgə olmaqla X17, X13 və X1 adına xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sorğuda qeyd edilən İddiaçı, X2 və X5 adına fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarında olan X12 adına verilmiş **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında 0.05 ha torpaq sahəsi X12, X1 və İddiaçı ümumi birgə, üzərində yerləşən ümumi sahasi 89.9 kv.m olan fərdi yaşayış evi isə X12 tam mülkiyyətində mülkiyyətində olmuşdur. İş materiallarında olan X1 adına verilmiş **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında 0.05 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahasi 89.9 kv.m olan fərdi yaşayış evi X12 (fərdi yaşayış evi 1/8, torpaq sahəsi 1/12), X1 (fərdi yaşayış evi 7/8, torpaq sahəsi 7/12) və İddiaçı (torpaq sahəsi 4/12) mülkiyyətində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə regional "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1949-cu il tarixdə Azərbaycan Respublikası, Bərdə rayonu Güloğlular kəndində doğulmuş və xx.xx.2023-cü il tarixdə Bərdə rayonunda vəfat elmiş (Bərdə ray. Qeydiyyat Şöbəsi tərəfindən 28.03,2023-cü il tarixli 277 saylı ölüm haqqında akt qeydi qevdə alınmışdır) X12 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək yoxlama aparılmış aşağıdaki məlumat aşkarlanmışdır: 1.Arvadı:Cavabdeh Qurban qızı (xx.xx.1950) 2 .Qızı:İddiaçı (07.0i. 1974) 3 .Qızı:X11 (xx.xx.1975) 4 .Qızı:X14 (xx.xx.1978) Məhkəmənin sorğusuna əsasən Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisi tərəfindən Bərdə Regional 08 mart 2023-cü il tarixdə vəfat etmiş X12 vəfatından sonra irs qalmış miras əmlaka dair verilmiş 09 iyul 2024-cü il tarixli, 2V-1356 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında və 09 iyul 2024-cü il tarixli, 2V-1357, 2V-1358 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və şəhadətnamələrin rəsmiləşdirilməsi üçün əsas olmuş sənədlərin surətləri məhkəməyə göndərilmişdir. İddiaçı Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2023-ci il tarixdə vəfat etmiş atası X10 irs qalmış (yaşayış, ev mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından mirasın vərəsəlik qaydasında ona çatası hissəsində anası Cavabdeh xeyrinə imtina etmişdir. X6 Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2023-ci il tarixdə vəfat etmiş atası X10 irs qalmış (yaşayış, ev mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından mirasın vərəsəlik qaydasında ona çatası hissəsində anası Cavabdeh xeyrinə imtina etmişdir. Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli V-369/2023 nömrəli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-ci il tarixdə vəfat etmiş-X12 vərəsəsi –arvadı - Cavabdeh mərhumdan qalan miras əmlakdan 3/8 hissədə pay almaq hüququ müəyyən olunmuşdur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi idarəsi tərəfindən xx.xx.2019 tarixdə X15 verilmiş **********13- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 89.9 kv/m, yaşayış sahəsi 52 kv/m, yardımçı sahəsi 37.9 kv/m olan, 2 otaqlı fərdi yaşayış evindən ibarətdir. Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli V-369/2023 nömrəli Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-ci il tarixdə vəfat etmiş-X12 vərəsəsi –arvadı - Cavabdeh mərhumdan qalan miras əmlakdan 3/4 hissədə pay almaq hüququ müəyyən olunmuşdur. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2019 tarixdə verilmiş **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsinin X15 məxsus olan hissəsindən ibarətdir. Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 2V-1356 reyestr nömrəli Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən Mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.2023-cü ildə vəfat etmiş X4 qalmış əri (arvadı) Bərdə, S.Vurğun küç, ev 7 qeydiyyatda olan Cavabdeh onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı -ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X23 0ğluna verilmiş **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən umumı sahəsi 89.9 kv/m, 2 otaqlı fərdi yaşayış evindən ibarətdir. O cümlədən ölmüş ərin (arvadın) ümumi əmlakdan payı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsindən ibarətdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 4 ünvanında 0.05 ha torpaq sahəsi X12, X1 və İddiaçı ümumi birgə, üzərində yerləşən ümumi sahasi 89.9 kv.m olan fərdi yaşayış evi isə X12 tam mülkiyyətində mülkiyyətində olmuşdur. X17 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ondan qalan miras əmlakdan iddiaçı cavabdeh olan anası X1 xeyrinə imtina etmişdir. Hazırda ünvan 4 ünvanında 0.05 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahasi 89.9 kv.m olan fərdi yaşayış evi X12 (fərdi yaşayış evi 1/8, torpaq sahəsi 1/12), X1 (fərdi yaşayış evi 7/8, torpaq sahəsi 7/12) və İddiaçı (torpaq sahəsi 4/12) mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29, İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.7. Üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, ünvan 4 ünvanında 0.05 ha torpaq sahəsi İddiaçı ümumi birgə mülkiyyətində olduğu üçün həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 89.9 kv.m olan fərdi yaşayış evindən istifadə etmək hüququ vardır. Mülki Məcəllənin 228-ci maddəsi “Yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ” adlı fəsildə yer alır. Bu hüquq, özünəməxsus əlamətlərə və rejimə malik olan bir mülkiyyət növüdür. Belə ki, yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur (Mülki Məcəllə, maddə 226.1 və 227.1). Göründüyü kimi, bu tip mülkiyyətin subyekti binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və qeyd olunan digər işləri aparmaq üçün xüsusi hüquq əldə edir, eyni zamanda binanın yerləşdiyi torpaq sahəsi üzərində ümumi paylı mülkiyyət hüququna malik olur. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxsin isə mənzilə və binanın altındakı torpaq sahəsinə mülkiyyət hüququ olmur. Onun hüququ mülkiyyət hüququ ilə müqayisədə məhdud şəkildə olmaqla, mülkiyyətçinin yaşayış sahəsindən və binanın digər zəruri hissələrindən istifadə etməkdən ibarətdir. Bu hüququn yaranması ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin mülkiyyət hüququ yüklü vəziyyətə gəlmiş olur (notarial müqavilə və ya qanun əsasında - Mülki Məcəllə, maddə 228.2 və 228.5). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 228ci maddəsində nəzərdə tutulmuş hüququ məhdud əşya hüququ - şəxsi servitut olaraq şərh etmişdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərar). Hazırda baxılan işdə isə mübahisənin obyekti çoxmənzilli yaşayış binasının tərkib hissəsi deyil, ünvan 4 ünvanında 0.05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evidir. Daşınmaz əmlakın dövlət reyestrində həmin fərdi yaşayış evi 7/8 payla cavabdehin adına qeydə alınsa da, iddiaçıda həmin fərdi yaşayış evinin yerləşdiyi 0.05 ha torpaq sahəsinin ümumi paylı mülkiyyətçisidir. Bu cür əşyalara aid hüquq münasibətləri mülki qanunvericiliyin daşınmaz əşya üzərində mülkiyyət hüququ ilə bağlı ümumi normaları əsasında tənzimlənir. Qanuna əsasən, torpaq sahələri və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır (Mülki Məcəllə, maddə 135.4, ikinci cümlə - § 28). Məlum olduğu kimi, əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni, mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllə, maddə 152.1 - § 31). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (Mülki Məcəllə, maddə 213.1 - § 32). Göründüyü kimi, ümumi mülkiyyət halında bir neçə mülkiyyət deyil, bir əşya üzərində bir mülkiyyət hüququ mövcud olur. Həmin hüquq iki və ya daha artıq şəxsdən ibarət ümumiliyə aiddirsə birgə mülkiyyət, müvafiq paylarla birdən çox şəxsə məxsus olduqda isə paylı mülkiyyət sayılır. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Mülki Məcəllə, maddə 2 1 3 .2 -§ 33). Məhkəmə qeyd edir ki, ümumi mülkiyyətin növləri olaraq birgəlik və ya paydaşlıq əşyaya deyil, əşya üzərindəki hüquqa münasibətdə aparılan bölgüdür. Yəni ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Başqa sözlə, ümumi mülkiyyətçinin hüququ əşyanın naturada bir hissəsinə yox, onun tamamına şamil olunun Məsələn, torpağın ümumi mülkiyyətçilərdən hər hansı birinin sahənin naturada onun payına uyğun gələn hissəsinə deyil, hər nöqtəsinə münasibətdə öz payı həcmində mülkiyyət hüququna malik olduğu qəbul edilir. Bu hüquqi vəziyyət əşya naturada bölünənədək və ya paylar naturada ayrılanadək (fərdi mülkiyyət vəziyyətinə keçənədək) davam edir. Qeyd edilənlər ona dəlalət edir ki, baxılan iş üzrə idiaçının torpaq sahəsinə dair dövlət reyestrində qeydə alınmış ümumi paylı mülkiyyət hüququ mübahisəli evin (tikilinin) altında yerləşən torpaq sahəsinə də aiddir. Yəni, iddiaçı bu evin bitişik olduğu torpaq sahəsinin paylı mülkiyyətçisidir. Şübhəsizdir ki, cavabdehin evə köçürülməməsi onun mübahisəli evin yerləşdiyi (mülkiyyətçisi olduğu) torpaq sahəsindən də məhrum olması ilə nəticələnəcək. Hazırkı işin yuxarıda göstərilən hallarından aydın olur ki, tərəflərin mübahisəli əşyaya olan faktiki və hüquqi vəziyyətləri fərqlidir. Həmin vəziyyət onu göstərir ki, mübahisəli ev yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir. Bu səbəbdən məhkəmə əşyanın tərkib hissəsi və onun hüquqi vəziyyəti barədə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əşyanın tərkib hissələri mürəkkəb əşyanı təşkil edən elə bitişik əşyalardır ki, onlar olmadan mürəkkəb əşyanın əmələ gəlməsi və iqtisadi baxımdan ondan gözlənilən faydanı verməsi mümkün olmur. Tərkib hissələr əsas əşya ilə bir bütün - vahid əşya əmələ gətirmək üçün birləşən və bununla da meydana gələn yeni obyektə mürəkkəb əşya olma xüsusiyyətini verən parçalardır. Məsələn, ekran, düymələr, plastik qapaq, çiplər və s. əşyalar birləşərək kompyuteri; yaxud torpaq, daş, qum, armatur, qapı, pəncərə, dam örtüyü birləşərək fərdi yaşayış evini meydana gətirirlər. Sadalanan tərkib hissələrin əsas əşyadan ayrılması əşyanın maddi bütünlüyünü və iqtisadi funksiyasını pozmadan mümkün olmur. Beləliklə, bir iqtisadi məqsəd üçün birləşmiş müxtəlif növlü əşyalar vahid (mürəkkəb) əşya hesab olunurlar. Bu səbəbdən Mülki Məcəllənin 135.9-cu və 135.10-cu maddələrində nəzərdə tutulmuşdur ki, əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir (hər iki maddənin birinci cümləsi - § 29-30). Həmin Məcəllənin 135.4-cü maddəsində xüsusi olaraq göstərilmişdir ki, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir (üçüncü cümlə - § 28). “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır (§ 34). Belə olan halda, məhkəmə hazırkı mübahisənin qanuni və ədalətli həlli üçün vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli evi onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi, dolayısı ilə onları vahid daşınmaz əşya hesab edir. Tərkib hissənin, o cümlədən vahid əşyanın hüquqi vəziyyəti ilə bağlı qeyd edilməlidir ki, bir əşya başqa bir əşyanın tərkib hissəsinə çevrildiyi andan müstəqil əşya vəsfini itirir, əsas əşyanın hüquqi vəziyyətinə tabe olur. Bu o deməkdir ki, əsas əşyanın mülkiyyətçisi tərkib hissənin də mülkiyyətçisi hesab olunur. Mülki Məcəllənin 135.10-cu maddəsində əşyanın mülkiyyətçisinin onun butun tərkib hissələrinin mülkiyyətçisi olduğu açıqca göstərilir (ikinci cümlə - § 30). Beləliklə, tərəflər arasında mübahisəli daşınmaz əşyanın hazırkı məqamda mövcud olan hüquqi vəziyyəti nəzərə alınmadan iddianın təmin olunmaması iddiaçının mülkiyyət hüquqlarının qanuni əsas olmadan məhdudlaşdırılması ilə nəticələnərdi. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyətin toxunulmazlığına və müdafiəsinə verilən təminat iddiaçının mülkiyyət hüququna aid olduğu kimi, cavabdehin də mülkiyyət hüququna şamil olunur. Qanuni əsası, məqsədi və zəruriliyi göstərilmədən heç kəsin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilmir (§ 23- 27). Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və istifadə qaydasının müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 89.9 kv/m, yaşayış sahəsi 52 kv/m, yardımçı sahəsi 37.9 kv/m olan, 2 otaqlı fərdi yaşayış evinə köçürülsün və yaşayış sahəsindən istifadə hüququ tanınsın. İddia tələbi qlan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutulаrаq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-430/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-430/2025
18.03.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver