Məhkəmə qərarları › İş №2(021)-4300/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4300/2025

21.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4300/2025 21.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X9 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi olmaqla “Doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və X1nun 01 iyul 1947-ci il tarixdə Bərdə rayonu Bəcirəvan kəndində anadan olması, atasının X5, anası isə X4 olmasına dair doğum akt qeydinin bərpa edilməsi öhdəliyinin Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 01 iyul 1947-ci il tarixdə Bərdə rayonu Bəcirəvan kəndində anadan olmuşdur. Atasının atası X5, anası isə X2r. X12 02 noyabr 2010-cu il tarixdə ölmüşdür. X1 anadan olduğu zaman ona Bərdə rayonu Qeydiyyat Şöbəsində doğum haqqında şəhadətnamə almışlar. Daha sonra atası həmin doğum haqqında şəhadətnamə ilə şəxsiyyət vəsiqəsi almışdır. Hazırda atasının ölüm haqqında şəhadətnaməsidə var. Atası ölməmişdən öncə onun adına bir çox əmlaklar olmuşdur. Hazırda atasının adına olan əmlakları öz adına sənədləşdirmək istəyir. Bununla bağlı “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etdikdə isə ondan atasının doğum haqqında şəhadətnaməsini tələb etmişlər. Lakin doğum haqqında şəhadətnamə olmasına baxmayaraq doğum akt qeyinə dair sistemdə heç bir sənəd olmadığından sənədləşdirə bilmir. Bunun üçündə atasının doğum haqqında şəhadətnaməsinin akt qeydi ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, orada ona bildirmişlər ki, atasının doğum akt qeydi ilə əlaqədar Qeydiyyat şöbəsində heç bir məlumat yoxdur və bunun üçündə məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Atasının doğum haqqında şəhadətnaməsinə dair bütün sənədləri almaq mümkün olmadığı üçün atasına məxsus olan əmlakları öz adına sənədləşdirə bilmir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Ərizəçi xx xxxx 1971-ci ildə Bərdə rayonu Bəcirəvan kəndində anadan olmuşdur, Bərdə rayonu Bəcirəvan kəndində qeydiyyatdadır. AZE seriyalı 03595132 nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, X6 xx.xx.1947-ci ildə Bərdə rayonu Bəcirəvan kəndində anadan olmuşdur, Bərdə rayonu Bəcirəvan kəndində qeydiyyatdadır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Bəcirəvan kəndində qeydiyyatdadır. Bərdə Rayon VVAQ Bürosu tərəfindən verilmiş 13 may 1963-cü il tarixli, AЗ 386852 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X6 01 iyul 1947-ci ildə Bərdə rayonu Bəcirəvan kəndində anadan olmuşdur. “Ata” qrafasında atası kimi X5, “ana” qrafasında anası kimi X4 qeyd edilmişdir. Bərdə Rayon Dövlət Arxivinin 13 oktyabr 2025-ci il tarixli, 3-48-3-2-143/2025 saylı məktubundan görünür ki, Dövlət Arxivində 241 saylı fondda mühafizə olunan Maraqlı şəxs Bəcirəvan kəndinə aid doğum aktına dair sənədlər Dövlət Arxivinin mühafizəsinə təhvil verilməmişdir. Bərdə rayon Bəcirəvan kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 18 avqust 2014cü il tarixli, AZ-İ 661302 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 13 avqust 2014-cü ildə ölmüşdür. Bərdə rayon Bəcirəvan kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 05 noyabr 2010cu il tarixli, AZ-İ 409638 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 02 noyabr 2010-cu ildə ölmüşdür. Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13 oktyabr 2025-ci il tarixli, 3-16-5/8-1007/40-25 saylı məktubdan görünür ki, Ərizəçi atasının doğum akt qeydinin bərpası ilə əlaqədar olaraq Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmiş, atasının doğum akt qeydi Dövlət Arxivinə təhvil verilmədiyindən doğum akt qeydinin bərpa edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlı Vəziyyəti Aktlarının Arxivinin 24 dekabr 2025-ci il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Müslüm Qarayevin doğum haqqında akt qeydinə dair məlumat aşkar edilməmişdir. 14 oktyabr 2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə verməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, ərizəçinin X1 01 iyul 1947-ci ildə Bərdə rayonu Bəcirəvan kəndində anadan olmuşdur. Bu barədə ona Bərdə Rayon VVAQ Bürosu tərəfindən 13 may 1963-cü il tarixli, AЗ 386852 nömrəli Doğum haqqında şəhadətnamə verilmişdir. X6 02 noyabr 2010-cu ildə ölmüşdür. Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin verdiyi 13 oktyabr 2025-ci il tarixli, 3-16-5/8- 1007/40-25 saylı məktubla müəyyən olunur ki, X3 doğum akt qeydi Dövlət Arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin 24 dekabr 2025-ci il tarixli məktubundan müəyyən olunur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Müslüm Qarayevin doğum haqqında akt qeydinə dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 307.2.11-ci maddəsinə görə məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən ümumi müddəalar”ın 13-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 14-cü bəndinə görə, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 15-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivi tərəfindən təsdiq edilir. 16-cı bəndinə görə, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi X1nun 01 iyul 1947-ci ildə Bərdə rayonu Bəcirəvan kəndində anadan olması, onun atasının X5, anasının isə X4 olması faktı ərizəçinin məhkəmə iclasında verdiyi izahatı və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi X1nun 01 iyul 1947-ci ildə Bərdə rayonu Bəcirəvan kəndində doğulması, atasının X5, anasının X4 olması faktı müəyyən olunmalıdır. Mübahisənin gerçək hallarından görünür ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə atasının doğum akt qeydinin bərpa edilməsi üçün lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilisin. Ərizəçi X1nun 01 iyul 1947-ci ildə Bərdə rayonu Bəcirəvan kəndində doğulması, atasının X5, anasının X4 olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar