Məhkəmə qərarları › İş №2(062)-2671/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2671/2025

23.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2671/2025 23.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi Cavadova Kəklik Mirəziz qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin ölçülməsinə maneələrin aradan qaldırılması, torpaq sahəsinin sərhədlərinin müəyyən olunması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin ölçülməsinə maneələrin aradan qaldırılması, torpaq sahəsinin sərhədlərinin müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İşdən görünür ki, İddiaçı AR MPM-nin 149-cu maddəsinin tələblərinə riayət etməmiş, həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin ölçülməsinə maneələrin aradan qaldırılması, torpaq sahəsinin sərhədlərinin müəyyən olunması tələbi ilə bağlı məhkəməyə müraciət etsə də, bununla bağlı dövlət rüsumunu başqa şəxs ödəmişdir. Belə ki, ərizədə dövlət rüsumu göstərilmiş, onunla bağlı qəbz əlavə edilmiş, lakin həmin qəbzdə dövlət rüsumu ödəyən şəxs kimi X4 göstərilmişdir. İşin içərisində X1 olması barədə heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin iddia ərizəsində cavabdeh kimi Cavabdeh qeyd olunsa da, ərizəyə əlavə edilmiş sənədlərin heç birində onun adına rast gəlmək olmur. Belə ki, əlavə edilmiş sənədlərdə X3 adı qeyd olunmuşdur. Bu da onu deməyə əsas verir ki, iddiaçı iddia ərizəsini konkretləşdirməmişdir, ərizədə göstərmək istədiyi fikir aydın deyildir. Azərbaycan Respublikası MPM-nin 152.1.1 maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədikdə, iş üzrə zəruri sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin ölçülməsinə maneələrin aradan qaldırılması, torpaq sahəsinin sərhədlərinin müəyyən olunması” tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin ölçülməsinə maneələrin aradan qaldırılması, torpaq sahəsinin sərhədlərinin müəyyən olunması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi təqdim edildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar