Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-434/2024 10.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X17 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi2, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi2 (bundan sonra ərizəçi və ya Ərizəçi2) maraqlı şəxslər Ərizəçi1 və Maraqlı şəxs olmaqla, “Doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X2 doğum faktının müəyyən olunmasına, atasının Maraqlı şəxs, anasının Ərizəçi2 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi2 ərizəsini onunla əsaslandırmışdır ki, əri Maraqlı şəxs ilə 2017-ci il tarixdə qeyrirəsmi olaraq ailə həyatı qurub evlənmiş, nikahlarını 17 iyun 2019-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşayış dövründə 2 (iki) övladları anadan olmuşdur. Lakin baş qarışıqlığından 16 iyun 2018-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X4 doğum haqqında şəadətnamə ala bilməmişlər. Hal-hazırda onlar övladlarına doğum haqqında şəhadətnamə almaq istəyirlər. Onlar övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Ərizəçi1nə müraciət etmiş, orda onlara bildirmişlər ki, məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında Ərizəçi2 ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs göstərdi ki, ərizəçi ilə 2017-ci ildə faktiki ailə həyatı qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşadıqları müddətdə iki uşaqları doğulmuşdur. 16 iyun 2018-ci ildə anadan olmuş övlarları X4 doğum haqqında şəhadətnamə almamışlar. 16 iyun 2018-ci ildə anadan olmuş övlarları X6 həqiqətən onun qızıdır və uşağın atası özüdür. Ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Ərizəçi1nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Ərizəçi1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X8 göstərdi ki, ərizəçi onun qızıdır. Qızı Ərizəçi2 ilə Maraqlı şəxs 2017-ci ildə qeyri-rəsmi ailə qurub evlənmişlər. Birgə nikahdan iki övladları doğulmuşdur. 16 iyun 2018-ci ildə anadan olmuş övladları X4 doğum haqqında şəhadətnamə almamışlar. İradənin anası Ərizəçi2, atası isə Maraqlı şəxsdur. Məhkəmə iclasında şahid qismində izahat verən X7 göstərdi ki, ərizəçi gəlini, Maraqlı şəxs isə oğludur. Ərizəçi2 ilə Maraqlı şəxs 2017-ci ildə qeyri-rəsmi ailə qurub evlənmiş, birgə nikahdan iki övladları doğulmuş, 16 iyun 2018-ci ildə anadan olmuş övladları X4 doğum haqqında şəhadətnamə almamışlar. İradə onun nəvəsidir, uşağın anası Ərizəçi2, atası isə Maraqlı şəxsdur. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.2000-ci ildə Rusiya Federasiyası Sankt-Peterburq şəhərində anadan olmuşdur, Bərdə rayonu Qazaxlar kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1995-ci ildə Bərdə rayonu Hacallı kəndində anadan olmuşdur, Bərdə rayonu Hacallı kəndində qeydiyyatdadır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 18 avqust 2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Maraqlı şəxs Bərdə rayonu Hacallı kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, X1 rayonu Hacallı kəndində yaşayır. Ailə üzvləri: oğlu-Maraqlı şəxs, gəlini-Ərizəçi2 və nəvəsi- X3 ibarətdir. Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 17 iyun 2019-cu il tarixli AZ-İİ 343658 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X9 17 iyun 2019-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra qadına Şərifxanova soyadı verilmişdir. Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 fevral 2021-ci il tarixli AZ-İV 547908 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2021-ci ildə Ramiz adlı uşaqları doğulmuşdur. xx.xx.2021-ci il təvəllüdlü X5 “ata” qrafasında atası kimi Maraqlı şəxs, “ana” qrafasında anası kimi Ərizəçi2 qeyd edilmişdir. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X18 17 avqust 2023-cü il tarixli PHŞ-6-28/2- 1002/2023 saylı məktubundan görünür ki, Ərizəçi2 deməsinə görə Maraqlı şəxs ilə birgə nikah dövründən olan xx.xx.2018-ci il təvəllüdlü Şərifxanova ....... Nurlan qızı Ailə Sağlamlıq Mərkəzində xx.xx.2023-cü il tarixdə qeydiyyata götürülmüşdür. Həkim pediatr tərəfindən müayinə olunmuş və praktik sağlam olması təsdiq olunmuşdur. Ərizəçi1 tərəfindən verilmiş 04 noyabr 2023-cü il tarixli 3-16-5/8-15-603/2023 saylı məktubdan görünür ki, Ərizəçi2 uşağına doğum haqqında şəhadətnamə almaq üçün Ərizəçi1nə müraciət etmiş, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi və doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığından doğumun qeydiyyat şöbəsində qeydə alınaraq doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 18 avqust 2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi2 16 iyun 2018-ci ildə qız övladı anadan olmuşdur. Maraqlı şəxs ərizəçi ilə 2017-ci ildə evləndiyini və 16 iyun 2018-ci ildə qız uşaqlarının doğulduğunu bildirmişdir. Ərizəçi ərizəsində 16 iyun 2018-ci ildə anadan olmuş qızının adının İradə olduğunu qeyd etsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X18 məktubundan müəyyən olunur ki, 16 iyun 2018-ci ildə anadan olmuş uşağın adı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi2 16 iyun 2018-ci ildə Bərdə şəhərində anadan olmuş qız uşağının anadan olması, onun atasının Maraqlı şəxs, anasının isə Ərizəçi2 olması faktı ərizəçinin, maraqlı şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə qismən təmin edilməli, Ərizəçi2 16 iyun 2018-ci ildə Bərdə şəhərində qız uşağı doğması, uşağın atasının Maraqlı şəxs, anasının Ərizəçi2 olması faktı müəyyən olunmalıdır. Mübahisənin gerçək hallarından görünür ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi2 öz tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə qismən təmin edilisin. Ərizəçi2 16 iyun 2018-ci ildə Bərdə şəhərində qız uşağı doğması, uşağın atasının Maraqlı şəxs, anasının Ərizəçi2 olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-434/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-434/2024
10.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver