Məhkəmə qərarları › İş №2(021)-4362/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4362/2024

16.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4362/2024 16.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlu, Ərizəçi maraqlı şəxslər Bərdə regional “ASAN-Xidmət Mərkəzində” Notariat Kontoruna, Maraqlı şəxs2 və Maraqlı şəxs3 Tanrıverdi qızına qarşı “mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və mirasın onun tərəfindən qəbul edilməsinə” dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxslər Bərdə regional “ASAN-Xidmət Mərkəzində” Notariat Kontoruna, Maraqlı şəxs2 və Maraqlı şəxs3 Tanrıverdi qızına qarşı ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, ərizəyə məhkəmədə baxılması yolverilməzdir və ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan görünür ki, Ərizəçi nənəsi Reybə Məmmədovadan miras qalmış əmlakı qəbul etməsi faktının müəyyən olunmasını istəmişdir. İş materiallarına əlavə edilmiş Bərdə regional ASAN-Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, 11 yanvar 2003-cü ildə vəfat etmiş miras qoyan X1 “Elektron notariat” AİS vasitəsi ilə “VVA” Aqis-dən əldə edilmiş çıxarış üzrə vətəndaşlığı müəyyən olunmadığından onun vəfatından sonra irs qalmış miras əmlakdan ona çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, X1 vətəndaşlığı müəyyən olunmadan hazırkı işə baxılması mümükün deyildir. Bu səbəbdən də ərizəçi ilk öncə X1 vətəndaşlığının müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə diqqətə çatdırır ki, mülki məhkəmə icraatı qaydasında rayon (şəhər) məhkəmələri MPM-in 307.2-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (bundan sonra MPM) 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. MPM-in 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Bu Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd edilənlərlə bağlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Bərdə regional “ASAN-Xidmət Mərkəzində” Notariat Konturuna, Maraqlı şəxs2 və Maraqlı şəxs3 Tanrıverdi qızına qarşı “mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və mirasın onun tərəfindən qəbul edilməsinə” dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar