Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-438/2025 05.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X20 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üzrə vərəsəlik müddətinin bərpası” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY YƏ N E TD İ: Ərizəçi maraqlı şəxs X20 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı ərizə ilə müraciət edərək, 17 noyabr 2023-cü ildə vəfat etmiş qardaşı X3 qalan Bərdə rayon Qarağacı kəndində yerləşən miras əmlakı üzrə verilən vərəsəlik şəhadətnaməsinin alınması üçün müddətin bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o 1937-ci ildə Laçın rayonunun Zeyvə kəndində anadan olmuşdur. Qardaşı 1950-ci ildə Zeyvə kəndində anadan olan X8 təhsil alandan sonra Bərdə rayonu Qaracağı kəndinə gələrək müəllim işləmişdir. X9 ilə ailə quraraq burada yaşamışdır. Onların birgə nikahlarından övladları olmamışdır. xx.xx.2020ci ildə Məlahət Əhmədova vəfat etmiş, qardaşı Məhəmməd Mürsəl oğlu isə xx.xx.2023-cü ildə vəfat etmişdir. Onun ölümü xəstəxanada qeyd edilmədiyindən o ölüm haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etmişdir. Bundan sonra ölüm haqqında şəhadətnamə almışdır. O Bərdə rayon notariat Konturuna qardaşından qalan miras əmlakı olan yaşayış evi, pay torpaq və həyatyanı torpaq sahəsi üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün müraciət etmişdir Lakin ona bildirilmişdir ki, miras əmlaka sahib olmaq üçün verilən vərəsəlik şəhadətnaməsi alınması üçün müddəti ötürmüşdür. X1 ondan başqa sağ qalan heç bir vərəsə yoxdur. Odurki , qardaşı X3 qalan miras əmlak üzrə verilən vərəsəlik şəhadətnaməsinin alınması üçün müddətin bərpa edilməsinə dair məhkəmədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs X20 Xidmət Mərkəzi Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, X20 Xidmət Mərkəzi Notariat Ofisinin xüsusi natariusu Tamaşa Atakişiyeva məhkəməyə məktub göndərərə işdə iştirak etməməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən ərizəçini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib mirasla bağlı hər hansı ixtilaf və mübahisə olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1937-ci il tarixdə Laçın rayonu Zeyvə kəndində anadan olmuşdur. Laçın rayonu Zeyvə kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Qaçqınların və X11 Üzrə Dövlət Komitəsi Bərdə rayon Bölməsi tərəfindən verilmiş 2614 nömrəli 15 sentyabr 2024cü il tarixli arayışdan görünür ki, Ərizəçi Laçın rayonundan məcburi köçkün düşmüş, Bərdə rayonu Meşəçilik qəsəbəsi ünvanında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Laçın Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 avqust 2024-cü il tarixli, AZ-İV928866 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1937-ci ildə Laçın rayonunda anadan olmuş, atası X18, anası X7 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 05 avqust 2024-cü il tarixli 03-B nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Laçın Rayon Qarıqışlaq kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli, AZ-İV 557825 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 20 aprel 1950-ci ildə Laçın rayonunda anadan olmuş, atası X18, anası X7 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 25 aprel 1950-ci il tarixli 16 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayonu Mirzəcəfərli kənd sovetliyi tərəfindən verilmiş İ-JQ 422327 nömrəli, 18 noyabr 1977-ci il tarixli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Məlahət Hətəm qızı ilə 18 noyabr 1977-ci il də rəsmi nikaha daxil olmaqla evlənmişlər. Bu barədə nikah akt qeydləri kitabında 18 noyabr 1977-ci il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əhmədova soyadı verilmişdir. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 avqust 2020-ci il tarixli, AZ-İİ 094178 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 02 avqust 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 avqust 2020-ci il tarixsə 508 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 iyul 2024cü il tarixli, AZ-İİ 434466 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 17 noyabr 2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 iyul 2024-cü il tarixdə 613 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X20-Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış 04 sentyabr 2024-cü il tarixli, 2159/2024 nömrəli məktubdan görünür ki, Ərizəçi 17 noyabr 2023-cü il tarixdə vəfat etmiş mərhum qardaşı X3 qalmış mirasın qəbul olunması qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmiş, ərizəyə cavab olaraq Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi üçün onun mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyü, mirasın qəbul edilməsi müddətinin uzadılması, eyni zamanda miras əmlakın bölüşdürülməsi üçün müvafiq rayon məhkəməsinə müracət edilməli olduğu qeyd edilmişdir. Bərdə Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(021) 1334/2024 nömrəli qətnaməsindən görünür ki, Ərizəçi xx.xx.1950-ci ildə Laçın rayonu, Zeyvə kəndində anadan olması, atasının X18, anasının X7 olması, Ərizəçi xx.xx.1950-ci ildə Laçın rayonu, Zeyvə kəndində anadan olan, Bərdə rayonu Qarağacı kəndində yaşamış X4 bacısı olması, yəni qohumluq faktı və Ərizəçi X1 xx.xx.2023-cü il tarixdə Bərdə rayonunda vəfat etməsi faktı müəyyən edilmişdir. Bərdə Rayon Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2(021) 1334/2024 nömrəli qərardadının surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(021)-1334/2024 nömrəli qətnaməinin təsviri və qət etdi hissəsində “Ərizəçi xx.xx.1950-ci il tarixdə doğulması” sözü “Ərizəçi xx.xx.1937-ci il tarixdə doğulması” sözləri kimi oxunması qərara alınmışdır. İş materiallarında olan JN-0179 KOD61014028 nömrəli torpağa mülkiyyətə hüququna dair Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 2001-ci il tarixli 07 saylı qərarına əsasən X6 və X10 Bərdə rayonu Qarağacı kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,93 ha pay torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 30 noyabr 1998-ci il tarixli, 14 saylı qərarına əsasən X6 və X10 Bərdə rayonu Qarağacı kəndində 0,22 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bərdə rayon İHB-nın Mirzəcəfərli kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 dekabr 2014-cü il tarixli, 696 nömrəli arayışdan görünür ki, Qarağacı kənd sakinləri olmuş X8 2023-cü ildə, mərhumə X9 2020-ci ildə vəfat etmişlər. Öhdələrində heç bir uşaqları olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının məhkəmə müəyyən edir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. İş materiallarından görünür ki, ərizəçinin qardaşı X12 17 noyabr 2023-cü ildə vəfat etmiş və ondan qalan əmlakların idarəçiliyi bacısı Ərizəçi tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi faktı mübahisəsizdir. Həmçinin, mərhum Məhəmməd Əliyevin övladları və öhdəsində hər hansı şəxs olmamışdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuyuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum qardaşı X3 miras qalmış əmlakların qardaşının ölümündən sonra yəni 17 noyabr 2023-cü ildən ərizəçinin sahibliyində və idarəçiliyində olmasını nəzərə alaraq həmin miras əmlakların onun tərəfindən qəbul etməsi faktı müəyyən olunmalıdır. Məhkəmə ərizənin mirasın qəbulu müddətinin gecikdirilməsinin üzürlü sayılaraq bərpa edilməsinə dair hissə ilə bağlı onu qeyd edir ki, ərizəçi qanunu bilməməzliyindən miras əmlakın qəbulu ilə bağlı rəsmi ərizə ilə notariusa müraciət etməmişdir, lakin miras əmlakı faktiki olaraq qəbul və idarə etmişdir. Buna görə məhkəmə hesab edir ki, ərizəçi tərəfindən mirasın qəbulu ilə bağlı ötürülmüş müddət üzürlü hesab edilərək bərpa edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi məcburi köçkün olduğundan və dövlət rüsumu ödəməkdən azad edildiyindən məhkəmə hesab edir ki, MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilməli olan 100 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum qardaşı X3 miras qalmış əmlakları: ümumibirgə mülkiyyətdə olan Bərdə rayonu Qarağacı kəndində yerləşən 0,93 ha pay torpaq sahəsi və 0,22 ha həyətyanı torpaq sahələrinin qardaşının ölümündən sonra yəni xx.xx.2023-cü ildən Ərizəçi tərəfindən mirasın əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməklə həmin miras əmlakların ərizəçi tərəfindən qəbulu üçün ötürülmüş müddət üzürlü hesab edilərək bərpa edilsin. İş üzrə ödənilməli olan 100 manat dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-438/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-438/2025
05.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver